Paşinyandan ABŞ-ı qəzəbləndirəcək ADDIM – Erməni əsgərlərinin Suriyada nə işi var?

Paşinyandan ABŞ-ı qəzəbləndirəcək ADDIM – Erməni əsgərlərinin Suriyada nə işi var?"Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərdi. Onlar Suriyada humanitar missiya ilə məşğul olacaqlar. Erməni hərbçilər Suriyada yardım paylayacaqlar, əraziləri minalardan təmizləyəcəklər".

Sonxeber.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində deyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni hərbçiləri Suriyaya göndərməsinin səbəblərini şərh edib:

"Birincisi, Nikol Paşinyan Rusiyanın istəyini yerinə yetirdi. Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Suriyaya müdaxilə etməyə qərar verəndə müttəfiq dövlətlərə müraciət etdi. Putin istəyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Rusiyanın Suriyadakı hərbi kampaniyasına dəstək versinlər. Rusiya istədi ki, koalisiya yaratsın. Necə ki, ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı koalisiya yaratmışdı. Ancaq o zaman Belarus, Qazaxıstan və Ermənistan Putinə müsbət cavab vermədilər. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla Moskva arasında münasibətlərdə müəyyən problemlər yarandı. Kreml şübhələnirdi ki, Paşinyan ABŞ və Avropa dövlətləri ilə sıx münasibətlər yaratmaq istəyir. Paşinyan isə qorxurdu ku, Kreml Qarabağ məsələsində Azərbaycana dəstək verə bilər. Buna görə də Paşinyan Putinlə görüşlərindən birində təklif etdi ki, Ermənistan Suriyaya humanitar missiya göndərsin. Paşinyanın bu təklifi Putinin xoşuna gəldi. Daha sonra Rusiya və Ermənistan müdafiə nazirləri Moskvada bir neçə dəfə görüşdülər və bu məsələni müzakirə etdilər".

Politoloq vurğulayıb ki, Azərbaycan Suriyaya humanitar missiya göndərə bilməz. Çünki bu halda Azərbaycan Suriyada Rusiyanın və Bəşər Əsəd rejiminin müttəfiqi kimi qiymətləndirilə bilər:

"Bu halda Azərbaycanın Türkiyə və Qərb dövlətləri ilə münasibətlərində gərginlik yaşana bilər. Bundan istifadə edən Paşinyan Azərbaycanı qabaqlamağa qərar verdi. Paşinyan Suriyaya humanitar missiya göndərməklə Putinə izah etdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın Suriya siyasətinə dəstək verir. Bu, Paşinyana ona görə lazımdır ki, Kreml Qarabağ məsələsində Azərbaycana deyil, Ermənistana dəstəyini davam etdirsin. Təsadüfi deyil ki, Paşinyanın Suriyaya missiya göndərdiyi günlərdə Kremlin Ermənistana qırıcı təyyarələr satacağı xəbəri yayıldı. Bu yolla Kreml Paşinyanın Suriyaya humanitar missiya göndərmək addımına yüksək qiymət verdiyini göstərdi.

İkincisi, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Ermənistan daxilində mövqelərini gücləndirməyə çalışır. Çünki Ermənistanın humanitar missiyası Suriyada ermənilərin yaşadığı ərazilərdə yerləşdirilməlidir. Yəni Paşinyan bununla demək istədi ki, o Suriyada yaşayan ermənilərin qayğısına qalır.

Üçüncüsü, Paşinyan Suriyaya humanitar missiya göndərməklə İranla əlaqələri də gücləndirməyi hədəfləyir. Ermənistanın Suriyaya humanitar missiya göndərməsi İrəvanın Bəşər Əsəd rejiminə dəstək verməsi deməkdir. İran da Bəşər Əsədə dəstək verir və ona görə də Dəməşqlə sıx münasibətləri olan ölkələrlə yaxşı münasibətləri var. Paşinyan bu vasitə ilə Tehranla yaxınlaşmaq istəyir. Paşinyan Tehrana səfərə hazırlaşır. Buna baxmayaraq, sanksiyalarla üzləşən İranın Ermənistana maliyyə dəstəyi verməsi problematikdir. Tehranın Ermənistanla birgə iqtisadi layihələrə də marağı azdır. İran əsas layihələrini Azərbaycanla reallaşdırmaq istəyir. Tehran hazırda Azərbaycanın iştirakçısı olduğu "Şimal-Cənub" dəmiryolu layihəsini işə salmaq istəyir. Buna baxmayaraq, İran qonşusu Ermənistanla təmas imkanlarını açıq saxlamağa üstünlük verir".

Elxan Şahinoğlunun fikrincə, Paşinyanın hərbi heyəti Suriyaya göndərməklə Rusiyanın simpatiyasını qazandığını düşünür:

"Ancaq Paşinyanın bu qərarı onun ABŞ-la münasibətlərinə yaxşı heç nə vəd etmir. Rusiyanın digər müttəfiqləri Belarus və Qazaxıstan Suriyaya humanitar missiya göndərmədilər. Ermənistan isə göndərdi. Bu Vaşinqtonda xoş qarşılanmadı. Belə olan halda Paşinyan ABŞ-dan maliyyə dəstəyinə ümid edə bilməz. Rəsmi Bakı bu amildən xarici siyasətində ehtiyatla istifadə edə bilər. ABŞ-dakı və Avropa ölkələrindəki erməni lobbisi Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək üçün müxtəlif vasitələrdən istifadə edir. Azərbaycan rəsmiləri ABŞ və Avropa rəsmiləri və diplomatları ilə danışıqlarında Ermənistanın Suriyada Rusiyaya və Bəşər Əsədə dəstək verdiyini xatırlatmalıdırlar.

Əslində Azərbaycanın da Suriya istiqamətində fəallaşmasına ehtiyac var. Suriyada və İraqda türkmənlər yaşayır. Suriyada türkmənlərin sayı ermənilərdən qat-qat çoxdur. Rəsmi Bakı onlara dəstək haqqında düşünməlidir. Aydındır ki, Azərbaycanın birbaşa İraqda və Suriyada yaşayan türkmənlərə dəstək verməsi problematikdir. Bunun risqləri var. Ancaq Azərbaycan İraqda və Suriyada yaşayan türkmənlərə Türkiyə üzərindən humanitar yardım göndərə bilər. Bununla Azərbaycan həm eyni dildə danışan soydaşlarına dəstək vermiş olar, həm Türkiyə ilə siyasi-hərbi ittifaqını gücləndirər, həm də göstərər ki, bölgədəki hadisələrə biganə deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1498   Tarix: 13 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel