"Məni dəlixanaya aparacaqdılar" - Şəhriyar Məmmədyarov

"Məni dəlixanaya aparacaqdılar" - Şəhriyar Məmmədyarov"Mənim 14 yaşım olanda FİDE reytinqim yox idi"

Azərbaycan şahmat tarixinin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, məşhur "БАКУ" jurnalına müsahibə verib.

Sonxeber.az Chess.az-ın tərcümə etdiyi həmin müsahibəni təqdim edir:

"Mənim 14 yaşım olanda FİDE reytinqim yox idi"

- Sizin ailəniz şahmatçı ailəsidir. Hətta bacılarınız da Azərbaycan Çempionu olublar. Bəs ailənizdə kim şahmat oynamır?

– Anam oynamır. Amma təbii ki, fiqurları tanıyır. Balların hesablanma sistemini də yaxşı bilir və çıxışlarımızı yaxından izləyir. Yarışlardan canlı yayım olanda isə hamısına baxır və bizə görə çox həyacan keçirir.

– Oyunlar zamanı üz ifadəniz çox gərgin görünür....

- Oyun zamanı gülümsəmək qəribə olardı. Buna baxmayaraq, bəzi şahmatçılarda bu xüsusiyyət var. Bəzən gediş edirsən, rəqibin də etdiyin gedişə gülümsəyir. Adama elə gəlir ki, elə bil sən nəsə kobud səhv etmisən. Bu psixolojı hücumdur və oyun zamanı heç də xoş olmur. Təbii aktiv mimikalı adamlar da olur. Məsələn ukraynalı qrossmeyster Vasiliy İvançuk. Biz hamımız anlayırıq ki, o təbiətcə belədir.

- Hər şey haradan başladı, şahmatla necə tanış oldun?

- Şahmata ilk dəfə Zəngilan şəhərində, Rəşid əmimgildə toxunmuşam. Uşaq idik, fiqurlarla oynayırdıq, ora-bura atırdıq. Sonra atam mənə oyun qaydalarını öyrətdi və mən o vaxtdan şahmatla ciddi məşğul olmağa başladım. Böyük bacım Zeynəb də şahmata həvəs göstərirdi. Biz onunla birlikdə şahmat məktəbinə gedirdik. Əvvəllər Zeynəbə məğlub olurdum. Əslində, şahmata çox gec - 9 yaşımda gəldim. Bu gün dünyada ilk 20-likdə yer alan şahmatçıların hamısı məndən xeyli əvvəl başlayıblar. Məsələn, Teymur Rəcəbov artıq 4 yaşında Beynəlxalq turnirlərdə iştirak edirdi, rəhmətlik Vüqar Həşimov 8 yaşında artıq FİDE Ustası idi. Mən isə heç 17 yaşımda FİDE master ola bilmədim. Ümumiyyətlə, mənim keçdiyim yolu unikal adlandırmaq olar. Mənim 14 yaşım olanda FİDE reytinqim belə yox idi. 21 yaşımda isə dünyanın 4-cü şahmatçısı oldum. 8 il ərzində mən 0-dan zirvəyə qədər qalxamağı bacardım. Bəziləri yarım əsr oynayır və belə uğura nail ola bilmirlər.

"Belə davam etsə məni ən yaxın olan dəlixanaya aparacaqdılar"

- Siz əsgərlikdə də şahmatçı olmusunuz. Bu necə baş verdi?

- Bəxtim gətirdi. Çağırışdan iki gün əvvəl mən 20 yaşlılar arasında Dünya Çempionu oldum. Məşqlərimə davam etmək və formada qalmağım üçün prezident İlham Əliyevin göstərişi ilə əsgərliyə MOİK-ə göndərildim. Əsgərlikdən sonra ali iqtisadi təhsil aldım. Özü də Universiteti qırmızı diplomla bitirmişəm. Baxmayaraq ki, dərslərdən çox şahmatla məşğul olurdum. Gündə 10 saatımı şahmata həsr edirdim.

- Gündə 10 saat şahmatla məşğul olmaq çətin deyil ki?

– 17-20 yaşlarımda mənim üçün çox rahat idi. İndi isə bir az çətinləşib. Ailə, ev qayğıları və s. Bu yaxınlarda Qaxda keçirilən təlim-məşq toplanışı zamanı gündəlik 18 saat məşğul olmaqla, rekord müəyyənləşdirmək istədim. Amma iki gündən sonra anladım ki, biraz da belə davam etsəm, məni ən yaxında olan dəlixanaya aparacaqdılar.

- Hər gün məşq edirsiz?

– Bir dəfə Tal deyib ki, "Mən bir gün şahmatla məşğul olmayanda hiss edirəm ki, oyunum qeyri-adi alınır. İki gün məşğul olmayanda isə mənim pis partiya oynadığımı hətta qonşular da deyirlər". Təbii ki, o, zarafat edirdi. Amma sözündə həqiqət var. Hər gün mütləq oynamaq, partiyaları analiz etmək və oyunları izləmək lazımdır.

"Stoyanşik" yaxınlaşdı və dedi ki :"Görmürdün ki, topnan piyadanı vura bilirsən?"

– Məyus olduğunuz anlar olur?

- Əlbəttə. Ardıcıl məğlubiyyətlərdən sonra istəyirsən ki, turnir tez bitsin. Fərqi yoxdur hansı nəticə ilə, amma həmən bitsin. Bir dəfə yarışda mən ardıcıl olaraq 6 partiyada məğlub oldum. Bu yarışa getməməli idim, sadəcə, mən imtina edə bilməzdim. Bu Şəmkirdə Vüqar Həşimovun xatirəsinə xəsr olunuş birinci turnir idi. Məğlubiyyətlər olur. Ötən il Fabiano Karuana Veyk-an-Zee-də 30 reytinq saldı, ardınca isə gedib iddiaçlıar turnirinin qalibi oldu. Məndə bir dönəm olmuşdu ki,16 ay ərzində cəmi 6 dəfə məğlub olmuşdum, ağlarla isə ümumiyyətlə məğlub olmurdum.

- Məğlubiyyətlər də yəqin ki, nələrisə öyrədir?

- Maqnus Karlsen bununla razılaşmayacaq (gülür). Baxmayaraq ki ,onun da uğursuz turnirləri olur.

– Məğlub olanda həyacanlanırsız?

- Bəli. Hər bir məğlubiyyət mənim üçün kiçik bir ölümdür. Amma qorxmuram. Risk etməsəydim və qorxsaydım, bu qədər qələbə qazana bilməzdim.

- Turnirlərdən sonra necə dincəlirsiz?

- Baxır turnirə. Uğurlu turnir olanda ailəmlə, dostlarla qeyd edirəm. Uğursuz olanda da yenə də çalışıram ailəmlə və dostlarımla bu uğursuzluğu unudum. Arada harasa, heç kimin məğlub olduğumu bilmədiyi bir yerlərə çıxıb gedirəm. Bir dəfə maraqlı bir əhvalat oldu. Sergey Karyakinlə oynadığım partiyada çox sadə bir vəziyyət var idi. Şah və top məndə, şah və piyada Sergeydə idi. Bundan əlavə vaxtım da, Karyakindən xeyli çox idi. Mən sadəcə topla piyadaya hücüm etməli idim, ikinci gedişlə isə piyadanı alırdım. Amma nədənsə bu gedişi görmədim. Sonradan özüm də təəcübləndim. Rahat udacağım oyun heç-heçə ilə nəticələndi. Oyundan sonra qrossmeysterlər mənə yaxınlaşıb soruşurdurlar ki, "Top b6 gedişini görmədin?" Dedim nə bilim, belə alındı. Sonra həmin sualı mənə birinci dərəcəli şahmatçılar və hətta tamaşaçılar da verdilər, onlara da eyni cavabı verdim ki, arada belə də olur. Düşdüm dayanacağa ki, avtomobilimə minim gedim. Bu anda mənə "stoyanşik" yaxınlaşdı və dedi ki, "Görmürdün ki, topla piyadanı vura bilərsən?" ayağımı basdım qaza sürdüm (gülür).

"Sizə bir sirr açım.."

– Dahi şahmatçılarla görüşlər sizə nələri qazandırdı?

– Adətən şahmatçılar çox qapalı olurlar. Sirrlərini və ideyalarının bölüşməyi xoşlamırlar. Hətta iki dost şahmatçı görüşəndə belə, onlar şahmatdan çox az danışırlar. Amma istisnalar da olur. Məsələn, yenə də Vasiliy İvançuk. Çox saf və xoşniyyətli bir insandı. Vaxtı ilə mənə xeyli dəyərli məsləhətlər verib. Mənim o vaxt 17 yaşım var idi və təcrübəli dost məsləhətinə böyük ehtiyacım var idi.

- XIX əsrdə ən gücül şahmatçı Vilhelm Steynits idi, XX-ci əsrin ilk yarısında Lasker, Kapablanka və Alyoxin. Sonradan Fişer, Botvinnik, Tal,Karpov... Bu nəsillər nə ilə fərqlənir?

– Mən təzə başlayanda Steynits və Kapablankanın partiyalarından öyrənirdim. Amma indi onların oyunlarından yeniliklər tapa bilmirəm. Əminəm ki, 50 ildən sonra şahmatçılar bizim partiyalara baxanda da gülümsəyəcəklər. Çünki səhvsiz şahmat dövrü gələcək. Kompyüter insana çox şeylər öyrədəcək. Əvvəllər başqa cür oynayırdılar. Çoxlu təxirə salınmış oyunlar olurdu və s. İndi Maqnus Karlsenin oynadığı aqressiv oyunlar keçmişdə ümumiyyətlə yox idi. Mən inana bilmirəm ki, illər sonra Maqnusdan da güclü şahmatçı olacaq. Bu adam demək olar ki səhf etmir.

- Dahi şahmatçılarla görüşləri xatırlayırsız?

- Moskvada keçirilən Tal memorialında mənə dahi Korçnoy yaxınlaşıb dedi ki, "Sən mənim ən sevimli oyunçumsan. Sənə azarkeşlik edirəm". Onun bu sözlərinin şokundan ayılmamış mənə dedi ki, gözlə gəlirəm. Qayıdanda hədiyyə ilə qayıtdı - mənə şampan hədiyyə etdi. Bu görüş mənim üçün çox xoş idi. Deyəsən, növbəti gün mən turnirdə uduzdum, amma başqa şeyə görə heyfslənirəm. Mənim Viktor Lvoviçə çox sözüm vari idi, onun necə bir dahi olduğunu ona demək istəyirdim amma gecikdim. Fişerlə görüşmək şansım da var idi. İslandiyada keçirilən turnirdə administrator dedi ki, Fişer kitabxanada oturub, amma keyfi yerində deyil və heç kimi görmək istəmir. Düşündüm ki, birdən mənimlə kontakta girməz və bu mənə yarış qabağı pis təsir edər. Amma indi düşünürəm ki, kaş ki,onunla görüşməyə cəhd edərdim

- Kompyüterə qalib gəlmək olar?

- Gələcəkdə bütün güclü şahmatçılar bir yerə toplaşsa, bəlkə, kompyüterlə heç-heçə edə bilərlər. Kompyüteri insan yaradıb. Deməli, insan ona qalib gəlmək yolunu da tapacaq. Mən bir dəfə kompyüterə qalib gəlmişəm. İş orasındadır ki, kompyüter ancaq qələbəyə köklənib. Onun heç-heçəyə oynamaq kimi xüsusiyyəti yoxdur, amma mən heç-heçəyə oynadım. Bir anda kompyüter qələbə üçün riskli gediş etməli oldu. Etdi və uduzdu.

- Yaddaşınız necədi? Gözüyumulu neçə partiya oynaya bilərsiniz?

- Məncə rahat 10 partiya oynaya bilərəm. Amma özbək Timur Qareyev bu yaxınlarda 50 taxtada seans oynadı və onlardan 48-də qalib gəldi. Bu çox böyük yüklənmədi.

- Həyatda güclü yaddaş köməyinizə çatır?

- (Gülür). Mən elektron ünvanımın parolunu tez tez unuduram, mobil telefonumu restoranlarda masanın üstündə unuduram. Mən elə bil ki, yadadaşımın dolmasından ehtiyatlanıram. Ona görə də şahmatdan başqa şeylərlə yaddaşımı doldurmuram. Bir dəfə turnirdə partiyaları yazmırdım. Turnir bitəndə isə oturdum və keçirdiyim 18 partiyanın hamısını yazdım. Yoxlayanda gördüm ki, hamısını səhvsiz yazmışam. Sizə bir sirr açım, heç də bütün şahmatçılar yaxşı yaddaşa malik deyil. Bəziləri həmişə eyni debütdan istifadə edirlər.

- Şahmatçının ağılı adi insanın ağılı ilə nə ilə fərqlənir?

- Deyirlər şahmatçının riyazi düçüncə tərzi var. Amma məncə riyazidən daha çox intuitivdir. Tutaq ki, şahı g1 xanasından hara çəkməlisən ki, 20 gedişdən sonra zərbə altında qalmasın. Bunu hesablamaq mümkünsüzdür, amma intuisiya kömək edə bilər. Anatoliy Karpov çox güclü intuisiyaya malik şahmatçı idi.

- İntuisiyanı inkişaf etdirmək olar ?

- Olar. Qəribəsi də odur ki, bir çox gənc şahamatçı və onların müəllimləri bunu etmirlər. Xeyli məşqlər var. Ən sadəsindən başlayaq: qəpik hansı əlimdədi? Əvəllər mən düz tapa bilmirdim. Sonradan taktikamı dəyişdim və düşündüyümün əksini deməyə başladım. Bu taktika nəticə verdi. Şahmatda adətən ağlına gələn ilk fikir 90% düz çıxır. Çox düşünəndə, tərəddüd edəndə tapdığın düz cavabın üstündən keçə bilərsən. İntuisiya çox önəmlidir. Mən sürətli şahmatı sevirəm. Məhz ona görə da sürətli şahmat üzrə Dünya Çempionu da olmuşam.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1539   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO

I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib

6 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021
.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye

6 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021