Uzun ömür sürmək üçün nələrə DİQQƏT EDƏK? - VİDEO

Uzun ömür sürmək üçün nələrə DİQQƏT EDƏK? - VİDEOAzərbaycan uzunömürlülər diyarıdır. Sözün hər bir mənasında bizdə insanın özü qədər insani dəyərlər də qədim tarixə malikdir. O dəyərlər ki, müasir dünya üçün örnək qismində qəbul edilir. Lakin rəqəmlər də son 5 ildə 100 yaşlıların sayının azaldığını göstərir. Uzunömürlülər arasında "cavanlaşma" prosesinin getməsi müxtəlif fikirlərlə əsaslandırılır. Kimisi sağlam yaşam tərzinin dəyişdiyini, kimisi isə genetikanın rol oynadığını düşünür.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Kamal Kələntərli – 98 yaşlı sakin: "Atamın əmisi Əhəd bəy Kələntərli 114 yaşında qədər yaşamışdır. İnsanın şəxsən özündən asılıdır. Nələri valideyin görməlidir övladı üçün: Vaxtında yatmağını, vaxtında durmağını, torpaqda bəslənən təbii qidalar olmalıdır. O vaxtı yaxşı pendir gətirərdilər, bunlar insanın ömrünün uzun olmasına bir dayağdır. Mən inana bilmirəm ki, 10-15 ildir 20 ildir bəlkədə keçi südü 1 nəfər uşağa verilsin".

Azərbaycanda uzunömürlülərin ən çox yaşadığı bölgə cənub zonasıdır. Lakin burda da yaşı 100-ü keçənlərin sayı nəzərəçarpacaq dərəcədə azalır.

Şabikə Axundova: "114 yaşım var həyətə düşə bilmirəm evdə yavaş-yavaş gəzirəm oturam–dururam . Nəsildə uzunömürlü var? Bacım var idi, qardaşım var idi" .

Sevic Hüseynova – Azərbaycan Milli Elimlər Akademiyasinin Qarayev adına Fiziologiya instutunun aparıcı elmi işçisi dasent biologiya elmlər üzrə fəlsəfə doktoru: "Əvvəlki illərə nisbətən uzunömürlülərin sayı azalıb . Demoqrafik nəticələrə görə, üzunömürlülərin 94-95-96 yaşında olanların sayı artıb . Ölkə üzrə 10 minə qədər var 100-dən çox. Amma o rəqəmlər dəqiqləşdirilməmiş, derifikasiya olunmamış rəqəmlərdir. 2 il bundan qabaq əgər Lənkəranda 140 yaxın uzunömürlü qeydə alırdıqsa bu illəri onların sayı 104 catıb".

Ənvər Rüstəmov – Terapevt : "Qida rejiminə əməl etməlidir, yuxu rejiminə əməl etməlidir, sonra stersdən özünü qorumalıdır. Müxtəlif yoluxucu xəstəliklərdən özün qorumalıdır. Siqaret cəkməkdən imtina etməldir, yağlı qida məhsullarını qəbul etməkdən imtina etməlidir. İnsan öz resurslarını tam xərcləyə bilərsə, əlbətdə 120-150 il yaşamaq mümkündür".

Azərbaycanda uzunömürlü insanların dəqiq sayı bəlli deyil. Ancaq onların əksəriyyəti qadınlardır. Ekspertlər qadınların ömürlərinin uzun olmasını onların fizioloji quruluşları, emosional, gərgin vəziyyətdə çox olmaması ilə izah edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1588   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021