Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq HƏR ŞEYİ AÇDI
Rusiya mətbuatı iddia edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizli danışıqlar gedir. Bu iddiaya əsas olaraq isə münaqişə ətrafında vəziyyətin dəyişməsini, tərəflərin hərbi bəyanatlardan nisbi sakitliyə keçməsini göstərirlər: "Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər".
Məsələ ilə bağlı publika.az-a açıqlama verən politoloq, sabiq diplomat Fikrət Sadıxov isə bildirir ki, həqiqətdə belə bir şey yoxdur:
"Ermənistanla Azərbaycan arasında heç bir gizli danışıq getmir. Bütün danışıqlar rəsmi şəkildə Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır, ya da nazirlərin təkbətək görüşləri keçirilir. Artıq xarici işlər nazirləri bir neçə raund görüş keçirib. Dövlət başçımız da Davosda Ermənistanın baş naziri ilə saat yarım söhbət edib. Rəsmi İrəvanın ziddiyyətli bəyanatlarına baxmayaraq, müsbət dinamikanın elementləri hiss olunur. Amma nəticələr haqqında nəsə demək hələ ki, tezdir.
Armen Sarkisyan Almaniyada çıxış edərkən bildirib ki, tərəflərin münaqişəni həll etmək üçün sülhdən başqa yolu yoxdur. Bu, bizim üçün Amerikanı yeni kəşf etməkdir. Lakin biz özümüz də istəmərik ki, Qarabağda yenidən müharibə alovlansın. Elə buna görə də 25 ildir, danışıqlar formatındayıq. Ona görə biz uzun illər ərzində çalışırıq ki, diplomatik, dinc yolla bu məsələni həll edək. Ermənistan isə nə torpaqları azad edir, nə münaqişənin həllinə maraq göstərir, nə də ki, beynəlxalq hüquq normalarına əməl edir. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər erməni tərəfi müharibənin alovlanmasından narahatdırsa, onda bunu nəzərə alaraq nəticə çıxarmalıdırlar".
Politoloq bildirib ki, Armen Sarkisyanın bu çıxışını Ermənistanın geri addımı kimi dəyərləndirmək olmaz:
"Açıq deyim, mən bu çıxışı müsbət addım kimi dəyərləndirə bilmərəm. Çünki burada niyyət başqa da ola bilər. Əgər Ermənistan düşünürsə ki, müharibənin alovlanmaması üçün torpaqları azad etmək lazımdır, o zaman bu çıxışı müsbət dəyərləndirmək olar. Amma əgər hesab edirlərsə ki, torpaqlar azad olunandan sonra Dağlıq Qarabağda müstəqil bir dövlət qurulacaq və bu məsələ yekun mərhələsinə gəlib çatacaq, o zaman yanılırlar. Mən bu həqiqətləri nəzərə alıb bu yanaşmanı irəli sürürəm".
Fikrət Sadıxovun sözlərinə görə, Armen Sarkisyanın bu çıxışı Nikol Paşinyanla arasında dərin ziddiyyət yaratmayacaq:
"Onların məsələyə yanaşma forması başqa cür olsa da, məzmunca eyni fikirləri səsləndirirlər. Sarkisyan daha yumşaq ifadələrlə fikirlərini çatdırır. Paşinyan isə daha ziddiyyətli və sərt bəyanatlar səsləndirir.
Amma hər bir halda, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt imkan verməyəcək".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 2564 Tarix: 16 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşABŞ və Rusiya Ermənistanda toqquşur - Vaşinqton İrəvana qarşı bəyanat verdi
ABŞ-ın gizli dəstəyi ilə Ermənistanda inqilabi yolla hakimiyyətə gələn Nikol Paşinyanın Rusiyanın dəstəyi və istəyi ilə Suriyaya hərbçilərdən və tibbi heyətdən ibarət humanitar missiya göndərməsinin Vaşinqtonda qıcıq doğuracağını yazmışdıq. "Yeni Müsavat"ın məlumatına görə, dünən ABŞ-ın Ermənistandak
15 fevral 2019Ermənistan prezidentindən Qarabağla bağlı ŞOK SÖZLƏR: "Çox təhlükəli olacaq"
"Mənim üçün münaqişənin sülh yolu ilə həllindən başqa bir yol yoxdur". -a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib. Almaniyanın Heydelberq Universitetinin tələbələri qarşısında çıxış edən Sarkisyan onlarla Qarabağ münaqişəsinin həllinə dair öz fikirlərini bölüşüb
15 fevral 2019Prezident İlham Əliyev daha bir sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq olunması haqqında sərəncam imzalayıb. -ın xəbərinə görə, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib. Komissiyanın sədri. Azərbaycanın iqtisadiyyat naziri. Komissiyanı
15 fevral 2019"Onda ancaq erməni sevgisi var" – Deputat
a istinadla Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müsahibəni təqdim edir:. - Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfər edəcəyi barədə məlumat yayılıb. Makronun İrəvan və Gürcüstana səfər edərək, Bakıya gəlmədən Parisə geri dönməsi geniş müzakir
15 fevral 2019Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası ala bilər
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi, hərbi texniki
15 fevral 2019Mehriban Əliyeva gəncəlilərdən YAZDI - FOTO
Xəbər verdiyimiz kimi, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər. bildirir ki, Unikal.org-un məlumatına görə. Gəncə səfəri ilə bağlı birinci xanım təəssüratını instagramdakı "firstvicepresidentazerbaijan" rəsm
15 fevral 2019Zahid Oruc vəzifəyə təyin olunmasından danışdı
Deputat Zahid Oruc prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsindən danışıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə açıqlama yayan deputat şəxsinə göstərdiyi etimada görə ölkə prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib:. "Ötən günlər ərzind
15 fevral 2019Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb – Rus nəşrindən şok iddia
Ermənistan və Azərbaycan Dağlıq Qarabağın taleyi ilə əlaqədar gizli danışıqlara başlayıblar. Belə bir iddia Rusiyanın saytında yer alıb. Yazıda bildirilir ki, bu münaqişənin nizamlanması prosesi uzun illər öz yerində sayıb, 2016-cı ildə isə hərbi əməliyyatların bərpasına gətirib çıxarıb: "Amma b
14 fevral 2019