İnək sağan, ikinci əl paltar geyinən kənd qızı - NECƏ PREZİDENT OLDU?

İnək sağan, ikinci əl paltar geyinən kənd qızı - NECƏ PREZİDENT OLDU?Kolinda Qrabar-Kitaroviç 1968-ci ildə Xorvatiyanın balaca kəndlərindən birində anadan olub. Valideynləri kənd təsərrüfatı ilə məşğul olduğundan Kolinda hələ uşaq yaşlarından əl əməyinə, zəhmətə alışmışdı. "Yəqin mən NATO-dakı yeganə siyasətçiyəm ki, inək sağmağı bacarıram", – deyə Xorvatiya lideri müsahibələrinin birində zarafatla demişdi.

Xanım Kitaroviç sıradan bir kənd qızı olduğunu hər zaman etiraf edir. Dediyinə görə, valideynləri ona aza sevinməyi, lakin böyük hədəflərə doğru getməyi öyrədib: "Anam mənim qəhrəmanımdır. Ambisiyalı olmağı mənə məhz o öyrədib".

Kolinda müxtəlif kənd məktəblərində oxuyub. Və təhsil aldığı hər yerdə dərslərə marağı ilə seçilib. Məktəb müəllimləri və sinif yoldaşlarının sözlərinə görə, Kolinda boş vaxtlarını yaşıdları ilə oyun oynamağa yox, dərsdənkənar məşğuliyyətlərə həsr edirmiş.

15 yaşında ABŞ-ın mübadilə proqramına qoşulub və Amerikanın Los-Alamos şəhərində təhsilini davam etdirmək haqqı qazanıb.

Təhsil aldığı dövrdə amerikalı bir professorun ailəsində qalan gələcək prezident orada ingilis və ispan dillərinimənimsəyir. Dediyinə görə, ABŞ-da oxuyarkən qənaətcil həyat tərzi sürür, ikinci əl geyimlər alırmış.

Xorvatiya lideri ali təhsilini öz ölkəsində alıb. O, Zaqreb Universitetinin incəsənət fakültəsinə daxil olub. Təhsil aldığı illərdə paralel olaraq tərcümələr edərək pul qazanıb. 2000-ci ildə elə bu universitetdə beynəlxalq əlaqələr üzrə magistr dərəcəsinə yiyələnib.

Peşəkar karyerası 22 yaşında başlayıb. İlk olaraq Xorvatiyanın Elm və Texnologiya Nazirliyində məsləhətçi kimi çalışıb. Tələbə qızın fəallığı nazirlikdəki professorların nəzərindən yayınmayıb.

Keçmiş rəhbərinin dediyinə görə, həmin vaxt nazirlikdə peşəkar kadrlara böyük ehtiyac vardı və Kolindanın bilik və bacarıqları, həmçinin əzmkarlığı məmurların diqqətini cəlb etmişdi.

Karyerasını qurmaqla yanaşı, Kolinda peşə bacarıqlarını da inkişaf etdirirdi. Gələcək prezident ABŞ-ın Corc Vaşinqton Universitetinin, həmçinin Harvard Universitetinin nəzdindəki Kennedi adına idarəetmə məktəbinin təqaüdçüsü olub. Həmçinin Con Hopkins Universitetində dəvətli professor kimi çalışıb.

1995-ci ildə Xarici İşlər Nazirliyində Şimali Amerika departamentinin rəhbəri təyin olunub. İki il sonra isə Xorvatiyanın Kanadadakı səfirinin müşaviri kimi fəaliyyətə başlayıb.

Kolinda siyasətə 1993-cü ildə – Xorvatiya Demokratiya Birliyinə üzv olandan sonra maraq göstərməyə başlayıb. 2000-ci ildə hakimiyyətə sosial-demokratlar gələndə gələcək prezident bütün postlarını itirib. Lakin savadlı və aktiv kadr müxalifətə çəkilən partiya üçün gərəkli olub.

