3 uşaq atası dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, SONRA... - Azərbaycanda BİABIRÇILIQ

3 uşaq atası dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, SONRA... - Azərbaycanda BİABIRÇILIQYevlax rayonunda qohumuna qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Eşqin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Eşqin İsmayılzadə Tərtər rayonunun Evoğlu kəndindən anadan olub və həmin kənddə boya-başa çatıb.

Fermada iki çoban ailəsi

Daha sonra o, işləmək üçün Yevlax rayonunun Salahlı kəndinə gəlib. O, həmin kənddə yerləşən fermada çobanlıq edib, mal-qaraya baxıb.

Onunla birlikdə həmin fermada dayısı oğlu Novruz Əliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) ailəsi də olub. Novruz arvadı ilə birlikdə fermada mal-qaralara baxmaqla ailəsini dolandırıb.

Dayısı oğlunun arvadını tək gördü

Eşqin İsmayılzadə ötən ilin mayın 10-dan 11-nə keçən gecə kənd ərazisində bir neçə tanışı ilə içki məclisində olub. Səhər saat 8 radələrində sərxoş vəziyyətdə fermaya qayıdan Eşqin dayısı oğlunun arvadı Səbinənin fermanın tövləsində tək olduğunu görüb.

Eşqin İsmayılzadə cinsi ehtirasını təmin etmək məqsədilə Səbinənin olduğu tövləyə girib. O, qadınla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə onun üstünə cumub.

Tövlədə seksual hərəkət

Həmin vaxt Eşqin İsmayılzadə Səbinəni qucaqlayıb. Səbinə onun niyyətini başa düşüb aktiv müqavimət göstərib. Qadının müqavimət göstərdiyini görən Eşqin ona qarşı zorakılıq edib.

Daha sonra Eşqin İsmayılzadə Səbinənin əl-qolunu tutub, sonra qadının paltarını soyundurub. Sonra özü də soyunan Eşqin qadına qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.

Təcavüzə məruz qalan qadının şikayəti

Bu zaman qadın müxtəlif dərəcəli bədən xəsarəti alıb. Eşqin İsmayılzadə zorakılıq göstərərək, Səbinə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Qohumu tərəfindən təcavüzə məruz qalan qadın hüquq-mühafizə orqanlarına şikayət edib.

Seksual xarakterli cinayət işi

İstintaq orqanı tərəfindən Eşqin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

4 il cəza

Yevlax rayon Məhkəməsinin hökmü ilə Eşqin İsmayılzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Eşqin İsmayılzadə apelyasiya şikayəti verib.

Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində qərar qəbul edilərkən himayəsində üç azyaşlı uşağının olması, əvvəllər cinayət törətməməsi, zərərçəkmişin barışıq ərizəsi ilə müraciət etməsi nəzərə alınmayıb.

Eşqin İsmayılzadə barəsində olan hökmün dəyişdirilməsini, barəsində daha yüngül cəza təyin olunmasını xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Bu yax;nlarda elan edil'n qərara görə, Eşqin İsmayılzadənin apelyasiya şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3495   Tarix: 20 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizində zəlzələ olub - VİDEO

Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələ üç maqnitudada olub. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart
.

Araz Ağalarov danışdı: "20 ildə belə bir şey olmamışdı" - VİDEO

Moskvada yerləşən "Crocus City Hall"un sahibi Araz Ağalarov ilk dəfə olaraq martın 22-də konsert zalında baş verən terror aktına münasibət bildirib. O, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib. "Dəhşətli faciə baş verdi və artıq deyildiyi kimi

24 mart
.

Polisin keçirdiyi əməliyyat zamanı 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 24 kiloqramdan artı

24 mart
.

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Bunu -a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyy

24 mart
.

"Crocus"da atəş səsi eşidən tamaşaçının davranışı gündəm oldu - VİDEO

Rusiya mətbuatı terror aktı baş verən "Crocus City Hall" zalından daha bir video yayımlayıb. xəbər verir ki, tamaşaçılar foyedə silah səslərini eşidib, çıxışa qaçaraq növbəyə dayanıblar. Bir az sonra isə terrorçular zala daxil olaraq atəş açıb. Tamaşaçılardan biri silah səslərinə baxmayara

24 mart
.

Crocus hücumu: terrorçu ermənicə söyürmüş

"Dojd" Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt "Krokus" konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs "Krokus"a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib. -

24 mart
.

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobildən maqnitofon, akkumulyato

24 mart
.

Baltalı şəxs onlarla rusu belə xilas edib: "Haradan kəsə biləcəyini axtarırdı"

"Crocus City Hall" konsert zalına gələnlərdən biri balta ilə bir neçə qapını deşərək onlarla rusiyalını xilas edib. xəbər verir ki, bu barədə "İzvestiya"ya terrordan sağ çıxan Tatyana adlı qadın məlumat verib . Onun sözlərinə görə, o, "Crocus"a əvvəlcədən gəlib. Qadın eskalatorl

24 mart
.

"Crocus"da avtomat tapıldı - üzərindəki yazı təəccübləndirir

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında xilasetmə əməliyyatları zamanı gövdəsi üçrəngə boyanmış və üzərində "Rusiyanın azadlığı uğrunda" yazısı olan "Kalaşnikov" avtomatı aşkar edilib. bizim media-ya istinadla xəbər verir ki, bu barədə BAZA Telegram kanal

24 mart