Səhiyyə Nazirliyindən abort zamanı ölən qadınla bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən abort zamanı ölən qadınla bağlı AÇIQLAMAGöyçay rayon Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Əliyeva Nurlanə Əlişirin qızı (1990-cı il təvəllüdlü) Göycay MRX-na qanaxma ilə müraciət edib.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, güclü qanaxmanın qarşısını almaq məqsədi ilə hamiləliyin süni dayandırılması qərarı verilib: "Xəstəxanadan verilən məlumata görə süni müdaxilə zamanı xəstə dünyasını dəyişib. Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə, Göycay Rayon prokurorluğu hadisəni araşdırır".

Sosial   Baxılıb: 1770   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR