İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər - Sənədsiz evlər PROBLEMİ

İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər - Sənədsiz evlər PROBLEMİÇoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanla 2020-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Ekspertlər bu fərmanla "kupça"sız mənzillərin probleminin həll olunacağını qeyd edirlər.

Eyni zamanda Bakıdakı sənədsiz evlər məsələsinin də növbəti mərhələdə həll olunacağı üçün müvafiq addımlar atılacağını vurğulayırlar.

İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməməsi problemi gündəmdən düşmür. Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb.

Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.

Ölkə başçısı 2015-ci ilin yanvarında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Mətbuatın da diqqətlə izlədiyi məsələ öz həllini nə vaxt tapacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, sənədsiz evlərin problemlərinin həll olunması üçün dövlət başçısı göstəriş verib:

"Müəyyən arayışlar hazırlanıb və lazımi instansiyalara təqim olunub. İllərdir ki, insalar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər. Ölkə başçısı sənədsiz tikintilərə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. İnanıram ki, bu problem də ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz həllini tapacaq.

Necə ki, Prezident çoxmənzilli yaşayış binlarının istismarına icazə verilməsilə bağlı sənədə qol çəkdi".

Parlament üzvünün sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsilə bağlı çox böyük narazılıqlar və şikayətlər var idi:

"Təsəvvür edin ki, 8-10 il müddətinə o binada yaşayan vətəndaş çıxarış ala bilmirdi. Suyu, qazı, işığı da var, amma çıxarış, sənədi yoxdur. Ona görə də Prezident İlham Əliyevin bu addımı tikinti ilə əlaqədar bir çox problemləri həll edəcək. Məndə olan məlumata görə, Bakıda 400-ə yaxın bu cür çoxmənzilli yaşayış binası var, hansı ki, sakinləri "kupça" ala bilmir. Təşkilati məsələlər həll olunduqdan 3 ay sonra bu problem tam həll olunacaq".Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanla 2020-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Ekspertlər bu fərmanla "kupça"sız mənzillərin probleminin həll olunacağını qeyd edirlər.

Eyni zamanda Bakıdakı sənədsiz evlər məsələsinin də növbəti mərhələdə həll olunacağı üçün müvafiq addımlar atılacağını vurğulayırlar.

İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməməsi problemi gündəmdən düşmür. Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb.

Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.

Ölkə başçısı 2015-ci ilin yanvarında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Mətbuatın da diqqətlə izlədiyi məsələ öz həllini nə vaxt tapacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, sənədsiz evlərin problemlərinin həll olunması üçün dövlət başçısı göstəriş verib:

"Müəyyən arayışlar hazırlanıb və lazımi instansiyalara təqim olunub. İllərdir ki, insalar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər. Ölkə başçısı sənədsiz tikintilərə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. İnanıram ki, bu problem də ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz həllini tapacaq.

Necə ki, Prezident çoxmənzilli yaşayış binlarının istismarına icazə verilməsilə bağlı sənədə qol çəkdi".

Parlament üzvünün sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsilə bağlı çox böyük narazılıqlar və şikayətlər var idi:

"Təsəvvür edin ki, 8-10 il müddətinə o binada yaşayan vətəndaş çıxarış ala bilmirdi. Suyu, qazı, işığı da var, amma çıxarış, sənədi yoxdur. Ona görə də Prezident İlham Əliyevin bu addımı tikinti ilə əlaqədar bir çox problemləri həll edəcək. Məndə olan məlumata görə, Bakıda 400-ə yaxın bu cür çoxmənzilli yaşayış binası var, hansı ki, sakinləri "kupça" ala bilmir. Təşkilati məsələlər həll olunduqdan 3 ay sonra bu problem tam həll olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 967   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart
.

Kommunal xidmətlərlə bağlı DƏYİŞİKLİK - QƏRAR

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilə

29 mart
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart