Parkda oğlanla-qızı bir yerdə tutan polis: "Söhbəti 100 manatla həll etdik"
Özünü polis əməkdaşı təqdim edib vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Sonxeber.az-ın Open.az-a istinadən məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, "Ukrayna" dairəsində yerləşən parkda gəzişərkən gənc oğlanla qızın yan-yana oturduğunu görüb onlara yaxınlaşıb: "Oğlan mənə "sən kimsən" sualını verdi, polis olduğumu dedim. Qızın ailəsi bilirmi soruşdum. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın aləsinin bu barədə məlumatlarının olmadığını deyərək, söhbəti 100 manatla həll etdik. Çıxıb oradan getdim".
Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində deyildim".
O bildirib ki, daha əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay müddətinə çalışıb: "Sonra polisdən qovulmuşam".
Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzərkən bir vətəndaş ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.
Qeyd edək ki, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib. Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna" dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 778 Tarix: 12 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Təcili! Dəyərindən aşağı Azinkoda mənzil satılır - FOTOLAR
Çox təcili Nəriman Nərimanov rayonu, Nərimanov metrosuna 10 dəqiqəlik məsafəsi olan, Əliyar Əliyev küşəsində, 100% yaşayışlı yeni binada, 90 kvadratlıq, 2 otaqlı, təmirli, istilik sistemi kombi olan, döşəmə parket, mənzil əşyasız satılır, mənzil 155.000 Azn-nə satılır. Real alıcılara qiymətdə razılaşma
15 fevral 2019Azərbaycanda bu şəxslərə gənc alim deyiləcək - YENİ QANUN
Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.. . Sonxeber.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.. . Dəyişikliklərə əsasən
12 fevral 2019Vəkil olmaq istəyənlərin nəzərinə: bundan sonra...
Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilir. . . Sonxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən
12 fevral 2019Azərbaycanda 18 yaşınadək şəxslərə qadağalar qoyulur
Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.. . Sonxeber.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclə
12 fevral 2019Yoxlamalara qoyulan məhdudiyyət aradan qaldırıldı
Azərbaycanda maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikd
12 fevral 2019Milli Məclisin səlahiyyətləri dəyişdirildi
Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik edilib.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Milli Məclisin komitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.. . Dəyişikliy
12 fevral 2019Milli Məclisdə yeni qanun layihələri qəbul edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi haqqında", "2010-cu il 1
12 fevral 2019Parlamentdə Xəzər müzakirə edildi
Milli Məclis "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirə edilib.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcən plenar iclasında müzakirəyə çıxarılıb.. . Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonr
12 fevral 2019