Türkiyəyə göndərilən admiralın "33-00" hesabatı… - Erməni məsələsində sensasiyalı iddia

Türkiyəyə göndərilən admiralın "33-00" hesabatı… - Erməni məsələsində sensasiyalı iddia"ABŞ arxivlərində Osmanlı dövlətinin ermənilərə qarşı "soyqırım" etdiyinə dair heç bir dəlil yoxdur. ABŞ bu qondarma soyqırımı sübut edə bilməz. Bred Şerman kimi amerikalı senatorlar ilə ermənilərin qullarına çevrilib və bu saxta soyqırımı "tarixi fakt" kimi dünyaya sırımağa çalışırlar".

Sonxeber.az xəbər verir ki, bu sözləri teleqraf.com-a ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur deyib.

O, ABŞ-ın bəzi siyasi dairələrinin bu məsələyə qərəzli yanaşdığını bildirib:

"Əgər ABŞ arxivlərində qondarma soyqırıma dair bir dəlil olsaydı, Amerika prezidenti qalxıb bunu tanıdığını bəyan edərdi. Amerikanın hansısa ştatının bu saxtakarlığı tanıması bizi narahat edə bilməz. Çünki həmin ştatlar mühakiməsiz qərar verirlər.

ABŞ kimi məhkəmə bitənə qədər cinayətkarın günahsız olduğu qəbul edilən bir ölkədə bizim tariximizi bizi dinləmədən çirkaba bulaşdırmağa çalışırlar. Bu, pulun gücüdür.

Maraqlıdır ki, Nümayəndələr Palatasının üzvləri Avropanın 5 ölkəsinin paytaxtlarını ard-arda saya bilmədikləri halda, 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyırlar. Amma onların qəbul etdikləri qərarlar bizim ayaqlarımızın altındadır. Əgər onlar ABŞ-ın Almaniyadakı keçmiş səfiri, yəhudi Henri Morgentaunun kitabına ("Ambassador Morgenthau's story") istinad edirlərsə, bu kitab da ABŞ konsulluğunda işləyən bir saxtakar erməni tərəfindən yazılıb. Özü də bu kitabda bu iddianı təkzib etmir".

Fatih Özonur Türkiyə arxivlərində qondarma soyqırımı yalanlayan çoxlu sayda dəlilin olduğunu bildirib:

"Əgər ABŞ bu "soyqırımı" tanısa, Türkiyə başçısı çıxıb ABŞ arxivlərində saxta soyqırım haqqında dəlilin olmadığını isbat edən teleqraf yazışmalarını dünya ictimaiyyətinə göstərə bilər.

Tarix budur. 1919-1927-ci illərdə Türkiyəyə göndərilmiş admiral Mark Bristolun belə bir soyqırımın olmadığına dair "33-00" adlı hesabatını, gündəliklərini, yazışmaları və məktublarını ABŞ-da aidiyyəti qurumlara təqdim edə bilərik.

Digər yandan, 1921-ci ildə Malta adasına sürgünə göndərilmiş və qondama soyqırımı törətməkdə ittiham edilən 59 türk generalı da belə bir "soyqırım" baş versəydi, azadlığa buraxmazdılar. Həmin vaxt Maltadakı məhkəmədə iştirak etmiş İngiltərə nümayəndəsi Lord Kurzon da arxivlərdə bu məsələyə dair heç bir dəlilin olmadığını bildirmişdi".

TASFO başqanı qeyd edib ki, nə ABŞ, nə İngiltərə, nə Fransa, nə Almaniya, nə də Rusiya arxivlərində saxta soyqırıma dair heç bir dəlil yoxdur: "Bəs niyə ABŞ və İngiltərə bu "soyqırımı" tanımır? Çünki sübut edəcək dəlilləri yoxdur, arxivlər açılsa, diş qurdalamağa heç nə tapmayacaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1091   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?

İranın İsrailə dron və qanadlı raketlərlə hücumu bir daha göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq. Hələ 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenidən münaqişənin mərkəzinə gətirib. Çünki İraq, Suriya və Əfqanıstan münaqişəs

14 aprel
.

İraq Prezidenti: Yaxın Şərqdə münaqişənin genişləndirilməsi yolverilməzdir

Heç bir müharibə xalqların problemlərinin həllinə gətirib çıxarmayacaq, əksinə region dövlətləri arasında fikir ayrılıqlarını gücləndirəcək. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid İranın İsrail ərazisinə hücumuna münasibət bildirərkə

14 aprel
.

Mariya Zaxarova: "Rusiya Cənubi Qafqaz üzrə müzakirələr platformasının məkanını dəyişir"

"Rusiya Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin başqa ölkəyə keçirilməsi məsələsində praktiki fəaliyyətə keçir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, bu, İsveçrənin beynəlxalq məsələlərdə vasitəçi kimi inamını itirməsi ilə bağlıdır

14 aprel
.

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə baxacaq. "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bəyanatında bildirilib. "Biz tərəfdaşlarımızla sıx koordinasiyad

14 aprel
.

Abdullahian AÇIQLADI - Hücumdan 72 saat əvvəl...

"İsrailə hücumdan 72 saat əvvəl qonşularımızı xəbərdar etmişik". xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian almaniyalı həmkarı Annalena Berboka Tehranın konsulluğun atəşə tutulmasın

14 aprel
.

33 yaşlı ailə həkiminin intiharının səbəbi məlum oldu: Sən demə...

Türkiyədə atışma poliqonunda intihar edən həkimin külli miqdarda bitkoini itirdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, . Əldə edilən məlumata görə, Urfa bulvarında yerləşən atış sahəsinə gələn 33 yaşlı həkim əlindəki silahı başına söykəyib və atəş açıb. Hadisəni görən təcili polis v

15 aprel
.

İsrail İranın hücumuna cavab verəcək?

İsrail İranın hücumuna aprelin 15-də cavab verə bilər. Bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadla xəbər verib. "ABŞ və Qərb rəsmiləri İsrailin İranın hücumlarına tez bir zamanda, bəlkə də, bazar ertəsi cavab verəcəyini gözləyirlər", - deyə məlumatda vurğulanıb. Bunda

15 aprel
.

Atasını bıçaqlayıb intihar etdi

Türkiyədə intihar hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Yaşadıqları evdə E.G. ilə atası M.G. arasında naməlum səbəbdən mübahisə yaşanıb. Mübahisə zamanı oğul atasını bıçaqla yaralayıb və hadisə yerindən qaçıb. Polis əməkdaşlarını

15 aprel
.

Fransada motosikletçilər genişmiqyaslı etiraz aksiyası hazırlayırlar

Fransada motosiklet və skuter sürücülərinin assosiasiyaları avtomobillərinin texniki baxışdan keçirilməsi öhdəliyinin tətbiqi ilə bağlı həftəsonu üçün genişmiqyaslı etiraz aksiyaları elan ediblər. Məlumata görə, qərar aprelin 15-dən qüvvəyə minir və motosikletlər, skuterlər və mini avtomobillər üçü

14 aprel