Səddamın nəvəsi ilk dəfə danışdı: O GECƏ… - TÜKÜRPƏDİCİ XATİRƏLƏR

Səddamın nəvəsi ilk dəfə danışdı: O GECƏ… - TÜKÜRPƏDİCİ XATİRƏLƏRİraqın keçmiş lideri Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil ölkəsinin ABŞ tərəfindən işğal edildiyi 2003-cü ilin dəhşətli günlərini "Səddamın nəvəsi" kitabına köçürüb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, kitabla bağlı müsahibə verən Kamil Səddamın qızı Rağadın oğlu olduğunu bildirib.

İordaniyada ali təhsil alan Kamil ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra ailəsi ilə birlikdə ölkəni necə tərk etdiyini danışıb:

"ABŞ qüvvələri İraqa girəndə bütün ailə üzvlərimiz uşaqları ilə ölkəni tərk etdi. Ölkəni tərk etdiyimiz gecə soyuq və həddindən artıq qaranlıq idi. Səddamın qızları Rağad və Rananın uşaqları ilə Mosulda olduqları xəbərləri sızandan sonra ölkəni tərk etdik. Uşaq və qadınlarımızın həyatına təhlükə olduğu üçün ölkəni İraq-Suriya sərhədi ilə tərk etdik. Bu, bizim üçün böyük bir risk idi, Suriya gücləri orada insanların olduğunu bilsəydilər, atəş aça bilərdilər. Daha sonra İordaniya tərəfindən qonaq edildik. Bu günə qədər İraq pasportuna sahib ola bilmədiyimiz üçün bizə ərəb pasportu verildi. Bundan əlavə aylıq maaş və ev verildi. Bu vəziyyət günümüzə qədər davam edir".

O, Səddamın ailəsinin, xüsusilə anası və qardaşlarının bəzi insanlardan ölüm təhdidləri aldığını söyləyib.

İraqı tərk etməsindən sonra İngiltərədən dəvət aldıqlarını deyən Kamilin sözlərinə görə, bu təklif orada heç bir siyasi fəaliyyətlə məşğul olmamaq qarşılığında edilmişdi.

O, "Səddamın nəvəsi" kitabında ailənin qadın üzvləri və özünün Səddamla bağlı xatirələrinə yer verib. ABŞ işğalının ilk dövrü ilə əlaqədar qiymətləndirmələr edən Kamil kitabın son hissəsində babasının edamına toxunub.

Kitab ötən ay Birləşmiş Ərəb Əmirliklərində keçirilən 37-cü Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4092   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021