Mama-ginekoloqun etdiyi "estetik əməliyyat"ın dəhşətli fəsadları– "Hər ay qarnıma su yığılırdı..."

Mama-ginekoloqun etdiyi "estetik əməliyyat"ın dəhşətli fəsadları– "Hər ay qarnıma su yığılırdı..."Bir çox əməliyyatların sonrakı fəsadları, ağırlaşmaları, nəticədən xəstənin narazı olması barədə dəfələrlə pasiyent şikayətlərini təqdim etmişik.
Sonxeber bildirir ki, medicina.az-a qarnında aparılan abdominoplastika əməliyyatından sonra fəsadlar yaşayan, əməliyyatın keyfiyyətindən narazı qalan daha bir pasiyentdən müraciət daxil olub.

Belə ki, 37 yaşlı Sitara Piriyeva 2017-ci ildə Medika Hospital adlı klinikada mama-ginekoloq kimi çalışan Mehriban Məlikovaya qarında estetik əməliyyat hesab olunan, qarın gərmə əməliyyatını həvalə edib.

Pasiyentin dediyinə görə, o mama-ginekoloqun bu əməliyyatı etdiyini onun instagram səhifəsində görüb və qiymət cəlbedici olduğu üçün ora müraciət edib.
"Həkim əməliyyatın asan olduğunu bildirdi, söz verdi ki, 6 aydan sonra qarnımda heç bir iz qalmayacaq. Açığı paylaşdığı əməliyyat və sonrası şəkillərə inandım, bir də qiymət 1500 manat olduğundan digər klinika və həkimlərdən daha sərfəli idi. Sonradan öyrəndim ki, bu həkimin heç plastik cərrah olaraq təhsili və təcrübəsi yoxdur.

Təsəvvür edin, əməliyyat ortasında həkim gedib başqa xəstələri qəbul edir, hər dəfə 20 dəqiqə yoxa çıxır, yenidən qayıdıb davam edirdi. Elə bu, məndə onun peşəkarlığına şübhə yaratdı. Amma artıq gec idi.

Əməliyyatdan sonra hər ay qarnıma su yığılırdı. Gedirdim suyu çəkdirirdim. Deyirdi belə də olmalıdır. Sarğımı açanda qarnımın çox eybəcər, səliqəsiz olunduğunu gördüm, dəhşətə gəldim. Yenə bu Mehriban həkim arxayın etdi ki, belə olmalıdır, düzələcək, zaman lazımdır.

Amma aylar keçirdi, təbii ki, düzələ bilməyəcək qüsur, səhv düzələ də bilməzdi. Tikişin və kəsimin əyri olduğu gözlə görünürdü. Özünə də deyəndə ki, düzgün kəsməmisiz, dedi xoşun gəlmirsə, gəl bir də orasını-burasını düzəldək.

Dedim, mən paltar deyiləm, siz də dərzi.
Yaramın içindən, tikiş altından simlər, jilkalar çıxır. Göbəyimi bərbad günə qoyub. Yenidən əməliyyata razı olmadım. Çünki bunun üçün mən 15 kq çəki atmalıydım ki, artıq dəri əmələ gəlsin. Amma Mehriban Məlikovanın bu heç vecinə deyildi.

Dedim, ya əməliyyat pulumu geri qaytarın, çünki mən ziyana düşdüm, səhhətimə zərər vurmusuz, ya da sizi məhkəməyə verəcəm. Dedi, get nə edirsən et, səndən qorxmuram. Səni oturdarlar yerində".

Pasiyent bundan sonra klinikanın baş həkimi Vəli Xəlilov və köməkçisinin qəbulunda olub. Onlar yaraya baxaraq, əməliyyatın uğursuz olduğunu bildiriblər. Amma xəstənin şikayətlərinə baxmayaraq, həkim üçün heç bir tədbir görməyibər. Xəstə klinikanın təsisçisi olan sahibkarı da tapıb, amma yenə də bir nəticəyə nail olmayıb.

"Heç kim mənə köməklik etmədi. Yoldaşım stressdən pis vəziyyətə düşdüyümü görüb məni digər plastik cərrahlar Sirus Qoçqani və Dilqəm doktorun qəbuluna apardı. Onlar qarnıma baxıb dəhşətə gəldilər. Dedilər, belə əməliyyat olmaz, nə düzgün kəsilib, nə də düzgün tikiş qoyulub.
Təkrar əməliyyat üçün 15 kq çəki atmalısan ki, dəri boşalsın, yenidən əməliyyat edək, amma yenə də mükəmməl, ideal nəticəyə söz vermirik. Çünki çox böyük səhvlərə yol verilib.

Ümumiyyətlə, o həkimdən çox şikayətlər eşitdim. Amma hamı susdurulur. Klinikanın baş həkimi onunla bir oxuduğu üçün onun tərəfini saxlayır, şikayətləri bağlayır, həkimi də klinikada əməliyyatlara buraxır.

Yaramın tikişi belimə, onurğama kimi gedib çatıb. Yaranın içindən şiş kimi bərk düyünlər çıxır və məni incidir. Qarnımın bir hissəsini çox, bir hissəsini az götürüb, tikişi əyri qoyub.

Mənə maddi və mənəvi ziyan vurublar. Pulumun geri qaytarılmasını istəyirəm. Çünki mən təkrar əməliyyat olmalıyam və bunu da başqa, peşəkar həkimə etdirməliyəm.
Xahiş edirəm, şikayətimi işıqlandırın ki, digər insanlar bu özbaşınalığın qurbanı olmasın".

Məsələ ilə bağlı Medicina.az-ın əməkdaşı Mehriban Məlikovayla əlaqə saxlayıb. O suallara cavab vermək istəmədiyini bildirib: "Bunu şikayətçinin özündən soruşun. Mən nə deyə bilərəm. Mən ümumi cərraham. Əməliyatı da yaxşı eləmişəm. Sadəcə hər bədənin öz xüsusiyyəti var. Hər şey ola bilər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4021   Tarix: 24 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021