"İqtidar Əli İnsanovun azad edilməsindən ehtiyat etmir" - Deputat

"İqtidar Əli İnsanovun azad edilməsindən ehtiyat etmir" - Deputat14 ilə yaxındır həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun da Novruz bayramı ərəfəsində imzalanacaq əfv fərmanı ilə azadlığa çıxma ehtimalı var. Ölkə iqtidarının yüksək ranqlı keçmiş məmurunun hökumətə təhlükə olub-olmadığına dair də fikirlər səslənir.

Sonxeber.az xəbər verir ki, məsələylə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Musavat.com-a açıqlama verib: "Bu gün azadlıqdan məhrum edilmiş hər bir soydaşımızın, o cümlədən də Əli İnsanovun da Allah qapısını açsın, azadlığa qovuşsun, ailəsi ilə bərabər olsun. Mətbuatdan Novella xanımın açıqlamalarını oxudum. Belə fikir söyləyir ki, Əli İnsanov mart ayında azadlığa çıxa, yəni ölkə prezidenti onu əfv edə bilər. Əlbəttə, bu, ölkə prezidentinin səlahiyyətindədir. O, zaman-zaman ən müxtəlif cinayətlərə yol vermiş soydaşlarımızı əfv edib, onları azadlığa qovuşdurub. Hətta ömürlük azadlıqdan məhrum edilmiş insanları da cənab prezident əfv edib. Bilirsiniz ki, belə məhbuslardan Surət Hüseynov, Nəriman İmranov, Rəhim Qazıyev kimiləri ölkə başçısı tərəfindən azad edilib. Əli İnsanov onlar kimi bu dövlətə ziyan vurmasa da, 2005-ci ildəki əməllərində cinayət tərkibi olduğuna görə həbs edildi və bu günə qədər də həbsdədir. Onu azad etmək səlahiyyəti cənab prezidentdədir. Ölkə başçısı humanist addımlarını hər zaman atıb. Eyni zamanda, bu addımlar Əli İnsanova da şamil oluna bilər. Onun həbsdən azad edilməsində iqtidarı ehtiyatlandıracaq heç nə yoxdur. Ola da bilməz.

Çünki ölkə prezidenti cəmiyyətdə kifayət qədər böyük dayaqlara malikdir. Xalqımızın mütləq əksəriyyəti, 80%-dən yuxarı 10 ay öncə cənab prezidentə səs verib, yenidən ona etimad göstəriblər. Həmin etimadı İlham Əliyev yüksək səviyyədə doğrultmaqdadır. Əli İnsanovun azadlığa çıxdıqdan sonra nə edəcəyi öz seçimidir; necə istəsə, o cür də həyatına davam edəcək. İstəsə elmlə, istərsə də siyasətlə məşğul olar. Azərbaycan demokratik ölkədir. Heç kəsə fəaliyyətində məhdudiyyət qoyulmadığı kimi, Əli İnsanova da qoyula bilməz. Düşünürəm ki, o siyasətə qoşulsa belə, siyasətdə sizin düşündüyünüz kimi geniş spektrli sosial bazanı yığa bilməyəcək. Çünki vətəndaşlarımızın mütləq əksəriyyəti bu gün cənab prezidentlə bərabərdir, onun sosial dayağı kimi onu birmənalı şəkildə müdafiə edir. Ölkəmizin bütün regionlarında olan soydaşlarımız kimi əslən qərbi azərbaycanlıların da mütləq əksəriyyəti cənab prezidentlə bərabərdir, onunla bir yerdədir, onun siyasətini yüksək səviyyədə dəyərləndirir, ən çətin anlarda onunla bərabər olublar. Bundan sonra da belə olacaq. Buna qətiyyən şübhə yoxdur. Hər halda Əli İnsanovun Allah qapısını açsın. Bundan sonra nə seçim edəcəksə, bu onun şəxsi işidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2026   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel