Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab"Təkcə son bir ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə isə 6 654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilmiş və cari ildə azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Eyni zamanda müharibə əlillərinə 265 ədəd, ümumilikdə isə 6 144 avtomobil təqdim edilmişdir. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhidin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulan və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlər həyata keçirilib". Sonxeber.az xəbər verir ki, bu fikirlər son günlər sosial şəbəkələrdə müharibə veteranlarına sosial müavinətlərin verilməsində ədalətsiz yanaşmanın mövcudluğu barədə səslənən əsassız fikirlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

Məlumatda daha sonra bildirilir ki, müharibə əlilləri və şəhid ailələri pensiya və ya sosial müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri ilə də təmin olunmaqdadırlar: "Ötən dövrdə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30 yanvar tarixli bu sahədə olan son Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat məbləğinə çatdırılıb.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlilləri digər sahələrdə də dövlətin daimi qayğısı ilə təmin olunurlar. Eyni zamanda, cari ildə əmək haqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə Dövlətin və Dövlət Başçısının xüsusi qayğısının əyani təzahürüdür.

Bununla belə, dəfələrlə bu istiqamətdə məlumat və izahat verilməsinə baxmayaraq son günlər sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarda yuxarıda sadalanan görülmüş işlərə kölgə salınaraq, guya müharibə veteranlarına ədalətsiz yanaşmanın mövcud olduğu barədə cəmiyyətdə yanlış rəy yaratmağa yönələn fikirlər səslənməkdədir.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilib. Onu da bildiririk ki, hal-hazırda müavinətin məbləği 55 manat təşkil etməklə 52 000 nəfər şəxsə aylıq əsaslarla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli 1.1.7-ci yarımbəndinə uyğun olaraq ödənilməkdədir.

2007-ci il 22 yanvar tarixli 514 nömrəli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilib.

2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur.

Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə nəzərdə tutulub".

Nazirliyin açıqlamasında daha sonra bildirilir ki, son zamanlar ölkənin sosial-iqtisadi inkişaf imkanlarına uyğun olaraq bu sahədə qanunvericilik ciddi şəkildə təhlil olunaraq, sosial müavinətlərin unifikasiyası və təkmilləşdirilməsi yönündə müvafiq işlər görülüb: "Bu prosesin davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə islahatların aparılması qarşıdakı dövrdə də nəzərdə tutulub. Son olaraq, vətənpərvərliyini, dövlətçiliyə sadiqliyini keçdikləri həyat yolu ilə sübut etmiş Qarabağ müharibəsi veteranlarını, əsassız iddialar üzərində hökumətə qarşı mənfi fikirlərə kökləyən, açıq şəkildə etiraza təhrik edən bəzi şəxslərə bu cəhdlərindən uzaq olmağı, dövlət qurumlarına qarşı qeyri-etik davranışlardan çəkinməyi tövsiyə edir, ölkə rəhbərinin başçılığı altında Hökümətin gördüyü işlərə kölgə salmağın, eyni zamanda vətənə sevginin təkcə maddi meyarlarla ölçülməsinin yol verilməz olduğunu onların diqqətinə çatdırırıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2066   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021