Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən xəbərdarlıq

Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən xəbərdarlıqYetişkin insan üçün gündəlik yuxu norması yeddi saat hesab olunur.

Alimlərin hesablamalarına görə, hər bir sağlam insan bir həftə ərzində ümumilikdə 8-16 saat yuxu çatışmazlığı ilə üzləşir. Hətta gecə istirahəti ilə bağlı problem olmadıqda belə, natamam yuxu bir sıra təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər.

Ötən il Honq-Konq Universitetinin tədqiqatçıları dörd ay ərzində 49 könüllünün həyat və fəaliyyəti ilə bağlı müşahidələr aparıb.

Könüllülər həkimlərdən ibarət olub və bəziləri mütəmadi olaraq sutkalıq növbələrə çıxıb. Belə növbələrdə onlar ən yaxşı halda gün ərzində 2-3 saat yata biliblər. Tədqiqatı aparan alimlər daimi yuxu çatışmazlığının insan üçün hansı fəsadlara yol açdığını müəyyənləşdirməyə çalışıb.

Tədqiqat iştirakçılarından, o cümlədən, gecə növbəsinə çıxan həkimlərdən tez-tez müayinə məqsədilə qan nümunələri götürülüb.

Nümunələrin müayinə nəticələri göstərib ki, yuxu çatışmazlığı könüllülərin DNT-lərində turşulu zədələmələrə səbəb olub və hüceyrələrin kimyəvi zədələri "müalicə" etmək bacarığını zəiflədib. Bu isə öz növbəsində ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırıb.

"RİA Novosti" yuxu çatışmazlığı və ya natamam yuxunun insan orqanizmində yarada biləcəyi fəsadlar haqqında ekspertlərlə söhbət aparıb.

"Rusiyalı alimlər hələ bir neçə il əvvəl yuxu pozuntusunun turşulu stressi gücləndirdiyini və nəticədə, şaperonların, yəni hüceyrələrin müdafiəsini təmin edən zülalın funksiyasını pisləşdirdiyini müəyyən edib.

Çinli alimlərin apardığı tədqiqatda isə DNT-nin zədələnməsinə yola açan turşulu stressin başqa aspektləri araşdırılıb.

Hansı DNT sahəsinin zədələnməsindən asılı olaraq, insanda ciddi xəstəliklər, o cümlədən, karbohidrat mübadiləsinin pozulması (şəkərli diabetin variantları) və ya insanın stressli vəziyyətlərə dözümlülüyünün aşağı düşməsi baş verə bilər", – deyə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin sinir xəstəlikləri və neyrocərrahiyə kafedrasının dosenti Mixail Poluektov bildirib.

Qeyd edək ki, yetişkin insan üçün gündəlik yuxu norması yeddi saat hesab olunur. Yaşlılarda isə bu göstərici altı saat təşkil edir. Gecə düzgün şəkildə istirahət etməyən, normadan az yatan insanlar gələcəkdə psixiatrın qəbuluna düşmə riski daşıyır.(oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1838   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Gecə 4 saatdan az yatanları nələr gözləyir?

İnsan sağlamlığı üçün normalda minimum 6, maksimum 9 saat yatmalıdır. -a istinadən xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib. "Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır. Yuxunu

17 mart
.

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Şahzadə Keytin keçən həftə xərçəng xəstəsi olduğunu və müalicə aldığını açıqlaması 50 yaşdan aşağı şəxslərdə də xərçəngin geniş yayılması məsələsini gündəmə gətirib. -a istinadən xəbər verir ki, aparılan bir araşdırma gənc yaşlarda xərçəngə tutulmanı

30 mart
.

Keratinin qorxunc fəsadından danışan dermotoloq: "Demək olar ki, zəhərdir" - VİDEO

Son vaxtlar saçlarını keratin etdirən xanımların sayı artıb. Tez-tez müraciət edilən saç düzləşdirmə prosedurunun orqanizmə bir çox zərərləri var. Keratinin tərkibində müəyyən kimyəvi maddələr olur ki, bu da orqanizmdə fəsadlara yol açır. xəbər verir ki, mövzu ilə bağlı "Günə doğru" verilişin

17 aprel
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel
.

Udduğumuz saqqız mədədə 7 il qalır? - HƏKİM AÇIQLADI

Qastroenterologiya professoru Saymon Trevis udulmuş saqqızın həqiqətən yeddi il mədədə qalıb-qalmadığını açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, saqqız udmaq sağlamlığa zərərlidir. Onun sözlərinə görə, saqqız yeddi il mədədə qalmır:. "Saqqızı udsanız, mədədən

9 mart
.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart