"Namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir" - Azay Quliyev / MÜSAHİBƏ

"Namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir" - Azay Quliyev / MÜSAHİBƏ"Biz siyasətdə bir-birimizi xoşlamaya bilərik, opponentlik edə bilərik, tənqid edə bilərik, hətta nifrət də edə bilərik, lakin ailə, namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir, əxlaqsızlıqdır".

BakuPost QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin hakim partiyanın saytına müsahibəsini təqdim edir:

- Azay müəllim, YAP-ın mərkəzi qərargahında partiyanın sədr müavini və icra katibi Əli Əhmədovla QHT-lərin görüşü keçirildi. Görüşdə hansı məsələlər müzakirə edildi və görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Öncə onu qeyd edim ki, ölkənin aparıcı QHT-ləri ilə hakim partiyanın görüşləri və bu görüşlərdə ictimai əhəmiyyətli məsələlərin müzakirəsi yeni təcrübə deyil, biz əvvələr də bu formatda görüşlər keçirmiş, ən müxtəlif məsələləri açıq və səmimi ortamda müzakirə etmişik. Bu da təbiidir. Çünki, hakim partiya üçün hər zaman ictimai rəy daşıyıcılarının və bütövlükdəictimai sektorun ölkədə və beynəlxalq aləmdə baş verən bu və yadigər hadisələrə münasibəti maraqlı olub, QHT-lərə də hakim partiyanın ölkənin inkişafı, mövcud problemlərin həlli ilə bağlı atacağı addımları öyrənmək və bu istiqamətdə öz təkliflərini vermək xüsusi əhəmiyyət kəsb edib.

Bu dəfə də belə oldu. Bu günkü görüşdə çox vacib və eyni zamanda bir sıra problemli məsələləri müzakirə etdik. Ən çox müzakirə edilən məsələ sosial medianın hazırkı vəziyyəti, bəzi istifadəçilər tərəfindən sosial şəbəkələrdə insanların heysiyyatına və mənəviyyatına edilən açıq hücumlar, təhqir və "söyüş maşını"nın işə salınması və bundan doğan narahatlıqlar oldu. Təəssüf ki, bəzi hallarda sosial şəbəkələr mədəni ünsiyyət və kommunikasiya funksiyasını itirərək daha çox problemli insanların, özünü idarə edə bilməyənlərin, separatçıların, terrorçuların, qatillərin və bir sözlə bütün dəyərləri və qanunları tapdalayan adamların tribunasına çevrilir.

Xalqların, millətlərin adət-ənənələri və mental dəyərləri nəzərə alınmır. Hamımız bilirik ki, söyüş söymək, xüsusilə ailə üzvlərini ağır söyüşlərlə təhqir etmək, alçaltmaq bizim xalq üçün ən ağır və heç vəchlə qəbul edilməyən və bağışlanmayan bir hərəkətdir, naqislikdir. Həm dinimiz, həm qanunlarımız, həm də beynəlxalq hüquq şəxsiyyətin alçaldılmasını yol verilməz hesab edir və buna görə cinayət məsuliyyətini nəzərdə tutur. Lakin buna baxmayaraq, bu kimi hallar hələ ki, azalmır, belə hərəkətlərə qarşı hər hansı təsirli tədbirlər görülmür, sosial şəbəkələri yaradan şirkətlər də belə qanunsuzluqlara göz yummaqda davam edirlər.

- Qeyd etdiniz ki, Azərbaycana qarşı "söyüş maşını" işə salınıb. Sizcə bu "maşını" dayandırmaq mümkündürmü?

- Məncə sizin sualınıza cavab verməmişdən öncə daha iki suala aydınlıq gətirmək lazımdır: bu "söyüş maşını" niyə yaradılıb? kimlər bu oyunda, yəni "söyüş maşının"da iştirak edir? Bu suallara aydınlıq gətirəndən sonra onu necə dayandırmaq haqqında düşünmək olar.

Şübhəsiz ki, bu sualların hər biri dərin təhlil və əhatəli cavab tələb edir. Ancaq mən çalışacam hər üçü ilə bağlı qısa olaraq fikirlərimi bildirəm.

- Birinci, "söyüş maşını" niyə yaradılıb?

Baxın görün, "söyüş maşını" nə vaxt tam gücü ilə işə düşdü. Son iki ildə. 2015-ci ildə manatın devalvasiyasının şokundan və keçici iqtisadi tənəzzüldən dövlətimizin büdrəyəcəyini və müvazinətinin itirəcəyini sevinclə gözləyən xaricdəki anti-Azərbaycan dairələr və daxildəki radikallar tam fərqli, onlar üçün gözlənilməz olan vəziyyətlə üz-üzə qaldılar. Belə ki, cənab prezident İlham Əliyev vəziyyəti düzgün qiymətləndirdi və qətiyyətli addımlar ataraq qısa müddətdə ölkəni çətin vəziyyətdən çıxarmağı bacardı. Prezident İlham Əliyevin ən böyük uğuru o idi ki, yaranmış böhranı fürsətə çevirərək ölkədə geniş miqyaslı islahatlara başladı. Nəticədə, Azərbaycan dünyanın ən 10 islahatçı ölkəsinə çevrildi, uzun müddət gözlədiyimiz məcburi tibbi sığortaya keçid haqqında qərar verildi, kənd təsərrüfatında, gömrük və vergi sistemində köklü dəyişkiklər başladı, sosial sahədə bir çox ciddi problemlər öz həllini tapdı, bir sözlə mahiyyətcə yeni və modern Azərbaycan quruculuğuna başlanıldı. Ən vacibi isə xalqımız cənab İlham Əliyevin bu xidmətlərinə görə böyük səs çoxluğu ilə onu növbəti müddətə Azərbaycanın prezidenti seçdi.

Belə bir vəziyyətdə Azərbaycanı istədikləri kimi idarə etmək arzusunda olan xarici güclər və onların daxildəki dəstəkçiləri əllərinin hər şeydən üzüldüyünü, indiyə kimi tətbiq etdikləri mexanizmlərin və üsulların işə yaramadıqlarını görüb yeni metodlar üzərində işləməyə başladılar.

Nə yolla olur olsun, Azərbaycan da ictimai siyasi sabitliyi pozmaq, təhlükəsizliyi təhdid etmək, dövlətimizin beynəlxalq imicini zədələmək və dövlət atributlarını və hakimiyyət nümayəndələrini gözdən salmaq üçün ən müxtəlif ssenarilər düşündülər.

Xalqımızın həssasiyyətini bildikləri üçün özlərinin ağlınca "efefktiv" metod tapdılar. Bizi ən zəif yerimizdən vurmağa, ən çox önəm verdiyimiz mental dəyərlərimizə və milli xüsusiyyətlərimizə xaincəsinə hücum etməyə başladılar. Bunun üçün ən təsirli və eyni zamanda çirkin mexanizm olan təhqir və "söyüş maşını"nı işə sadılar. Əsas hədəf isə bütün bu islahatların müəllifi, müstəqil dövlətimizn, milli təhlükəsizliyimizin, inişafın və rifahın qarantı olan ölkə prezidenti cənab İlham Əliyev və onun ailə üzvləri oldu. Məncə "söyüş maşını" niyə yaradılıb sualının cavabını burda axtarmaq lazlmdlr.

- İkinci, kimlər bu oyunda, yəni "söyüş maşının"da iştirak edir?

Söyüş söyənləri təhlil edərək onları 3 qrupa bölmək olar :

1-ci qrup, daha radikal qrupdu. Bu qrupa yuxarıda qeyd etdiyim anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, tam olaraq xaricdən maliyyələşən şəxslər daxildir. Bunlar üçün heç bir milli dəyərin və mental xüsusiyyətin əhəmiyyəti qalmamışdır. Bu qrupun "söyüş maşını"na "benzin" tökənlər arasında son zamanlar azərbaycan dilini mükəmməl bilən ermənilər və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları daha çox fəallıq mümayiş etdirirlər.

2-ci qrupa, radikal siyasi müxalifətin üzvlərini aid etmək olar. Təəssüf ki, bu qrup marginallaşmış və öz aləmlərində guya siyasətlə məşğul olduqlarını zənn edənlərdir. Bunlar sivil siyasi mübarizə metodundan imtina edərək siyasətə söyüşü və təhqiri gətirmək istəyənlərdir. Bu qrup, ölkədə baş verən bütün müsbət dəyişikləri və inkişafı inkar edir, nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyublar. Ona görə də milli hisslərə və dəyərlərə məhəl qoymayaraq bütün dövlət və hakimiyyət nümayəndələrini ağır söyüşlərlə təhqir etməkdən, etik normaları ayaqlar altına atmaqdan çəkinmirlər.

3-cü qrupa isə hər hansı bir xüsusi səbəb və ya motivasiya olmadan, nə baş verdiyini bəlkə də tam anlamayıb ümumi axına düşüb gedənlər, siyasi proseslərdən uzaq olanlardı. Onların sayı və aktivliyi az osada, hərdən söyüş qrupuna dəstək verir və onların təsiri altında əxlaqsız ifadələr işlədərək insanları təhqir edirlər.

İndi isə sizin sualınıza cavab verməyə çalışım.

- "Söyüş maşını"nı dayandırmaq mümkündürmü?

Bu sual ən çətin və ən mürəkkəb sualdır. Çünki, bunun bir mənalı şəkildə və tam uduşlu formatda cavabı bir az çətindir. Səbəb isə qeyd etdiyim kimi, "söyüş"ün bir layihə olaraq Azərbaycanda icra olunması və onun arxasında duran qüvvələr və onların maliyyə imkanlarıdır. Lakin söyüş və təhqirin cəmiyyətimiz üçün yad element olduğunu, milli genetikamızın bu cür əxlaqsızlığı qəti olaraq rədd etdiyini nəzərə alaraq, bu bəlanı ciddi şəkildə azaltmaq və tədricən aradan qaldırmaq mümükündür.

"Söyüş kampaniyasının "qaibləri" mükafatlandırılır"

Məncə bizim əsas hədəfimiz "söyüş maşının"da iştirak edən 2-ci və 3-cü qrup olmalıdır. Çünki, qeyd etdiyim 1-ci qrup itirilmiş və xalqdan qopmuş sayıldığına görə onlara baş qoşmağa dəyməz. Lakin digər iki qrup bu prosesdən çəkilsə, birincilərin varlığı o qədər hiss olunmaz və təsirləri azalar.

Bunun üçünsə ilk növbədə söyüşü siyasətə gətirməyə çalışanlar bundan imtina etməlidir. Bəzən isə tam əksini müşahidə edirik, sanki "kim daha iyrənc və "kreativ" söyüş söyər?" yarışması keçirilir və radikal siyasi düşərgənin rəhbərliyi tərəfindən "qaliblər" mükafatlandırlılır. Bu çox təhlükəlidir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Cəmiyyət isə bunu ikrahla qarşılayır. Biz siyasətdə bir-birimizi xoşlamaya bilərik, opponentlik edə bilərik, tənqid edə bilərik, hətta nifrət də edə bilərik, lakin ailə, namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir, əxlaqsızlıqdır.

Bunu edənlər anlamalıdırlar ki, istənilən söyüş aqressiya ilə qarşılanır və cavabı adekvatdır.

Biz isə bunu istəmirik. Bu baxımdan "söyüş maşınının" qarşısını ala bilməyən və başqa yol tapmayan bəzi siyasətçilərin əlacsızlıqdan məcbur qalaraq "söyüşə-söyüşlə cavab verək" çağırışını anlasam da, onu doğru hesab etmirəm. Çünki, təcrübə göstərdi ki, elə "söyüş maşınını" icad eləyənlərə də tam bu lazımdır ki, durum daha da gərginləşsin və vəziyyət nəzarətdən çıxsın. Nəticədə qan tökülsün və ictimai-siyasi sabitlik pozulsun, siyasi mübarizə zorakılığa və qarşıdurmaya yönəldilsin. Bu bir siyasi tələdir və hakimiyyət nümayəndələri bunu bildiyinə görə bu tələyə heç vaxt düşməz. Digər tərəfdən xalqımız sivil və mədəni xalqdır, heç bir halda təhqir və söyüşü siyasi mübarizə metoduna çevirə bilmərik və çevirməməliyik.

Ona görə də siyasilər öz tərəfdarlarına müraciət etməli və söyüşlə, təhqirlə mübarizə aparmağın yol verilməz və təhlükəli olduğunu bəyan etməlidir, tərəfdarlarını belə bir hərəkət etməkdən çəkindirməli və bu işi nəzarətdə saxlamalıdır. Ehtiyac yaranarsa bununla bağlı partiyalar arasında ayrıca bir görüşü də təşkil etmək olar. Məncə bu "söyüş maşınının" ciddi şəkildə zərərsizləşdirməyin ən doğru və ən təsirli yolu ola bilər.

İkinci yol isə hüquqi müstəvidə atılan addımlar ola bilər. Burada isə həm sosial şəbəkələrin, həm də söyüş söyənlərin qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyətə cəlb olunması müzakirə oluna bilər. Bundan başqa təhqir və söyüş kontenti olan yazıları və şərhləri müvafiq qaydada şikayət edib onların silinməsinə və ya həmin şəxslərin profillərinin və səhifələrinin bağlanılmasına nail olmaq mümkündür.

- Sizcə QHT-lər bu istiqamətdə nə iş görə bilərlər?

- QHT-lərin bu cür həssas məsələlərin həllində rolu çox böyükdür. Bu gün biz görüşdə bu barədə ətraflı danışdıq. Onlar da hazırkı vəziyyətdən çox narahatdırlar. Görüşdə maraqlı təkliflər də səsləndirildi. Hesab edirəm ki, bütün QHT-lər çalışmalıdır ki, ölkəmiz və xalqımız əleyhinə aparılan bu çirkili oyunun pozulmasında, "söyüş maşınının" durdurulmasında daha fəal olsunlar. Onların nüfuzu və ictimai çəkisi imkan verir ki, siyasi mövqeyindən və hansı partiyaya aid olmasından asılı olmayaraq bu məsələyə münasibət bildirsin və bu biabırçılığın qarşısını tezliklə alınması istiqamətində təsirli tədbilər görsünlər. İnanıram ki, bizim diqqətimizi əsas strateji hədəfdən yayındıraraq bu kimi mənasız işlərə yönləndirməyə cəhd edənlərə QHT-lər təkcə öz prinsipal mövqeləri ilə deyil, həm də dövlət və vətəndaş birliyini və həmrəyliyini daha da möhkəmləndirməklə də cavab verəcəklər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 907   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel