Millət vəkili çeçenlərlə azərbaycanlılar arasındakı davadan danışdı

Millət vəkili çeçenlərlə azərbaycanlılar arasındakı davadan danışdı"Moskvada "Neolit" kafesində azərbaycanlılarla çeçenlər arasında baş vermiş münaqişənin millətlərarası münasibətə heç bir aidiyyəti yoxdur. Bu, etnik deyil, məişət zəminində baş vermiş hadisədir". Bu sözləri Sonxeber.az-a Milli Məclisin Qusardan olan deputatı Azər Badamov deyib.

Millət vəkilinin fikrincə, məlum hadisəni etnik zəminə yönləndirmək istəyən qüvvələr var: "Təbii ki, bu qüvvələr bizə düşmən gözü ilə baxanlardır". A. Badamovun sözlərinə görə, Azərbaycanın Şimali Qafqaz xalqları ilə həmişə dostluq münasibətləri olub, əlaqələr çox yüksək səviyyədədir: "Xalqlarımız arasında heç vaxt etnik zəmində münaqişə baş verməyib. Milli münasibətlərdə hər hansı bir münaqişə olmayıb".

Deputat qeyd edib ki, bu, xüsusilə çeçenlərə aiddir: "Ona görə ki, çeçenlər müstəqilliyimizin ilk illərində, ermənilərlə üzbəüz dayandığımız günlərdə yanımızda olublar. Həm də çeçenlərin özləri 1994-96-cı illərdə müharibədən əziyyət çəkərkən kifayət qədər yaralı Azərbaycana gələrək burada müalicə alıb, Azərbaycan onların yanında olub və dəstək göstərib. Bu onu deməyə imkan verir ki, xalqlarımız tarixən bir-birilərinə dost münasibət bəsləyiblər, çətin günlərdə, dar məqamlarda bir-birilərinin yanında olublar".

Həmsöhbətim xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistanın başçısı Ramzan Kadırov arasında çox böyük dostluq münasibətləri mövcuddur: "Hazırda Azərbaycanın Çeçenistanda böyük layihələrdə imzası var. Xüsusilə qeyd etmək istəyirəm ki, xalqlarımız və respublikalarımız bu münasibətlərə çox böyük dəyər verirlər, münaqişənin milli zəminə yönləndirilməsinə heç vaxt imkan verməzlər. Bu barədə heç düşünməyə dəyməz, çünki bu, adi məişət zəminində baş verən hadisədir. Münaqişənin milli zəminə yönləndirilməsini düzgün saymıram və bu düzgün də deyil. Azərbaycan və Çeçenistan rəsmiləri də bunu çox açıq şəkildə bəyan ediblər. Azərbaycan Prezidenti sözügedən məsələni şəxsən öz nəzarətinə götürüb. Çeçen və azərbaycanlılar arasında milli zəmində gələcəkdə bir hadisənin baş verəcəyini də gözləmirəm".

Xatırladaq ki, fevralın 14-də bir qrup çeçenin azərbaycanlıların Moskvadakı "Neolit" kafesinə basqın etməsi nəticəsində bir nəfər qətlə yetirilib, xəsarət alanlar olub.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1166   Tarix: 20 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel