Prezidentdən yeni nazir müavini TƏYİNATI - FOTO

Prezidentdən yeni nazir müavini TƏYİNATI - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub.

Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

A.Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.

Həmin ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub.

Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7254   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib. Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib. Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalic

15 aprel
.

AQTA-dan Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Açıqlama

"Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb". Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

15 aprel
.

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: "Rəhbərliyimiz tədbir görəcək"

Bakıda "Medicare" klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan -ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:. "Klinika fəaliyyətini davam etdirir, bağlanmayıb. Lisenziyası da ləğv olunmayıb

15 aprel
.

Məktəblərdə ibtidai siniflər üçün 5 günlük yaz TƏTİLİ OLACAQ - Bu tarixlərdə

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır. xəbər verir ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək. Əlavə yaz tətili 5 gün davam edəcək. Qeyd edək ki, 2023/24 tədris ili ötən ilin 15 sentybrında başlayı

15 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Sabah 27 dərəcə isti olacaq

Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 isti, gündüz 18-2

15 aprel
.

Natiq Şirinovun qızının Türkiyədəki toyundan GÖRÜNTÜLƏR - VİDEO

Xalq artisti Natiq Şirinovun qızı Sevilin Türkiyədə oğlan toyu baş tutub. xəbər verir ki, onların şad günü Tekirdağ rayonunun Elazığ bölgəsində keçirilib. Toyda Natiq Şirinovun həyat yoldaşı, oğlu və oğlunun arvadı Fatimə iştirak ediblər. Onlar rməclisdən lentə alınan videoları sosial şəbəkə hesablarınd

15 aprel
.

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "RR Travel Company" MMC (VÖEN – 1305786331) olub. Tenderin qalibi olan "R

15 aprel
.

Azərbaycanda adambaşına düşən nominal gəlir 1 905 manat olub

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 19 milyard 408,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,5 % artaraq 1 905 manata çatı

15 aprel