Yağlar haqqında bilmədiklərimiz - Zərəlidir yoxsa faydalı?

Yağlar haqqında bilmədiklərimiz - Zərəlidir yoxsa faydalı?Hazırda insan orqanizminin bünövrəsini təşkil edən maddələrdən biri olan yağlar haqqında çox pis fikir formalaşıb. İddialara görə yağ bizim üçün çox zərərlidir: onlar piylənməyə səbəb olur və sağlamlığımıza böyük zərbə vurur. Həqiqətən bu belədirmi?

Sonxeber.az ölkə.az-a istinadən bu barədə araşdırma yazını təqdim edir.

Biz bilməliyik ki, yağsız bizim orqanizmimiz fəaliyyət funksiyasını tamamilə itirə bilər.

Bəs yağların bizə faydası nədir?

İnsan orqanizmində gedən proseslərin əksəriyyətində yağ sintezinin böyük rolu var.

Enerji mənbəyi: Yağ çox böyük enerji mənbəyidir. 1 qram yağ 9.1-9.5 kilokalori enerji deməkdir. İnsanın gündəlik xərclədiyi enerjinin 50%- i məhz yağ vasitəsilə təmin olunur. Deməli orqanizm lazım olan miqdarda yağ qəbul etməsə biz hərəkət etməyə belə çətinlik çəkərik.

Qoruyucu rolu: Hər bir daxili orqanın xarici örtüyündə müəyyən yağ kütləsi vardır. Əsasən bu zərif, zəif orqanlara aiddir. Məsələn bağırsaq və böyrəklər kimi. Belə örtük onları zədələrdən və mikroblardan qoruyur.

Bundan başqa o bizi isti havalarda günvurmadan da qoruyur. İstiliyin zərbəsini öz üzərinə götürüb, müəyyən bir hissəsini daxili orqanlarımıza buraxır.

Həyatverici funksiyaları: Bir çox vacib rolundan başqa yağ həmçinin orqanizm boyu sinir impulslarının ötürülməsinə də böyük təkan verir. Bundan əlavə o orqanları qidalandırır, zülalın qana sovrulmasına və vitaminlərin orqanizmə bərabər yayılmasına da kömək edir.

Növləri: Yağları xassəcə bir çox növlərə bölmək olar. Ancaq orqanizm üçün ən əlverişli iki növ var: bitki tərkibli və heyvan mənşəli yağlar.

Bitki tərkibli yağlar: Bitki mənşəli yağlar soya, qarğıdalı, balqabaq tumu, günəbaxan tumu, qoz, fındıq, badam, kətan toxumundan və s. bitkilərdən alınır.

Kokos və palma yağından isə ehtiyatla istifadə etmək lazımdır, belə ki, onlar qanda xolesterolu yüksəldir. Bundan əlavə bitki yağı alarkən rafinə olub olmamağına da diqqət yetirin. Çünki yağ rafinə olunan zaman tərkibindəki faydalı maddələrin çox hissəsini itirir. Bir insanın bitki yağına gündəlik tələbatı 15-20 qramdır.

Heyvan mənşəli yağlar: Bu heyvanların və balıqların yağ toxumasından və ya sümüklərindən alınan növüdür. Bunlara xama, kərə yağı, qaymağı misal gətirə bilərik. Bundan əlavə bu yağlardan kosmetika, yuyucu vasitələrin və dərmanların istehsalında da istifadə olunur.

Bir sağlam insanın bu mənşəli yağa gündəlik tələbatı 25-40 qramdır.

Xolesterol: Bu yağ ehtiyacı olacağı qədər qəbul edildikdə insan orqanizmi üçün faydalı və lazımlıdır. Xolesterol orqanizmin stabil qalması üçün çox əlverişlidir. Lakin təlabatdan çox qəbul edilərsə, sağlamlıq üçün zərərli ola bilər. Kolbasa , fast food, marqarin və digər qeyri-sağlam qidalar məhz qanda ziyanlı xolesterolun miqdarını artırır. Bu da ürək- damar sistemi çatışmazlığı, iflic, beyin qansizması, damar tıxanması və bir çox xəstəliklərə yol aça bilər.

Doymuş yağlar: Bu növ yağlar da sağlamlıq üçün ziyanlı hesab edilir. Bu siyahıya quş ətinin dərisi, palma, kokos, kərə yağı, fast food və şokoladı əlavə etmək olar.

Trans yağlar: Bu süni yollarla alınan yağlardır. Doymamış yağa hidrogen atomları əlavə edilərək yenidən emal edilir. Bu yolla doymamış yağ doymuş yağa çevrilir və nəticədə trans yağ əmələ gəlir.

Trans yağın ən bariz nümunəsi marqarindir. Bu qida demək olar ki, bütövlüklə trans yağdan ibarətdir. Bu siyahıya çips, kreker, kökə və bulkaları də əlavə edə bilərik. Bu qida növləri maddələr mübadiləsini yavaşladır, piy sintezini, qalxanvari vəzin fəaliyyətini pozur və nəticədə əsrin bəlası sayılan piylənməyə yol açır.

Mono-doymamış yağlar: Tərkibində bu növ yağlar olan qidalar ən sağlam qidalar sayılır.

Mono yağlar qanda zərərli xolesterolu azaldır, şəkərin miqdarını isə stabilləşdirir. Əgər sizin gündəlik rasionunuzda avakado, badam, zeytun yağı, püstə, yer fındığı varsa demək siz doğru yoldasınız.

Yarıdoymuş yağlar da sağlam qidalanmada mühüm yer yağlardan sayılır. Onlar qan dövranını yaxşılaşdıraraq, ürək-damar tıxanması riskini minumuma endirir. Günəbaxan, soya, qarğıdalı yağı yarıdoymuş yağ qrupuna aiddir.

Omeqa-3: Bu yağ beynin fəaliyyətini yaxşılaşdırır, iltihab əleyhinə proseslərə təsiri var. O həmçinin maddələr mübadiləsini gücləndirir, orqanizmin ümumi tonusunu yüksəldir. Balıq, küncüt yağı, krevet, turp, brokkoli, ispanaq, fındıq və qoz bu yağla zəngin qidalardan sayılır.

Yağların tərkibilə sizi tanış etdik, çalışın bundan yararlanıb öz rasionunuza faydalı yağları əlavə edin ki, hər zaman sağlam olasınız.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1265   Tarix: 17 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərdə uzaq səfərə çıxarkən qəfil ölüm riski daha çox olur

Uzaq məsafələrə səfər edərkən hansı insanların qan laxtalanması riskinin kimdə olduğunu açıqlayıb. -ə istinadən xəbər verir ki, kardioloq İqor Vidiaskin uçuşlar və ya digər səfərlər (avtobusla, qatarla) zamanı trombların əmələ gəlməsi ilk növbədə yaşlılara, hamilələrə, eləcə də kök insanlarda qəfil ölm

26 fevral
.

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. -a istinadən bildirir ki, xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir. Genetik və yaş kimi bəzi faktorlar bizi

7 aprel
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart
.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

7 aprel