Xərçəngi yox edən azərbaycanlı qadın İNANILMAZ FAKTLARI AÇDI

Xərçəngi yox edən azərbaycanlı qadın İNANILMAZ FAKTLARI AÇDIÇox tez yorulub haldan düşürsünüz? Səhərlər oyanmağa taqətiniz qalmır? Heç bir əsas olmadığı halda hər şeydən bezdiyinizi hiss edirsiniz? Güclü baş ağrılarınız sinirlərinizi tarıma çəkir? Əzələləriniz, çiyinləriniz sızıldayır? Hətta bəziləri sanki üzərimdən tank keçib deyir. Ürək döyüntülərinizi beyninizdə hiss edirsiniz, təzyiqiniz sözünüzə baxmır. Aqressiv, əsəbisiniz, yuxuya möhtac qalmısınız? Bu hələ harasıdır?! Bəs mənəvi və fiziki gərginlik anında özümüzü yenidən ələ alıb, gündəlik həyata necə qayıdaq? Yeri süpürən həyat enerjimizi necə bərpa edək?

Bu və digər suallara 30 illik təcrübəsi olan bioenergetik, parapsixoloq, Reyki ustası Sevinc Kərimova cavab verib. O, uzun müddətdir ki, Amerikada yaşayıb fəaliyyət göstərir. Kərimova inanır ki, hər birimiz xüsusi enerjiyə sahibik, sadəcə bacarığımızı düzgün yolla üzə çıxarmağa nail olmalıyıq.

Sonxeber.az publika.az-a istinadən Sevinc Kərimova ilə müsahibəni təqdim edir:

- Sevinc xanım, bioenergetika, parapsixologiya, hipnoz haqda məlumatlıyıq. Bəs Reyki nədir? Bizə tibbin qeyri-ənənəvi bu üsulu haqda geniş məlumat verməyinizi istəyirəm.

- Bildiyiniz kimi qeyri-ənənəvi tibbin onlarla növü var. Onların ən çox yayılan üsullarından biri də Reykidir. Reyki daha çox həyat şəraitinin yaxşılaşdırılması naminə gerçəkləşdirilir. Bu müalicə növünün kökündə ovucların təması durur. Reyki xalq təbabətinin önəmli qolu olduğu üçün Beynəlxalq Standart kimi qəbul olunub. Xüsusən də Yaponiyada geniş yayılıb. Reykinin köməyi ilə həm fiziki həm də psixi yüksəlişə sahib ola bilərsiniz. Həmçinin həyatın mənasını dərk edib, daxili harmoniyanı tapmağa, və ətraf aləmlə xoş ünsiyyət qurmağa kömək edir. Reyki həyata keçirilərkən adətən ovuc bədənə yaxınlaşdırılır, və enerji selinin axını müşahidə edilir. Həyatımız üzərində xüsusi təsirə malik olan əsas amil də bu enerjidir. Əlin təması ilə enerjini doğru yönləndirmək, həmçinin gələcəyi proqramlaşdırmaq mümkündür. Çağdaş dünya bizi daim maddiyat arxasınca qaçan əsir qismində saxlayır. Həyatın axınına qoşulub, ruhumuzun istəklərini, daxili harmoniyanı unuduruq. Reyki meditasiyaları sözün əsl mənasında özümüzü tapıb psixoloji problemlərdən qurtulmağımıza xidmət edir.

- Necə hiss edək ki, həqiqətən Reyki müayinəsinə ehtiyacımız var?

- Təsəvvür edin ki, psixoloqa getmisiniz. Deyir ki, hər şey qaydasındadır, sadəcə depressiyadasınız. Özünüzü heç cür ələ ala bilmirsiniz. Etiraf edək ki, hər birimiz qara zolaqdan keçmişik. Neqativ hadisələr bir-birinə zəncirlənmiş kimi əvəzlənir. Ətrafınızdakılarla ünsiyyətinizin sonu mübahisəyə çevrilir, yağ kimi gedən işinizi, maddi stabilliyinizi itirirsiniz. Hörümçək toru kimi ətrafınızı bürüyən xoşagəlməz hadisələrin əsirinə çevrilirsiniz. Sürətlə quyunun dibinə çökürsünüzsə, bir anlıq düşünün. Bəlkə qoruyucu mələkləriniz sizə işarə vermək istəyirlər ki, artıq öz məninə qovuşmaq zamanıdır. Çox güman ki, əsl bacarığınızı tapmağın vaxtı yetişib. Yaxud da auranız mənfi proqramlarla o qədər kirlənib ki, onu təmizləmədən irəliyə doğru addımlaya bilməyəcəksiniz. Çiyninizdəki daşdan qurtulub əvvəlki həyatınıza dönməkdə çətinlik çəkirsinizsə, demək Reykiyə ehtiyacınız var.

- Mənəviyyatımızı çökdürən səbəblər hardan qaynaqlanır?

