Hər gün yesəniz, xəstələnməzsiniz – TURPUN BİLMƏDİYİNİZ FAYDALARI

Hər gün yesəniz, xəstələnməzsiniz – TURPUN BİLMƏDİYİNİZ FAYDALARITəbiətin bizə bəxş etdiyi faydalı tərəvəzlərdən biri də turpdur. Hər mövsümdə yetişən turpun tərkibində B qrupu, C, E, PP vitaminləri, aminturşular, fermentlər, qidalı liflər, kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod kimi mikroelementlər var. Hər gün turp yemək sağlamlıq üçün olduqca faydalıdır. E-tibb.az turpun bilmədiyiniz faydalarını təqdim edir.

Yüksək lif ehtiva edir: Turp qidalı liflərlə zəngin tərəvəzdir. Bu liflər bağırsaqların normal fəaliyyəti, qəbizliyin profilaktikası üçün əhəmiyyətlidir. Qaraciyər və mədənin təmizlənməsinə də kömək edir.

Bronxitə faydalıdır: Qara turpun bronxit və öskürəyə təsiri çox böyükdür. Güclü iltihab əleyhinə xüsusiyyəti sayəsində soyuqdəymə, qrip, öskürək zamanı sağalmanı tezləşdirir. Öskürək və bronxit zamanı turpdan təbii dərman hazırlaya bilərsiniz. Bu, xalq təbabətində olduqca məşhur və sınanmış resept sayılır. İri turp götürün, axşamdan içini oyub, bal tökün. Səhər tezdən ac qarına həmin şirəni için.

Ağrıları azaldır: Ağ turp ağrıkəsici təsir göstərir. Əsasən də revmatizm ağrılarını azaltmağa kömək edir. Əsəbləri, stressi azaltdığı üçün qan təzyiqi də normada qalır.

Qanı oksigenlə təmin edir: Qırmızı turp qana gedən oksigeni artırmaq qabiliyyəti ilə tanınır.

Vitamin C qaynağıdır: Vitamin C dedikdə ağıla ilk olaraq sitrus meyvələri gəlir. Amma qırmızı turpun da C vitamin ilə zəngin olduğunu diqqətdən qaçmamalıdır. Vitamin C immuniteti artırır, soyuqdəymədən qoruyur.

Ürəyi qoruyur: Turp tərkibindəki kalium sayəsində artıq mayeni orqanizmdən xaric edir. Bu da ürəyin və damarların sağlamlığını qoruyur, arterial təzyiqi aşağı salır, ürək-damar xəstəliklərinin yaranma riskini azaldır. Tərkibindəki yüksək miqdarda olan potasium ürək əzələsi daxil, bütün əzələlərin düzgün çalışması üçün vacib olan mineraldır. Bədənin yetərli miqdarda potasium qəbul etməsi yüksək təzyiqlə mübarizəni gücləndirir.

İmmuniteti artırır: C vitamininin yüksək tərkibi soyuq və öskürəkdir. Əsas immün sistemini gücləndirmək üçün mütəmadi olaraq istehlak edilməlidir.

Az kalorili olduğundan və tox tutduğu üçün pəhriz saxlayanların qida rasionunda olması məsləhətdir.

Dəriyə xeyirdir: Hər gün turp yemək dərini qurumadan, sızanaqdan qoruyur. Bundan başqa, turp suyunun saç tökülməsi və kəpəyin qarşısını almağa kömək etdiyi deyilir.

Qeyd: Turp tərkibindəki kükürdlü birləşmələrdən dolayı qaz yaradır. Qastrit, kolit, ishal, sancı və digər mədə-bağırsaq problemi olanlar turpdan az istifadə etməlidirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2053   Tarix: 17 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021