Azərbaycan F-16-lar ALA BİLƏR: Ermənistanı ŞOKA SALACAQ GEDİŞ - VİDEO

Azərbaycan F-16-lar ALA BİLƏR: Ermənistanı ŞOKA SALACAQ GEDİŞ - VİDEO"Ermənistan Rusiyadan yeni silah krediti almaq üçün güzəştlərə getməli olacaq".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı hərbi politoloq Pavel Felqenqauer Ermənistanın Rusiyadan yeni silah krediti almağa hazırlaşdığı haqqında xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya yeni kreditin əvəzinə Ermənistandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyi postunu Belarusa güzəştə getməyi tələb edə bilər: "Hazırda KTMT-nin baş katibliyi məsələsi anormal vəziyyətdədir. Rusiya Ermənistandan geri çəkilməsini istəyə bilər. Düşünürəm ki, bu, Ermənistan üçün əlverişli saziş olardı".

Hərbi ekspert hesab edir ki, Ermənistan Rusiyadan aldığı krediti müəyyən öhdəliklərlə ödəyə bilər.

"Bu krediti necəsə qaytarmalıdırlar. Ola bilsin ki, "Qazprom"a hansısa mülkiyyətlər verilə bilər. Çünki Ermənistan diasporun dəstəyi ilə nəsə qazanır, lakin ümumilikdə bu ölkədə pul çox deyil. Rusiya Ermənistana verdiyi kreditdən heç nə qazanmır, bu, sadəcə olaraq strateji ittifaq üçün ödəmədir. İki ölkə arasında gərginlik davam etsə də, Ermənistan Rusiyadan uzaqlaşmayacaq. Suriyaya humanitar missiyanı göndərmələri də Moskvaya xoş getmək addımı idi. Təbii ki, erməni əsgərlər amerikalılarla birlikdə Əfqanıstana və İraqa da gedirlər. Belə görünür ki, İrəvan yumurtaları bir səbətə qoymaq istəmir", - deyə o bildirib.

Lakin Felqenqauer Rusiyanın Ermənistana böyük məbləğdə kredit verməyəcəyini düşünür.

Onun fikrincə, müəyyən hərbi texnika Ermənistana verilə bilər: "Məlumatlar var ki, ilin sonuna kimi 4 ədəd Su-30SM təyyarələri verilsin. Lakin bu təyyarələr yeni deyil, sadəcə müəyyən qədər müasirləşdiriliblər. Bu, zavod istehsalı deyil və Rusiya onları Ermənistana, Belarusa müttəfiqlərinə kömək məqsədilə verir. Misal üçün, Qazaxıstanın pulu var və o, real silahlar alır. Ermənilərə verilənlər isə bizim köməyimizdir. Bu təyyarələrin verilməsindən sonra Azərbaycan və Ermənistan Hərbi Hava Qüvvələri arasında müəyyən balans yarana bilər, lakin bu, uzun müddət davam etməyəcək. Çünki Azərbaycanın böyük imkanları var və o istədiyi silahı əldə edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlər silah verməz. Azərbaycan misal üçün Türkiyədən F-16-ları ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-n razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək. Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər. Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real variant Türkiyədən almaqdır".

Rusiyalı hərbi ekspert qeyd edib ki, Dağlıq Qarabağda eskalasiya təhlükəsi mövcuddur və "aprel müharibəsi"ndən sonra hər iki tərəf uzun müddət növbəti müharibəyə hazırlaşır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2237   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021