Azərbaycanın 3 ölkədən alacağı "cəhənnəm quşları" - Rus ekspertdən şok açıqlama

Azərbaycanın 3 ölkədən alacağı "cəhənnəm quşları" - Rus ekspertdən şok açıqlama"Azərbaycan Ermənistanın Rusiyadan "SU-30SM" qırıcılarına cavab olaraq, Türkiyədən "F-16" təyyarələri ala bilər".

Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-la birgə "F-16" istehsalını və ixracını həyata keçirir:

"Onlar "F16" hərbi təyyarələrinin lisenziyalı istehsalı ilə yanaşı, ixracını da həyata keçirirlər. Məsələn, Misirə satırlar. Azərbaycana da sata bilərlər, bunun üçün ABŞ-la müqavilə imzalanmalıdır. Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə ABŞ-la belə bir müqavilə imzalana bilər və bu ehtimal yüksəkdir.

Bu, Türkiyə üçün də sərfəlidir. Çünki Türkiyə bundan gəlirlər əldə edəcək".

Pavel Felgenhauer qeyd edib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri ala bilər:

"Məsələn, "SU-30SM"-i asanlıqla əldə edə bilər və Azərbaycan istəsə, Rusiya bunu satacaq. Sərfəli təklif olsa, "SU-35" qırıcılarının da satışını həyata keçirə bilər. Amma bu, daha bahalıdır. İndiyədək Rusiya bunu yalnız Çinə satıb.

Eyni zamanda, Azərbaycan Rusiyanın mühərrikləri ilə işləyən Çin və Pakistan təyyarələrini də ala bilər. Amma Türkiyə ən ideal variantdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3285   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel
.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart