Prezidentin tənqid etdiyi aktrisanın ŞOK VİDEOSU YAYILDI - FOTO

Prezidentin tənqid etdiyi aktrisanın ŞOK VİDEOSU YAYILDI - FOTOAktrisa Dəniz Çakırın hicablı qadınlara hücum edərkən lentə alınan kadrları yayılıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hücum etdiyi qadınlar tərəfindən məhkəməyə verilən aktrisa hadisəni inkar etsə də, faktlar ortaya çıxıb. Görüntülərdə Çakırın təcavüzkar davranışı, hicablı qızları telefonla çəkməyə çalışdığı, əl-qol hərəkətləri etdiyi, yanındakı yoldaşlarının və klub personalının isə onu sakitləşdirməyə çalışdıqları aydın şəkildə görünür. Bundan başqa, hadisənin baş verdiyi kafenin meneceri və şöbə müdiri də prokurorluğa ifadə verib.

Qadınların şikayətindən sonra Dəniz Çakır İstanbul Respublika Baş Prokurorluğuna istintaqa verdiyi ifadədə bunları deyib:

"Ərəbistan sözünün keçdiyi yeganə cümləni öz masamdakı yoldaşlarımın eşidəcəyi səs tonu ilə "İçki verilən bir məkanda içdiyim içkiyə qarışırlar və çəkdiyim fotoya mühakimə edərək baxılar" dedim. Bura Ərəbistandırmı? Bura Atatürkün Türkiyəsidir. Ancaq bu çıxışımı qətiyyən qarşı tərəfin eşidəcəyi səs tonuyla və ya onlara xitabən demədim. Üzərimə atılan heç bir ittihamı qəbul etmirəm".

Prokurorluq Çakırın mənsub olduğu dinin əmr və qadağalarına uyğun davranmamasından dolayı təhqir cinayəti üzrə aparılan istintaqın davam etdiyini bildirib.

Hadisəsinin yaşandığı klubun iki işçisinin prokurorluqda Dəniz Çakır əleyhinə verdikləri ifadələr bunlardır:

(Menecer): "Ofisiantlardan mübahisə olduğunu eşidib 7-8 nəfərlik qrupun yanına getdim. Yan masadakılar "Dəniz Çakır bizim şəkillərimizi çəkir" dedilər. Mən də onlarla danışaram deyərək Çakırın masasına yönəldim. Çakırın yanındakı qadından əgər şəkil çəkibsə, onları silməsini xahiş etdim. Bundan sonra Çakır "Niyə hicablı qadınların gəlməsinə icazə verirsiniz? Bura spirtli içki verilən məkandır" dedikdən sonra qarşı tərəfin eşidəcəyi şəkildə "Bura Ərəbistan deyil" deyə çığırdı".

(Şöbə müdiri): "Çakır hicablı qızların masasının yanından keçərkən onlara xitabən "Nə baxırsınız ee?" - deyə səsini qaldırdı, sonra da "Sizin yeriniz bura deyil, Ərəbistana gedin", - dedi və aralarındakı mübahisə böyüdü. Kafenin əməliyyat direktoru ilə hər iki stolda da əyləşənləri sakitləşdirməyə çalışdıq. Sonra Çakır qızların şəkillərini çəkmək istədi. Yoldaşı telefonu alaraq aktrisanın şəkil çəkmədiyini göstərdi. Mən Çakırın əlini tutaraq "İki uşaq atasıyam. Məni işsiz qoymayın" - dedim. Çakır çıxandan sonra qrupun yanına gedərək onlardan üzr istədim".

Xatırladaq ki, aktrisanın hicablı qadınlara qarşı kobud rəftarını ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında kəskin tənqid etmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 6435   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

32 şagird toyuq ətindən zəhərləndi

32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib

19 aprel
.

Həkimlər diaqnoz qoya bilmirlər – 45 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

Nigeriyanın Kano əyalətində ən azı 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü bildirilir. xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb. Əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan ən azı 45 nəfər diaqno

18 aprel
.

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb. -a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb

18 aprel
.

"Kurtlar vadisi"nin aktrisası: "Atamın təzyiqi ilə evləndim"

Məşhur aktrisa İpek Tenolcay yeni açıqlaması ilə gündəmə gəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o illər əvvəl atasının təzyiqi ilə evləndiyini etiraf edib:. "Evdən çıxmaq üçün evlənmişdim. Məhəllə və atamın təzyiqi olmasaydı evlənməzdim. Hamilə olanda ayrıldım. Uşaq doğulduqdan sonra d

19 aprel
.

Dəhşətli qətl: Gündüz çağı küçənin ortasında... - VİDEO

Türkiyədə ötən gün yaşanan qətl hadisəsini törədən şəxsin anbaan saxlanılma görüntüləri yayılıb. İstanbulun Sarıyer rayonunun Tarabya məhəlləsində baş verən hadisə zamanı əcnəbi vətəndaş 58 yaşlı Yaşar Yanıkyürek adlı sürücünün idarə etdiyi taksiyə minib və aralarında ödənişlə bağlı mübahisə düşüb. Əcnəb

19 aprel
.

Silahlı hücum: uşaqları küçədə bıçaqladılar

Fransanın şimal-şərqindəki Suffelvetershaym kommunasında bıçaqlı hücum baş verib. Məlumata görə, hücum nəticəsində 6 və 11 yaşlı iki uşaq yaralanıb. Təcavüzkar artıq polis tərəfindən saxlanılıb. Bildirilib ki, hadisə zərərçəkənlərin oxuduğu məktəbin yaxınlığında baş verib

19 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Həkimə gedən qadın ərinin xəyanətini öyrəndi

Reddit sosial şəbəkəsində 32 yaşlı qadın ərinin xəyanətinin üstünü necə açdığını paylaşıb. "Medicina" xəbər verir ki, qadın 40 yaşlı ərinin tez-tez məzuniyyət və səfərlərə getdiyini, buna görə hər dəfə 2-3 həftə evdə olmadığını bildirib. "Mən təklikdən depressiyaya düşürdüm və özümü pi

19 aprel
.

"Hörümçək adam"ın adından dələduzluq edildi

Hakerlər "Hörümçək adam" rolu ilə tanınan Hollivud aktyoru Tom Hollandın səhifəsini sındırıblar. Fırıldaqçılar onun adından saxta kriptovalyuta reklam edib və səhifədə fişinq linkləri yerləşdiriblər. Aktyorun "X" sosial şəbəkəsindəki səhifəsində (keçmiş "Twitter") Tom Hollandı

19 aprel