Pərviz Bülbülədən meyxanaçı Vüqara canlı efirdə — MARAQLI CAVAB

Pərviz Bülbülədən meyxanaçı Vüqara canlı efirdə — MARAQLI CAVABMeyxanaçı-müğənni Pərviz Bülbülə qonağı olduğu "Hər şey daxil" verilişində maraqlı açıqlamalar verib.
"Ölkə.Az"ın məlumatına görə, P.Bülbülə yaxın zamanlarda həmkarı Rəşad Dağlı ilə layihə həyata keçirəcəyini bildirib:

"Bu yaxınlarda Rəşad Dağlı ilə bir layihə düşünürəm. Sırf meyxana janrında olacaq və bunun Türkanla repertuarıma aidiyyatı yoxdur. Mən meyxana da deyirəm, Türkan xanımla da oxuyuram. Sadəcə, meydana, dinləyiciyə və tələbata baxır. Meyxananı qırağa qoymamışam".

Meyxanaçı söz sənətini gözdən salan amillər barədə də danışıb:

"Böyüklük kimi çıxmasın, meyxanaçılara bir məsləhət vermək istəyirəm. Çox meyxanaçının bir arada meyxana deməyi meyxananı gözdən salır. Maksimumu dörd nəfər bir arada deyişməlidir. Bu yaxınlarda bir meyxanaçı dostumuz zəng vurdu ki, məclis var, gəl. Soruşdum ki, neçə nəfərsiz, dedi, doqquz. Dedim, onda mən gəlmirəm. 18-19 yaşımda meydana təzə çıxanda Məşədi Baba kimi ustad mənə şərait yaradırdı ki, onunla deyişim. Mən də paxıl deyiləm. Müğənni həmkara dəstək oluramsa, meyxana deyənə beş qat dəstək olaram. Bu gün elə meyxana deyən görmürəm ki, ona dəstək olum. Yaxşı meyxana deyənlər var. Amma tək meyxana ilə iş bitmir. Sənətkar dəyişdiyi kimi tamaşaçı zövqü də dəyişir. Biz öz özümüzə dəyişmirik ki".

Pərviz Bülbülə müyxanaçı Vüqar Maştağalının onun tənqid etməsinə də ad çəkmədən münasibət bildirib:

"hansısa el şənliyində çıxışımı başa vurandan sonra mikrofonu məni tənqid edən adama uzadıram. Deyirəm ki, mən getdim, sən davam et. O mikrofonu həmin adama uzadıb getmək cavabdır. Bu gün Pərvizi, yaxud başqa müğənnini bəyənməyən şəxs, bizi toya çağıran müştərini bəyənmir. Bir toyda sən də varsansa, mən də varamsa, ha məni bəyənmə, xeyri yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1789   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Mədəniyyət Nazirliyi yanında Ekspert şurası yaradılıb

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb. Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarları

21 yanvar
.

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub. Bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib. "Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub"

22 yanvar
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar