Azərbaycanda ölü mafiyası - sensasion iddialar, inanılmaz detallar

Azərbaycanda ölü mafiyası - sensasion iddialar, inanılmaz detallarÖlüm haqdır deyib atalar. Buna baxmayaraq, bu haqq işlə üzləşən, yaxınını itirən insanlar kədərlənib göz yaşı axıtmaya bilmirlər. Bu, dünyanın hər yerində belədir. Azərbaycanda isə proseslər çox fərqli gedir: yaxını vəfat edən insan bilmir dərdini ağlasın, yoxsa dəfn işləri ilə məşğul olsun, daha doğrusu, dəfn üçün gərəkən bahalı prosedurları keçsin.

Bir neçə ay əvvəl, daha dəqiqi, 2018-ci il dekabrın son günlərində gənc oğlunu itirən tanınmış ictimai xadim Fəxrəddin Bağırov ölkədə formalaşmış olan dəhşətli bir biznesdən danışır. Onun başına gələnlər faktiki olaraq, Azərbaycanda oturuşmuş bir ölü mafiyasının mövcudluğundan xəbər verir. F.Bağırov musavat.com müxbirinə deyir ki, oğlum ötən ilin son aylarında xaricdə olub: "Orada olanda bir-iki dəfə döş qəfəsi nahiyəsində ağrı tutmuşdu, dekabrın 28-də gəldi bura. Dekabrın 29-da burada da elə ağrı tutdu, dedim, həkimə gedək. Dedi, yeni il bayramını qeyd edək gedərəm. Dekabrın 30-u səhər qəfildən vəfat etdi. Biz təcili yardımı çağırdıq. Təcili yardımın həkimi dedi ki, gənc adam olduğu üçün polisə xəbər verməliyik, dedik, buyurun. Özümüz də məlumat verdikdən sonra həm polisdən, həm də prokurorluqdan gəlib meyitə, ölüm şəraitinə baxıb getdilər. Ölümündən 3-4 gün keçəndən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Səbayel rayonunda adı deyəsən, Tibbi Ekspertiza İdarəsi olan quruma getdim. Dedilər, Xəlil adında şöbə müdiri var, onun yanına gedim, məlumatı var. Yanına girəndə dedi ki, prokuror da zəng vurub, hadisə barədə məlumatlıdır. Yanında həkim də vardı, o da dedi ki, oğlum ürəktutmasından vəfat edib. Nə isə. Bu adam başladı söhbətə, müəyyən tanışlıq və sair. Mənim yanımda götürüb müstəntiqə, təcili yardıma zəng vurdu. Onlar da oğlumun ürək xəstəliyindən öldüyünü dedilər. Bu adam söhbəti uzadaraq başladı ki, qardaşım Fövqəladə Hallar Nazirliyində idarə rəisidir, Nəsiminin icra başçısı kirvəmdir-filan. Gördüm, söhbəti uzadır, xahiş etdim ki, mənim dərdim var, işlərim var, kağızı tez versinlər gedim. Dedi, "narahat olmayın, mən sizə kömək edəcəm". Durdu çıxdı ki, gedim danışım. Getdi, bir neçə dəqiqədən sonra gəldi ki, "Fəxrəddin müəllim, 700 manat verəcəksiniz". Mən də dedim ki, cibimdə cəmi 230 manat pul var. Qayıtdı ki, mən sizə kömək edəcəm.

Nə isə bir xanım çağırdı, kağızı yazdırdı, möhür vurdurdu. Mən kağızı götürüb çıxanda qayıtdı ki, "Fəxrəddin müəllim, o pulları verin də". Əlimi salıb cibimdən 4 dənə əlli manatlıq çıxarıb stolun üstünə qoydum. Əlliliyin birini görmədi, qayıtdı ki, bəs 200 demişdiniz. Dedim, yaxşı say. Bax beləcə, gənc oğlumun faciəli ölümü haqqında sənədi almaq üçün 200 manat ödəməli oldum. Mənim o 200 manata ehtiyacım yoxdur, olmayıb da. Amma adi bir ölüm kağızının pulnan satılması faktı məni sarsıtdı. Evə gəlib yığışan dost-qohumların yanında hadisəni danışanda məlum oldu ki, hamının başına eyni oyun gətirilib. Elə adam var ki, 87 yaşında valideyni rəhmətə gedib, kağız vermək üçün 100 manatını alıblar. Bu, dəhşətli bir cinayətdir, sanki ölkədə bir ölü mafiyası formalaşıb.

F.Bağırov bildirir ki, başına gələn hadisəni saytlardan biri adlar açıqlanmadan dərc etdikdən sonra Xəlil adlı şöbə müdiri ona zəng vurub ki, "eşitmişəm, məndən narazı qalıbsınız. Mən axı sizə hörmət etmişəm": "Mən əsəbiləşdim ki, sən hörmət edib neynəmisən axı? Hörmət etməsəydin nə yazacaqdın: yazacaqdın ki, oğlum ölməyib, diridir? Bu adam düz üç dəfə mənə dedi ki, sizə hörmət etmişəm. Hələ də mənə çatmır ki, bu hörmət nə olub axı? Övlad atanı çiyinlərində aparmalıdır qəbir evinə. Amma mən 34 yaşında övladımı dəfn etmişəm, bu adam onun ölüm kağızını mənə 200 manata satıb, hələ bir deyir də ki, hörmət etmişəm. ZAQS idarəsindən lazım olan kağızı heç bir yubatma olmadan rahatlıqla verdilər. Bunlar da belə işləyə bilməzlər?Bu adamlar bu hakimiyyətdən bəhrələnirlər, onun çörəyini yeyirlər. Amma baxırsan ki, bir mafiya halında birləşib insanları hakimiyyətin üzərinə qaldırmaqla məşğuldular. Özü də bunu edən müxalifət deyil ha, məhz hakimiyyətdən bəhrələnənlərdir. Harada görülüb ki, vəfat edən adamın ölüm kağızını pulnan satasan? Bu, hansı dinə, hansı əxlaqa sığır axı? Hər gün yüzlərlə adam rəhmətə gedir Azərbaycanda, onların yaxınlarını hakimiyyətdən belə narazı salmağa necə cəsarət edirlər bunlar?

F.Bağırovun sözlərinə görə, dəfndən sonra hüzr məclislərini təşkil edərkən də ciddi problemlərlə üzləşib: "Hüzr məclislərini Heydər məscidində keçirtdik. Məscid sözün həqiqi mənasında, incəsənət nümunəsidir, çox gözəl tikilib. Amma idarəçiləri bu məscidin adına layiq olmayan işlərlə məşğuldular. Oğlumun üçünü-yeddisini verəndə qadınlar məclisində məsciddən göndərilən 3 qadın gəlib oturdu. Bizə dedilər ki, məscid verir onları, iştirak etməlidilər. Bu 3 qadın oturub-durub yol verdikləri məclislərdən danışdılar. Nə isə. Məclis başa çatandan sonra qadınların hərəsi 100 manat tələb etdilər. Təsəvvür edirsinizmi, çağırmadığımız halda gəlib oturublar, axırda da bu qədər pul tələb edirlər. Sonradan məlum oldu ki, bu qadınlar məscidin yanındakı hüzr evinin işçiləridir. Bizdən aldıqları 100 manatın əllisini rəhbərliyə verirlər. Qırx məclisində də etirazımıza baxmayaraq, yenə gəlib oturdular"...

F.Bağırovun sözlərinə görə, məsciddə qonaq sayını hesablayarkən də təəccüblü halla üzləşib: "Biz qadın zalında 200 nəfərlik yer sifariş etmişdik Məclisin sonunda haqq-heab çəkəndə dedilər ki, 240 yerin pulunu verməlisiniz. Təəccüblənib səbəbini soruşduqda məlum oldu ki, onlar yeri stul deyil, boşqab sayına görə müəyyənləşdirirlər. Etiraz edəndə də deyirlər ki, bizdə belədir? Kimdi axı bunlar? Əvvəllər, xeyir-şər evi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. Sonradan özəlləşdirilib deyirlər. Məscidin özü meriyaya tabedir, amma hüzr evi yox. Orada qiymətlər adambaşına 12 manatdan başlayır. Amma reallıqda 5-6 manat xərc çəkilə-çəkilməyə. Yəni aldıqları pulun yarısı qazanca qalır. Heç olmasa bunun qarşılığında insanları narazı salmasınlar, soyğunçuluq etməsinlər də"...

F.Bağırov ölüm hadisələri ilə bağlı daha bir məsələni aktual hesab edir: "İki il əvvəl qardaşımın yoldaşı rəhmətə getmişdi. Gecə vaxtı təcili yardıma zəng vurduq ki, gəlib qeydə alsınlar. Təcili yardım gələnədək iki molla evə zəng vurdu ki, eşitmişik sizdə vəfat edən var, molla istəmirsiniz? Bu onu göstərir ki, bunlar əlbir işləyirlər. Gecənin yarısı mollalar haradan bildilər ki, bizim ölümüz düşüb? Ən əsası isə ev nömrəsini haradan əldə etdilər? Bu sahədə daha bir problem məscidlərdən verilən mollaların məclisi yola vermək üçün hədsiz baha qiymət tələb etmələridir. Bu sahəyə bir nəzarət yaradılmalıdır, hərə bildiyi qiyməti tələb edə bilməz axı..."

Müsahibimiz maraqlı bir faktı da dilə gətirdi: "Bu günlərdə nəvəmi oxuduğu məktəbdən (tədris ingilis dilindədir) Bakıdakı dini evlərə aparıblar. Sinaqoqda bunları gənc bir ravin qarşılayıb, ingilis dilində öz dinlərinin tarixindən ətraflı məlumat verib. Oradan aparıblar pravoslav kilsəsinə. Orada da din xadimi bir qədər zəif də olsa ingiliscə din tarixindən bunlara məlumat verib. Oradan da şagirdləri aparıblar məscidə. Burada gənc bir molla gəlib, ilk işi uşaqlara səs salmamalarını tapşırmaq olub. Daha sonra başlayıb ki, məscidin divarların ağ rəngə boyanıb, lüstrlər İtaliyadan gətirilib, xalçası bütövdür, 7 min adam eyni vaxtda namaz qıla bilir və sair. Daha sonra isə deyib ki, namazının vaxtı keçir və çıxıb gedib. Siz təsəvvür edirsinizmi, Bakıya gündə yüzlərlə turist gəlir. Çox görkəmli məscidlərimiz var, yəqin onları da ziyarət edənlər olur. Bunlar heç olmasa İslamdan, din tarixindən az-çox məlumatı olan, ingilis dilini bilən adamlar işə götürsünlər ki, gələnlər qarşısında biabır olmayaq". ("Yeni Müsavat")


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3568   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel