Bu xəstəlik sizdə varsa müəllim işləyə bilməyəcəksiz! - SİYAHI

Bu xəstəlik sizdə varsa müəllim işləyə bilməyəcəksiz! - SİYAHINazirlər Kabineti "Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı" təsdiq edib.

Sonxeber.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısı belədir:

1. Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi
2. Alsheymer xəstəliyi zamanı demensiya
3. Vaskulyar demensiya
4. Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya
5. Dəqiqləşdirilməmiş demensiya
6. Üzvi hallyüsinoz
7. 1Üzvi-katatonik hal
8. 2Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu
9. Üzvi mənşəli şəxsiyyət pozuntusu
10. Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları
11. Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
12. Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
13. Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları
14. Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları
15. Şizofreniya
16. Xroniki sayıqlama pozuntuları
17. Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu
18. Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu
19. Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
20. Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
21. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod
22. Şəxsiyyətin paranoid pozuntusu
23. Şəxsiyyətin dissosial pozuntusu
24. Şəxsiyyətin emosional davamsız pozuntusu
25. Şəxsiyyətin isterik pozuntusu
26. Azartlı oyunlara patoloji meyil
27. Yanğına patoloji hərislik (piromaniya)
28. Oğurluğa patoloji hərislik (kleptomaniya)
29. Seksual seçimin pozuntusu
30. Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)
31. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)
32. Səs büküşlərinin və qırtlağın iflici
33. Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)
34. Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)

Sosial   Baxılıb: 1495   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR