Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...

Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov həm də generalın qardaşıdır; illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunu işdən çıxarıb. Unikal.org xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib. Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyi meriyanın o zamankı rəhbəri Hacıbala Abutalıbovun sərəncamı ilə 2005-ci ilin oktyabrında yaradılıb. Belə ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yaradılıb.

Birlik Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Birliyin tərkibinə "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi də daxildir.

"Yeni Müsavat" bildirir ki, ötən ilin noyabrında E.Əzizovun sərəncamına əsasən Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdi. Bildirilirdi ki, bu cəza tədbiri Bakı şəhərində yaşıllıqların vəziyyəti, o cümlədən parklara zəif qulluq göstərilməsi ilə əlaqəlidir. E.Əzizov tərəfindən bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vəziyyət dəyişməyib.

Məlumdur ki, E.Əzizov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edəndə şəhər təsərrüfatının müxtəlif sahələrində hökm sürən vəziyyəti araşdırmaq üçün komissiyalar yaradıb. Və belə komissiyalardan biri də yaşıllaşdırma təsərrüfatı və yaşıllıqlarla bağlı vəziyyəti araşdırıb. Nəticədə məlum olub ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi Bakı şəhərində qanunsuz şəkildə qiymətli ağacları qıran şəxslərə qarşı ciddi tədbirlər həyata keçirməyib, yaşıllıqların qorunması üçün lazımi işlər görməyib, ting ağacların yetişdirilməsi istənilən səviyyədə olmayıb. Həmçinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə idarələrində adı olan, amma işə çıxmayan onlarla şəxs müəyyənləşib.

Vaqif Novruzov BŞİH-də idarə rəhbəri olsa da, oliqarx-məmur hesab edilirdi. Çünki illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi.

Vaqif Novruzov Naxçıvan daxili işlər nazirinin müavini, general Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov uzun müddət Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi olub, 2013-cü ilin payızında nazir müavini təyin edilib. 2013-cü ilin iyununda prezidentin sərəncamı ilə general-mayor rütbəsi alıb.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq sədrinin daha bir qardaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, həmin rayonda 2015-ci ildə yanan və azı 17 adamın ölümünə səbəb olan bina işinə görə həbs edilən Qəzənfər Novruzovdur. Qəzənfər Novruzov Binəqədidən öncə Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Binəqədidə işlədiyi müddətdə isə rayon sakinləri arasında ən çox narazılıq edilən məmurlardan biri olub. İşdən çıxarıldıqdan sonra onun ölkədən qaçdığı barədə xəbərlər yayılmışdı.

Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.

V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov ötən ilin aprelində prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə, eləcə də Yaşıllaşdırma Təsərrüfatı Birliyi baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Noyabrın 15-də BŞİH rəhbəri təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərinə başlayıb. Hacıbala Abutalıbov tərəfindən vaxtilə vəzifəyə təyin edilən xeyli kadrı işdən uzaqlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4325   Tarix: 20 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021