2003-cü ildə Xorvatiya Demokratiya Birliyi yenidən parlament seçkilərində qələbə qazanıb və Qrabar-Kitaroviç deputat seçilib. Yeni hökumət formalaşdırılarkən ona Avropaya inteqrasiya üzrə nazir postu təklif olunub.

İki il sonra isə xarici işlər naziri postuna təklif alan Kolindanın qarşısına vəzifə qoyulub – Xorvatiyanın Avropa Birliyi və NATO-ya inteqrasiyası.

Daha sonra o, Xorvatiyanın ABŞ-dakı səfiri olub. 2014-cü ildə isə prezident seçkilərinə qatılmağa qərar verib. Növbəti il seçkinin ikinci turunda səs faizinə görə o vaxtkı prezident İvo Yosipoviçi üstələyərək qələbə qazanıb.

Xanım Kitaroviç ingilis, ispan və portuqal dillərində sərbəst, fransız və italyan dillərində isə orta səviyyədə danışır.

Kolinda həyat yoldaşı Yakov Kitaroviçlə

Kolinda gələcək həyat yoldaşı Yakov Kitaroviçlə universitet illərində tanış olub. Cütlük 1996-cı ildə – Kolinda Xarici İşlər Nazirliyində işləyərkən ailə qurub. Sonrakı illər ev işlərinin əsas ağırlığı Yakovun üzərinə düşüb.

2001-ci ildə cütlüyünü Katarina adlı qızı dünyaya gəlib. İki il sonra isə oğulları Luka həyata göz açıb. Kolinda karyera qurmaqla məşğul olur, Yakov isə bütün vaxtını uşaqlarına həsr edirdi. Kolinda ABŞ-da səfir postunu tutanda diplomatik qəbullar üçün ərzaq bazarlığını da Yakov edirmiş.

Düzdür, Yakov Kitaroviç həyatından razı olduğunu, sevdiyi elm sahəsindən ayrılıb evdə qalmaq məcburiyyətində olmasından peşmançılıq keçirmədiyini deyir.

Uşaqları isə analarının bu qədər məşğul olmasından məmnun deyillər. Deyilənlərə görə, Kolinda prezident seçkilərinə qatılmaq qərarı verəndə oğlu bundan narahat olub və anasını bir daha görə bilməyəcəyindən qorxub.

"Uşaqlarımın məndən uzaqda böyüməsi peşmançılığından heç vaxt qurtula bilməyəcəm", – deyə Xorvatiya lideri etiraf edib.

Atanın tərbiyəsi altında böyüməyin müsbət nəticələri də olub. Məsələn, Katarina 15 yaşında fiqurlu konkisürmə üzrə Xorvatiya çempionu olub. İdmanla yanaşı, Katarina dərslərində də yaxşı nəticələr göstərir. Bir müddət Belçikada təhsil alan Katarina daha sonra Zaqrebdəki ABŞ beynəlxalq məktəbinə daxil olub.

Xorvatiya prezidenti ölkəsində idmanın inkişafına böyük diqqət ayırır. Xüsusən də futbolun və qızı Katarinanın məşğul olduğu fiqurlu konkisürmənin.

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Qrabar-Kitaroviçi tez-tez stadionların tribunasında milli komandaya azarkeşlik edərkən görmək olardı.

Xorvatiya finalda Fransa yığmasına məğlub oldu. Lakin Qrabar-Kitaroviçin xorvatiyalı oyunçulara göstərdiyi isti münasibət, onları Fransa və Rusiya prezidentləri ilə birgə təltif etməsi yaddaşlara həkk olundu.

Xorvatiya lideri katolik inancına sahibdir. Onun tez-tez dini məbədlərə baş çəkməsi jurnalistlərin diqqətindən yayınmayıb. Xanım Kitaroviç deyir ki, monastır və məbədlərdə olmaq ruhunu qidalandırır, onda nikbinlik və xalqına inam yaradır.

Mənbə: strateq.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4467   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14 aprel
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21 aprel
.

Mask: "Ukrayna münaqişəsindən çıxış yolu yoxdur"

ABŞ-li iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur. xəbər verir ki, o, bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib. "Mənim ən böyük narahatlığım ondan ibarətdi

21 aprel