Fazil Mustafa: İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tutur

Fazil Mustafa: İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tuturSonxeber.az xəbər verir ki, millət vəkili Fazil Mustafa oxu.az-ın suallarını cavablandırıb:

- Fazil müəllim, "Gənclər siyasəti haqında" qanuna geniş dəyişiklikləri nəzərdə tutan və artıq iki oxunuşdan keçən qanun layihəsində "təhlükəsiz internet" ifadəsi öz əksini tapıb. Burada söhbət nədən gedir?

- Burada, əsasən, hakerlik, internet üzərindən terrorçuluq fəaliyyətinin, bank oğurluğu və başqa fəaliyyətlərin müəyyən dərəcədə məhdudlaşdırılmasından söhbət gedir. Eyni zamanda, şantajla, təhqirlə, başqa məsələlərlə məşğul olmağın qarşısını almaq məqsədilə belə bir məhdudiyyətin qoyulması nəzərdə tutulur. Yəni "təhlükəsiz internet" deyilərkən bu məqamlar əsas götürülür.

Bununla yanaşı, adıçəkilən qanun layihəsində gənclərə internet resurslarına çıxış və ondan istifadə məsələsində daha geniş şəraitin yaradılması nəzərdə tutulur. Bu da normal bilik, düzgün informasiya əldə eləməyə aid məqamlardır.

- Qanunlarla bunların qarşısını tam almaq mümkündürmü və ya mümkün olacaqmı?

- Təbii ki, xeyr. Açıq deyək ki, bizim texniki imkanlarımız o səviyyədə deyil ki, bu məsələlər tam şəkildə öz həllini tapa bilsin. Amma bununla belə, qanunda, ümumilikdə qanunlarda bəlli standartlar var ki, o standartlarda bu məqamlar qeyd olunmalıdır.

Məsələn, bizdə gender bərabərliyi ilə bağlı qanun qəbul olunub. Onunla bağlı Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi xüsusi hesabat verməlidir, həmin hesabatla əlaqədar rəy də parlament tərəfindən verilməlidir. Amma gender bərabərliyi Azərbaycanda mümkündümü? Bu, reallıqda necə tətbiq olunur? Bu suallar hələ də açıq, cavabsız olaraq qalır. Gündə intiharlar, gündə ailə-məişət zorakılıqları... Yəni tətbiqi mümkün olmayan məsələlərdir. Ona görə yuxarıda adıçəkilən məsələ də məhz bu kateqoriyadandır.

Bizim buna, kibertəhlükəsizliyin, internet təhlükəsizliyinin təmin edilməsinə nəzarət imkanımız məhduddur.

- Gender bərabərliyi məsələsindən danışdınız. Artıq neçə illərdir ki, bu məsələ, xüsusilə gənc qızların təhsildən yayındırılması, erkən nikahlara məcbur edilməsi, bunun nəticəsində yaşanan ailə dramları, boşanmalar məsələsi cəmiyyəti ciddi şəkildə narahat etməkdə və sonu gəlməyən, uzun-uzadı müzakirələr getməkdədir.

Bir qisim bu məsələlərdə ailələri, valideynləri, bir qisim təhsil müəssisələrini, cəmiyyəti ittiham edir, bir qisim isə bu məsələlərdən çıxış yolu kimi maarifləndirməni əsas şərt olaraq irəli sürür...

- Burada maarifləndirmənin yolu yoxdur. Təhsil aşağı səviyyədə olanda ailə yüksək səviyyədə ola bilməz. Təhsilli insanlar bir-birinə tolerant, təmkinli, dözümlü yanaşa bilər. Təhsilsiz insanların isə bu yöndə problemləri isə istər-istəməz həmişə olacaq. Ona görə bu kimi məsələlərdə ibtidai zəminə baxmaq lazımdır. Zəmin düzgün deyilsə, sonrakı mərhələdə artıq problemlər qaçılmaz olacaq.

Məsələn, işsizliklə bağlı böyük bir problem var. Faktiki olaraq əhalinin böyük bir qismində gəlir yoxdur. Alver də bilmirlər, ticarət müəssisələri, ev, torpaq, əmlak alqı-satqısı dayanıb. Bunların önünü açmaq lazımdır. İndi qəbula gələn insanların böyük əksəriyyəti məhz işsizliyə görə gəlirlər. Ona görə bu məsələ çözülməsə, boşanmaların da qabağını ala bilməyəcəyik.

Boşanmadan sonra aliment məsələsi gəlir. Aliment niyə ödənmir? Çünki ödəməyə pul yoxdur, çoxları işsizdir. İş, gəlir olanda alimentə pul ödəyir və nəticədə uşaq ayaqda qalır. Yəni bunlar kompleks məsələlərdir.

- Amma hər halda erkən nikahlarda və bunun nəticəsi olaraq yaranan digər problemlərdə ailələrin də məsuliyyət, günah payı var. Çünki bəzən gənc ailələr heç də sosial duruma görə dağılmırlar. Yəni burada düşüncə, zehniyyət məsələləri də böyük rol oynayır.

- Axı ailələrdə nə problem var? Təhsilsiz insanın düşüncəsi necə olmalıdır? Yaxud ailədə xəyanət və başqa məsələlər daha çox mental çağırışlarla olur. Kişilər özləri bildiyini edir, sonra qadınlardan tələb edirlər ki, niyə belə edirsiniz. Qızların, qadınların çox böyük əksəriyyəti iş tapa bilmir. İş tapdığı yerlərdə də elə şərtlər qoyurlar ki, mütləq o şərtlərə uyğun olaraq, başqa yollara üz tutmalıdırlar. Yaxud hansı qadın, gənc qız müdirin əleyhinə işi uda bilər?

Bu mümkündürmü? Mümkün deyilsə, demək, onun çağırışına, tələbinə, nə dedisə, ona tabe olmalıdır. Bu da nəticə etibarilə ailələrin pozulmasına, dağılmasına gətirib çıxarır. Bunlar bir-birilə əlaqəli məsələlər olduğuna görə bunu çözmək, konkret problemin özündən başlamaq yanlışdır. Bunu cəmiyyətin alt qatlarından dəyişmək lazımdır. İşsizlik, müəyyən mənada insanların diskriminasiyası, qabiliyyətə görə müəyyən sahədə iş qura bilməməsi insanlara təsir edir.

Bu baxımdan, hesab edirəm ki, biz problemin özündən yox, onun mənbəyindən başlasaq, yəni bulağın gözünü təmizləmədən bulağın alt qatlarında suyun çirklənməsindən danışsaq, problemin həlli mümkün olmayacaq.

- Belə fikirlər daha çox yer almaqdadır ki, cəzaların sərtləşdirilməsinə ehtiyac var.

- Bilirsiniz, bəziləri üçün onsuz da yaşamaq çox vaxt cəzaya çevrilir. Bu formada yaşamaq, işsiz yaşamaq cəza deyil? İşsiz yaşayandan sonra ailəni yaşatmaq üçün haradansa beş manat oğurlayırsansa, deməli onsuz da o ağır cəzanı keçmisən. Əksinə, yüngül cəzaya doğru gedirsən. Həbsxanada gündə üç dəfə yemək verəcəklər.

Bu, əslində, həmin şəxs üçün bir növ "yüngülləşmə"dir. O yeməyi azadlıqda tapa bilmirsənsə, bu, özü artıq cəzadır. Ona görə insanları bu məsələlərdə bütöv şəkildə qınamaq düzgün deyil. Yəni problem insanla, insanlarla bağlı deyil. Problem insana, insanlara aid olan problemlərin vaxtında çözülməməsi ilə bağlıdır. Bunu çözməyin yolları, əslində, çox çətin deyil. Sadəcə, bu problemlərin üzərinə getmək lazımdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1901   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-c

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart