Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandıDövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilən sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən Sonxeber.az-a verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib.

Sosial   Baxılıb: 988   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR