Azərbaycanda bankın vəzifəli əməkdaşları həbs edildi

Azərbaycanda bankın vəzifəli əməkdaşları həbs edildiÖlkədə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Belə ki, "Nikoil" İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Qeyd edilən vəzifəli şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1477   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel