Bakıda müdirini öldürən gənc: "Söyməzdi, vurmazdım"

Bakıda müdirini öldürən gənc: "Söyməzdi, vurmazdım"İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən 23 yaşlı İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hadisə Bakı şəhəri, NZS qəsəbəsində "Batabat" kafesində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb. İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.

İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, İ.Cəfərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun atası isə İCəfərova daha ağır cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışında bildirib ki, İ.Cəfərovun niyyəti adam öldürmək olmayıb və hadisə mərhum Elmar Qasımovun işçisi İsmayıla qarşı kobud rəftarının nəticəsində baş verib.

Vəkil məhkəmədən İ.Cəfərovun əməlinin Cinayət Məcəlləsinkn 120.1-ci (qəsdən adam ölürmə) maddəsindən 126.3.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümlə nəticələndikdə) maddəsinə tövsif edilməsini istəyib. O həmçinin hökm çıxarılarkən İsmayıl Cəfərovun əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsinin nəzərə alınmasını xahiş edib

İ.Cəfərov da son sözündə mərhumu öldürmək niyyətinin olmadığını deyib.

Bu zaman təqsirləndirilənin qohumları ilə və zərərçəkmiş tərəfin ailə üzvləri arasında mübahisə yaranıb.

Mərhumun atası təqsirləndirilən şəxsin dəmir barmaqlıqlar arxasında əllərinin qandalsız olmasına etirazını bildirib. Onun bu etirazı təqsirləndirilənin qohumları tərəfindən narazılıqla qarşılanıb. Tərəflər arasında mübahisə böyüyüb. İsmayıl qətlə yetirdiyi şəxsin atasına "oğlun da sənin kimi danışırdı" deyib, ardınca isə üzünü anasına tutaraq "ay ana, narahat olma. Günah öləndə olur. Söyüş söyməzdi, vurmazdım" deyib.

Mərhumun atası isə "söymüşdü, sən də onu söyərdin. Amma narahat olma, sən hələ içəridə çox söyüləcəksən" deyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İ.Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Azxeber"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2013   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021