Lombardlar vətəndaşları necə aldadır? - ARAŞDIRMA

Lombardlar vətəndaşları necə aldadır? - ARAŞDIRMASon illərdə Azərbaycanda fəaliyyət göstərən lombardların sayı kifayət qədər çoxalıb. Hər addımda "daha aşağı faizlə lombard krediti" elanına rast gəlirik. Bankların bağlanması lombardlara olan təlabatları artırdı.

Digərlərinin kredit şərtlərini çətinləşdirməsi də, sözügedən sahəyə marağı artırmağa başladı.

Bu gün şəhərin hər bir küçəsində lombardlara rast gəlmək olar. Hər birinin də özünə uyğun şərtləri faizləri...

Bəs lombardlar insanları hansı şərtlərlə özlərinə çəkə bilirlər?

Sonxeber.az-ın məlumatına görə, hafta.az-ın əməkdaşı bununla bağlı araşdırma aparıb. Məsələ ilə daha yaxından tanış olmaq üçün ilk olaraq Əhmədli metrosunun çıxışında yerləşən lombordlara baş çəkdik. Müştəri olaraq müarciət etdik.

İlk baş çəkdiyimiz yerdə telefon, saat, eynək də satılır. Üstəlik lombard fəaliyyəti ilə də məşğul olurlar.

Xanım əməkdaşdan şərtləri soruşuram. Deyir ki, biz müştərilərimizlə çox münasib qiymətə işləyirik:

"Rus qızılının qramını 30 manata, İtaliyan qızılının qramını 40 manatla hesablayırıq. Bizdə faiz 4-10 faiz arası dəyişir. 15 ildir fəaliyyət göstəririk və camaat bizə inanır. İnanmasa idilər, burada olmazdıq. Varıqsa, güvənli adamlarıq".

Elə həmin ərazidə yerləşən digər lombardda da eyni vəziyyətdir. Rus qızılı 35 manat, italiyan qızılı 45 AZN civarında dəyişir. Bunlar da güvən məsələsində bir neçə illik fəaliyyətlərini əsas gətirirlər.

Xətai rayonunda başqa bir lombardda üz tuturuq. Qapının üstünə 3.6 % yazılsa da, içəridə əməkdaş 2.9 % faiz müqabilində qızılınızı qoyub, pul götürə biləcəyimizi dedi. Qiymətlər isə 30 manatdan 50 manata qədər dəyişir. "Mən sizə necə güvənə bilərəm" sualına isə, "hər gün gəlib qızılınıza baxıb gedə bilərsiniz", - dedi. Bu təcrübə başqa ölkələrdə yoxdur, amma Bakıda var imiş. Bütün günü işi atıb gedib qızılını çıxarıb baxasan ki, tam güvənliyindən əmin olasan.

Məsələyə aydınlıq gətirmək üçün ekspertlərin münasibətini öyrəndik.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hafta.az–a açıqlmasında dedi ki, Azərbaycandakı bir çox lombardların fəaliyyəti qanunsuzdur. Ekspertin sözlərinə görə, lombardlar krediti öz hesabına verməlidirlər:

"Ancaq lombardlar verdikləri pulları özləri banklardan götürürlər. Bank hesabına götürüb pul vermək qanunsuzdur. Bank elə qurumdur ki, aşağı faizlə borc alıb, yüksək faizlə verir. Sadə dildə desək pulunu satır, pul alveri ilə məşğul olan bir sahədir. Buna görə də banklar lisenziya almalıdır. Amma lombardlar lisenziya almır, üzərində nəzarət yoxdur. Belə olan halda lombard yalnız öz pulunu verə bilər. Yəni nizamnamə kapitalında olan pulunu hərraca çıxara bilmə gücündə olmalıdır. Bu gün isə Vergilər Nazirliyinin saytına girsəniz görərsiniz ki, Azərbaycan lombardlarının nizamnamə kapitalı maksimum 100 AZN təşkil edir. Bəzilərində isə bu rəqəm 2, 5, 10 manat civarında da dəyişir. Lombard bundan artıq nə kredit verirsə qanunsuzdur. Nəzarət Palatası ilk növbədə bu kimi kiçik lombardlar qanunsuz fəaliyyəti ilə maraqlanmalıdır".

Ə.Həsənov "vətəndaşlar lombardlara necə etibar edə bilər" məsələsinə də aydınlıq gətirdi:

"Lombardların üzərində nəzarət olmadığına görə, qanunvericilikdə heç bir tələb də yoxdur. Ona görə də, lombardlar istədikləri kimi kredit müqaviləsi bağlayırlar, götürdükləri qızılı istdəkiləri qiymətə dəyərləndirirlər. Ən böyük problem vətəndaşların lombardlara inanmasıdır. Əgər gedib qızıl qoyub pul götürürsə, heç olmasa maksimum dərəcədə eyniləşdirməlidir. Sabah dəqiq müəyyən etmək mümkün olsun. Müqavilədə göstərirlər ki, bu qıramda bir qızıl götürdülər. Amma sabah onları aldada bilirlər. Əmanət qoyan şəxs gərək videosunu da çəksin. Hətta o qızılı verəndə də çəkisini dəqiq çəkmək lazımdır. Qızılın ölçülməsi, qiymətləndirilməsi məsələsində qanunvericilik heç bir tələb qoymadığı üçün, onlar da istədikləri kimi qiymətləndirmə aparırlar. Lombardların ən böyük cinayəti isə vətəndaş ödəmə imkanını itirən kimi, onların qızılını hərraca çıxarırlar. Vətəndaşa qızılın batdığını bildirirlər. Ancaq qızıl açıq hərracda satılmalıdır, əks halda qanun pozuntusudur. Buna heç bir lombard əməl etmir. Bəzən də müştəri gəlir görür ki, qızılını verdiyi lombard bağlanıb. Bunların verdiyi qızılı götürüb gediblər. Dövlət nəzarəti də yoxdur ki, nəsə vətəndaşa kömək edə bilsinlər. İtirən isə vətəndaşlar olur".

Ekspert həmçinin "Bank olmayan kredit təşkilatları"nda olan lombardlar haqqında sualımıza da münasibət bildirdi:

"Bir müddət əvvəl ölkədə bir neçə bankın lisenziyasına xitam verdikdə onlar tamamilə bağlanmasın deyə bu formalarla fəaliyyətlərini davam etdirirlər. Onların da tərkibində lombardlar var. Ama bu digər bildiyimiz lombardlardan fərqlənir. Çünki onların lisenziyası var. Onlara nəzarət mövcuddur. Qeydiyyatları, lisenziyaları olduğu üçün vətəndaşların aldadılmasına getmirlər".

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, lombardlarda faizlər bank faizləri ilə müqayisədə yüksəkdir:

"Birmənalı şəkildə lombardlarda bu göstərici 5% civarında dəyişir. Ancaq verilən məbləğə görə bu böyük göstəricidir. Lombardların illik faizi 48 % təşkil edir. Bu da kifayət qədər böyük məbləğdir. 10 min manat üçün 4800 üstündə ödəniş etmək tələb olunur. Banklarda bu faizlər aşağıdır. Ancaq bankların də şərtləri ağırdır. Bu ağır şərtlər də insanları lombardlara istiqamətləndirdi. Əsas problem isə lombardlara olan güvən məsələsidir ki, bu gün o yoxdur. Aparılan monitorinq və cinayət işləri göstərir ki, lombardlar vətəndaşları aldadıb. Lombardların çoxu zirzəmidə, padvallarda bir otaqlı yerlərə sığınıblar. Bu da xidmət səviyyələrin çox aşağı olmasından xəbər verir. Lombardın öz öhdəliyini yerinə yetirməsi ilə bağlı prosedur qaydalar formalaşmayıb. Onlar yalnız sahibkarlıq subyekti kimi fəaliyyət göstərirlər. Özfəaliyyətlərini genişləndirirlər. Daha məqsədə uyğundur ki, lombardlar lisenziyalaşdırılmış qurum olsunlar. Maliyyə palatası bu praseduru həyata keçirməldir ki, onlar üçün də gələcəkdə problemlər yaranmasın. Lombardların statusunun dəyişdirlməsi çox vacibdir. Belə olan halda lombardlar da vətəndaşları aldada bilməzlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2001   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021