- Təəssüf ki, keçirdiyimiz psixoloji şok, güclü qorxu, hətta ətrafımızdakıların bizə ünvanladığı hər neqativ söz, aqressiya, hirs, inciklik auramızı cızır. Bu isə getdikcə energetik dəliklərə dönür. Bütün mənfi təsirlər də o dəliklərdən biosahəmizə dolur və orqanizmimizi məhv edir. Bu da azmış kimi gündəlik həyatımızda üstümüzə yağan neqativ informasiya yağışı, stress leysanı da bizi xəstəhal edir. Biosahəmiz günbəgün daha çox üfunət qoxuyur. Üstünə kosmik problemləri də gəlsək, durumumuz lap acınacaqlı hal alır. Maqnit və Günəş qasırğaları nəinki Yer kürəsinin iqliminə, eləcə də bizim orqanizmimizə təsirsiz ötüşmür. Amma istənilən halda enerji sistemini bərpa etmək mümkündür. Öncə xəstəliyin, narahatlığın səbəbi araşdırılır. Auramızın məhv olmasına 80 faiz halda güclü stress, psixoloji şok, digər hallarda isə bədnəzər və cadu səbəb olur. Energetikanın çökməsindən nə qədər çox vaxt keçərsə, özümüzü bir o qədər pis hiss etməyə başlayırıq. Bu durumdan həm ruh, həm də bədən əzab çəkir. Rastlaşdığımız problemlərin ardı-arası kəsilmir. Hətta elə təəssürat oyanır ki, sanki problemlər ardımızca qaçır. Ayaqlarımızdan yapışıb, bizi uzaqlaşmağa qoymur. İllərlə qurduğumuz düzənimiz parça-parça olur. Belə insanların çakralarını bərpa edir, eyni zamanda onları açıb təmizləyirik. Şüuraltında yığılan neqativ proqramı dəyişib dünyagörüşünə təsir edirik.

- Bu yolla artıq fiziki bədənə hopmuş xəstəlikləri müalicə etmək mümkündürmü?

- Əlbəttə, mümkündür. İlk növbədə immun sistemini gücləndiririk. Sinirləri tənzimləyirik. Narahatlığı, stressi aradan götürüb, qan dövranını yaxşılaşdırırıq. Orqanizm təmizlənir, yuxusuzluq aradan qalxır. İnsan çox mürəkkəb sistemlərdən ibarətdir. Onlardan ən başlıcası isə enerji sistemidir. Yəni bədən+ruh=insan qanununda hər iki toplanan sağlam olmalıdır.

- Bəs günümüzün ən acı bəlası xərçəng?

- Xoşxassəli xərçəngin Reyki üsulu ilə müalicəsi mümkündür. İnam və güclü iradə ilə xoşxassəli şişlərdən qurtulmaq olur. Bədxassəli xərçəngdə isə Reyki müayinəsi ilə yanaşı xəstəliyin yaranma səbəbləri də araşdırılmalıdır. Həmin səbəbi xəstə dərk edib, özündə mübarizə aparmaq gücü tapmalıdır.

- Fərqinə varacağımız nəticəni əldə etmək üçün neçə seans müalicəyə ehtiyacımız var?

- Təbii ki, bu insana görə dəyişə bilir, reyki müalicəsi olduqca individual xarakter daşıyır. Amma özünüz durumunuzu analiz etməlisiniz. Depressiya, xroniki yorğunluq, sürətli ürəkdöyünmə, səbəbsiz qorxu, panik atak halı, yuxusuzluq , müxtəlif xəstəliklər sizi rahat buraxmırsa, bu o deməkdir ki, pozulan energetikanızı bərpa etmək lazımdır. Cəmi 7-8 seans ərzində immun sisteminiz əvvəlki vəziyyətinə geri dönür. Ağrılar yox olur, təzyiq qaydasına düşür. Qorxu və depressiya sizdən qorxub gen gəzir. Başgicəllənmə və miqren kimi hallar səngiyir. Bu günədək sizə təsir etməyən dərmanların effektini görməyə başlayırsınız.

- Bildiyimə görə Reyki bacarığını hər kəs özündə kəşf edə bilər.

- Mütəmadi olaraq seminarlar təşkil edirəm. Reyki və onun inkişafı mövzusunda dərslər keçirəm. İstəyənlər seminarlara qatılıb özlərini və doğmalarını qorumaq üçün mənimlə birgə sehrli dünyanın qapısını açırlar. Kosmosun enerjisini düzgün şəkildə yönləndirib maqnit sahələrini təmizləyirlər. Özünüz də fərqində olmadan həyatınız kökündən dəyişir. Daha pozitiv düşünməyə başlayırsınız. Reyki olduqca qədim və özəl təbabət formasıdır. Çünki onu hər kəs mənimsəyib gerçəkləşdirə bilər. Xüsusi istedad tələb olunmur. Sizə sadəcə iki amil vacibdir- əlləriniz və bir az zaman. Və artıq istənilən möcüzəni gerçəkləşdirə bilərsiniz.

Əslində həyatın formulu da budur, əziz dostlar. Möcüzəni başqalarında yox, öz əllərinizdə axtarın. Alternativ tibbə inanıb-inanmamaqsa, yenə də öz əlinizdədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2443   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021