Xruşşov bu torpaqları arvadının ad gününə HƏDİYYƏ ETDİ - Dünyanı ikiyə bölən qərardan 65 il keçir

Xruşşov bu torpaqları arvadının ad gününə HƏDİYYƏ ETDİ - Dünyanı ikiyə bölən qərardan 65 il keçirKrımın 2014-cü ildə Rusiyanın tərkibinə birləşdirilməsi hazırda müasir geosiyasi proseslərə yön verən əsas hadisələrdən biri oldu. Ukrayna və bir neçə ölkə istisna olmaqla, dünyanın böyük çoxluğu (Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir – red.) Rusiyanın Krımla bağlı addımını "ilhaq" kimi qiymətləndirir. Rusiyanın özü isə bunu "tarixi ədalətin bərpası" və "yenidən birləşmə" adlandırır. Moskva iddia edir ki, 65 il əvvəl sovet lideri Nikita Xruşşov 27 min kvadrat kilometr ərazisi olan Krımı Ukraynaya peşkəş etmişdi.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, məhz bu gün Kremldə SSRİ Ali Sovetinin Rəyasət heyətinin iclasından 65 il keçir.

1954-cü il fevralın 19-da keçirilən iclasın iştirakçıları Krım vilayətinin Ukrayna SSR-nin tərkibinə ötürülməsinə yekdilliklə səs verdilər. İclasın gündəliyinə daxil edilmiş tək məsələ hətta müzakirəyə çıxarılmadı. Və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin tək üzvü, Krım vilayət komitəsinin birinci katibi Pavel Titov Xruşşovun təşəbbüsünə qarşı çıxdı və "tənqidçiliyi" vəzifəsi ilə ödədi.

Hədiyyə, yoxsa iqtisadi məqsədəuyğunluq?

Məlum olduğu kimi, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov Krımın Ukraynaya birləşdirilməsinin əsas təşəbbüskarı idi. SSRİ Ali Sovetinin Rəyasət heyəti "Krım vilayətinin RSFSR-in tərkibindən USSR-nin tərkibinə ötürülməsi Haqqında" fərmanına əsasən, Krımın Ukraynaya birləşdirilməsinə olan ehtiyac region və USSR arasında iqtisadiyyatın ümumiliyi, ərazi yaxınlığı və mədəni əlaqələri ilə izah olunurdu. Qeyd edilirdi ki, məqsəd yarımadanın daha effektiv idarə olunması və respublikanın vahid iqtisadi sisteminə nail olmaq idi.

Başqa bir versiyaya görə, beləliklə, Xruşşov Ukrayna nomenklaturasına razı salmaq və Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə ukraynalılara hədiyyə vermək istəyirdi.

Digər versiyaya görə, sovet rəhbəri Krımı verməklə əslən ukraynalı olan həyat yoldaşına ad günü hədiyyəsi etmək istəyib.

Vladimir Putin: "Sevastopol Ukraynaya verilməmişdi"

SSRİ-nin süqutundan sonra Krımın Rusiyaya qaytarılması məsələsini gündəmə gətirən ilk siyasətçi Rusiyanın vitse-prezidenti Aleksandr Rutskoy olur. O vaxtdan bəri məsələ dəfələrlə yenidən qaldırılıb. 2001-ci ildə əhalinin qeydə alınmasının nəticələrinə görə, Krımda yaşayanların cəmi 10,1 faizi Ukrayna dilini öz ana dili hesab edir, əhalinin 97 faizi isə rusdillidir.

Və paradoks bir vəziyyət yaranmışdı: Krım 1954-cü ildə Ukraynaya bağışlansa da, qərar Sevastopola aid deyildi. Hələ 1948-ci ildə Sevastopol Rusiya SFSR-in tabeliyində müstəqil inzibati-təsərrüfat vahidi kimi ayrılıb. Həmin qərar sonralar ləğv edilməyib.

Sevastopol yaddan çıxmışdı

Krımdan fərqli olaraq Sevastopolun Ukraynaya verilməsinə aid heç bir hüquqi akt yoxdur və Rusiyanın Sevastopola olan hüququ 1954-cü ildə də formal olaraq belə pozulmayıb.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Sevastopol hüquq planda həmişə Rusiyanın tərkibində qalıb. O, bu haqda fikirlərini keçən ilin oktyabrında Moskva meri Sergey Sobyabinlə görüşdə səsləndirmişdi.

"Faktiki olaraq, sadəcə Sevastopol haqqında prosesi unutdular və o Ukraynanın tərkibinə ötürülməmişdi. Şəhər mərkəzə tabe şəhəri idi", - Putin deyib.

2015-ci il iyunun 27-də Rusiya Baş prokurorluğu Krımın 1954-cü ildə Ukraynaya verilməsi barədə qərarı qanunsuz elan edib. Baş Prokurorluq "Ədalətli Rusiya" Partiyasının lideri Sergey Mironovun sorğusuna cavab olaraq RSFSR Ali Sovetinin Rəyasət Heyəti və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarın SSRİ-nin Konstitusiyasına uyğun olmadığını bildirib.

Qeyd edilirdi ki, Rusiya SFSR Ali Sovetinin Rəyasət Heyəti Rusiya SFSR-in ərazilərinin başqa müttəfiq respublikalara verilməsi barədə qərar vermək səlahiyyətinə malik deyildi. SSRİ-nin konstitusiyasına əsasən, bu məsələ ölkənin ən ali hakimiyyət orqanlarının səlahiyyətinə aid idi.

Sevastopol şəhərinə gəlincə, bildirilirdi ki, Krımın Ukrayna SSR-ə verilməsinə baxmayaraq, şəhər Rusiya SFSR-in yurisdiksiyası altında qalırdı.

"Nəticədə 1991-ci ilin dekabrında Sevastopol şəhərinin federal statusu Rusiya Federasiyası Ali Sovetinin qətnaməsi ilə təsdiq edilib", - Rusiya Baş Prokurorluğu bəyan edib.

Rusiya "tarixi ədalət"in bərpa olunduğunu bəyan etsə də, Qərb, o cümlədən ABŞ Krımın Ukrayna ərazisi hesab edir, ilhaqı heç vaxt tanımayacağını bildirir. Krım bu gün Rusiya iqtisadiyyatınım yarımtəcrid vəziyyətinə salan çoxsaylı sanksiyaların da əsas səbəbidir.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 3959   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan və çeçen ağsaqqalları arasında görüş: dava müzakirə olunur - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir.. . Sonxeber.az "report"a istinadla xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunu

19 fevral 2019

Ильхам Алиев подписал указ о многоэтажных зданиях

Президент Ильхам Алиев подписал указ об упрощении выдачи разрешения на эксплуатацию некоторых многоэтажных зданий.. . Соответствующий указ опубликовал АЗЕРТАДЖ.. . Документ определяет порядок выдачи разрешения на эксплуатацию многоэтажных жилых зданий, строительно-монтажные работы в которых завершилис

19 fevral 2019

Афлатун Амашов: Нужно прекратить вещание в Азербайджане иранского, армянского и грузинского радио

"Будучи в Лондоне звонок из Баку проходит через другую страну. На дисплее телефона пишется не Азербайджан, а Россия. Видимо, кто-то хорошо зарабатывает на этом".. . Как сообщает Sonxeber со ссылкой на Report, об этом на сегодняшнем пленарном заседании Милли Меджлиса сказал председатель Совет

19 fevral 2019

Президент Ильхам Алиев принял главу группы межпарламентской дружбы Турция-Азербайджан (ФОТО)

Президент Азербайджана Ильхам Алиев во вторник принял делегацию, возглавляемую депутатом Великого национального собрания Турции, главой группы межпарламентской дружбы Турция-Азербайджан Шамилем Айрымом, сообщает Sonxeber.Az со ссылкой на пресс-службу главы государства. пресс-служба главы государства.

19 fevral 2019

Если переговоры по Нагорному Карабаху не дадут результата, Азербайджан применит силу - посол (ФОТО)

Если переговоры по Нагорному Карабаху не дадут результата, Азербайджан для восстановления своей территориальной целостности применит силу.. . Об этом в интервью общественному радио Украины (Українське радіо) сказал чрезвычайный и полномочный посол Азербайджана в Украине Азер Худиев, сообщает в понедельни

19 fevral 2019

Ильхам Алиев принял главу Генерального директората по мобильности и транспорту Еврокомиссии

Президент Азербайджана Ильхам Алиев во вторник принял главу Генерального директората по мобильности и транспорту Еврокомиссии (MOVE) Хенрика Хололея, сообщает . Sonxeber.az со ссылкой на пресс-службу главы государства.

19 fevral 2019

В Ереване пообещали захватить Грозный, Казань и Санкт-Петербург.

На днях в Армении побывал председатель комитета Государственной Думы по делам Содружества Независимых Государств, евразийской интеграции и связям с соотечественниками, депутат от Компартии Российской Федерации Леонид Калашников.. . В Ереване ему задавали неудобные вопросы, возмущались тем, что российски

19 fevral 2019

Eldar Əzizov töhmət verdiyi baş direktoru İŞDƏN ÇIXARDI

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb.. . Sonxeber.az-ın unikal.org-a istinadən məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.. . Xəbəri Bakı Şəhər Yaşıllaşdırm

19 fevral 2019

Армяне нарушили перемирие 24 раза

Подразделения вооруженных сил Армении в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 24 раза.. . Об этом сообщили Sonxeber в министерстве обороны.. . С позиций, расположенных в селе Паравакар и на безымянных высотах на территории Иджеванского района Армении, подверглис

19 fevral 2019