Əxlaqsızlıq yuvası yandırıldı, bir kişi intihar etdi – Azərbaycanda şok olay

Əxlaqsızlıq yuvası yandırıldı, bir kişi intihar etdi – Azərbaycanda şok olayƏxlaqsızlıq yuvalarının təşkilində və qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Şahin Səfərov və Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Səid Cəlilovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, əxlaqsızlıq yuvası təşkil etmək məqsədi ilə Şahin Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub.

"Araz"da əxlaqsızlıq yuvası

O, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində "Araz" adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb.

Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.

Bu müddətdə Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova (cinayət işində qadınların ad-soyadı şərtidir – red.) və istintaqa adları məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüblər.

Görüşü təşkil edən nəzarətçilər

Adıçəkilən qadınların kişi müştərilərlə görüşməsini dəstə üzvləri Kamal Xanmədov, Əhməd Şirinov təşkil ediblər. Onlar bar otağında tanış olanları xüsusi ayrılmış və çarpayılarla təchiz olunmuş yataq otaqlarına gətiriblər.

Məlum olub ki, qadınların kişi müştərilərlə görüşü üçün otağın hər 20 dəqiqəsi 25 manata verilib.

Elvin Daşdi isə cinsi əlaqədə olanların otağı tərk etmələrinə, otağın boşaldılaraq səliqəyə salınmasını təmin edib.

Əxlaqsızlıq yuvası yandırıldı

Dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla "Araz" kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.

"Araz" kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb. Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, "Bakı" adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.

Fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birinə çarpayı, bir otağa isə iki çarpayı qoyulub.

"Bakı" kafesində intim xidmət

Bundan sonra Şahin Səfərov digərləri – Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi, Kamal Xanmədov, Kamal Bəxtiyar oğlu ilə birlikdə oranı işlətməyə başlayıb.

Onlar 2018-ci il fevralın 4-dək kafeni əxlaqsızlıq yuvası kimi saxlayıblar. Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova və digər qadınlar burada yüngül həyat tərzi keçirib, "Bakı" kafesində kişi müştərilərə intim xidmət göstəriblər.

Bu kafedə də Elvin Daşdı hər 20 dəqiqəsi 25 manat pul müqabilində müştərilərə şərait yaradıb.

Elvin Daşdı müştərilərdən aldığı pulu bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Səid Cəlilov və Əhməd Şirinova verib.

Əhməd Şirinov əxlaqsızlıq yuvasının xəzinəsinin "qara mühasibatlığı"nı aparıb və pulları Şahin Səfərova təhvil verib.

Şahin Səfərov əldə olunan gəlirin bir hissəsini gördükləri işə görə əməkhaqqı kimi Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədova verib, qalan hissəsini özünə götürüb.

Dəstə üzvü niyə intihar edib?

Fevralın 4-də Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki "Dostluq" kafesində intihar edib.

Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində "Bakı"da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.

İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Şahin Səfərov və Səid Cəlilovun barəsində cinayət işi başlanıb.

İşdə adıçəkilən digər şəxslər inzibati qaydada cərimə olunublar.

Kimlərə cinayət işi açıldı?

İstintaq orqanı tərəfindən Şahin Səfərov və Səid Cəlilovun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

3 il sınaq müddəti olmaqla Şahin Səfərov 3 il 5 ay 19 gün, Səid Cəlilov isə 3 il 3 ay 20 gün müddətinə şərti cəza alıblar.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmndən xaric edilməsini, hər iki təqsirləndirilən şəxsin həbs olunmasını istəyib.

Prokurorun protesti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun icraatına verilib.

Prokurorun protestini araşdıran hakim heyəti sonda qərar elan edib. Protest təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3364   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021