Qədim dünyanın dəhşətli seks macəraları - Maraqlı FAKTLAR

Qədim dünyanın dəhşətli seks macəraları - Maraqlı FAKTLARBu gün dünya qadınlarının həyatını təhlükəyə atan ginekoloji prosedurlardan biri də abort və doğumdur. Çox vaxt arzulanmayan övladı dünyaya gətirməmək üçün həyata keçirdilən abort, yaxud elə gözlənilən hamiləliyin sonunda doğum prosesi qadının öz həyatını da riskə atır. Tibb və texnologiyanın inkişaf etdiyi çağdaş dövrdə bu qədər təhlükəyə yol açan doğum və abortlar qədim dövrlardə daha çox qorxulu olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, qədim sivilizasiyaların insanları üçün cinsi əlaqə ilk növbədə nəsil artımı məqsədilə vacib idi.

Belə ki, övladı dünyaya gələn cütlüklər ətrafdakıların dərin hörmətini qazanırdılar.

Yüngüləxlaqlı ərli qadınlar isə, hamiləliyi həyatlarının ən zövqlü dövrü hesab edirdilər. Məsələn, İmperator Avqustun qızı Yuliya deyirdi ki, ərimdən başqa digər kişilərlə də rahat münasibətdə olacağım üçün hamiləliyimi səbirsizliklə gözləyirəm.

Antik dövrün insanlarının böyük elmi bilikləri olmadığı üçün ginekologiyanın incəliklərindən də xəbərsiz idilər. Bu səbəbdən də, bir çox qadın xəstəlikləri yayılırdı. İnfeksiyalar qadınlara cinsi yolla da keçirdi.

Qədim Roma şairi Katulla yazırdı: "Cinsi yolla insanlar bir-birinə nəinki xəstəliklərini hətta öz qoxularını ötürürlər".

Həmin zamanda yaşamış tarixçi-təbib Böyük Plininin bugünədək gəlib, çatmış əlyazmalarında sözügedən dövrün doğuşlarına aid faktlar toplanıb. Təbib düşünür ki, qız uşağını dünyaya gətirmək, oğlandan qat-qat çətindir. Doğuşu sürətləndirmək üçün Plini qadının qarnı üzərinə kaftarın sağ pəncəsini kəsib qoymağı təklif edirdi. Bu rəmzi məna daşıyırdı. Çünki kaftar ən sürətli qaçan heyvanlardan biridir. Tarixçi həmçinin qaz nəcisini içməyin doğumu sürətləndirdiyini və asanlaşdırdığını düşünürdü.

Doğum anında ağrıkəsici kimi isə donuz uşaqlığını, bal və şərab qarırışımı içməyi tövsiyə edirdi. Bu primitiv üsullar müasir ginekologiya elmində rişxəndlə qarşılanır.

Qədim Roma və Yunanıstanda hər gün doğum zamanı saysız hesabsız ana və körpə ölümü baş verirdi. Odur ki, qadınlar arzuolunmaz hamiləlikdən qorunmağın yollarını axtarırdılar. Hamilə qalmaq, dövrün fahişələri üçün də ən böyük faciə idi. Abort isə, çox zaman qadını ya şikəst edir, ya da, ölümü ilə nəticələnirdi. Yeganə ümid hamiləliyi sonlandıran, kontraseptiv həblər idi.

"Qadın təbiəti haqda" traktatında Hippokrat bunun üçün tərkibində bal olan bir neçə həb resepti təklif edir. Bal bugün də arzuolunmaz hamiləliyi sonlandırmaq üçün ən effektiv təbii vasitə sayılır.

Antik yunan alimi Soranus isə, öz "Ginekologiya" əsərində bir sıra qadın problemlərinə toxunur. O, kontraseptiv həb kimi nar qabığını məsləhət görür. Soranusun reseptləri arasında bir sıra tamponlar da var ki, qadın orqanizmi üçün ölümcül təhlükə yarada bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5307   Tarix: 25 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədim Bakı məscidləri: Qoçular onları hansı məqsədlər üçün istifadə edirdilər? - VİDEO

Bakı yarandığı ilk dövrlərdən dini mərkəz, müqəddəs şəhər olub. Elə "Bakı" adının "Allah şəhəri" mənasına gəlməsi də bu şəhərin müqəddəsliyini sübut edir. Təbii od qaynaqlarının üzərində qurulan şəhər təkcə Qafqazın deyil, Orta Asiya və Hindistan atəşpərəstlərinin də müqəddəs məbəd

24 mart
.

Kasıb ailələrin uşaqlarında bu problemlər AŞKARLANDI

Alkoqoldan Sui-istifadə və Alkoqolizm üzrə Milli İnstitutun amerikalı nevroloqları müəyyən ediblər ki, yoxsul ailələrdən olan uşaqlarda yaddaş və konsentrasiya problemi daha çox olur. Tədqiqat "Molecular Psychiatry" (MP) jurnalında dərc olunub. xarici KİV-ə istinadla bildirir ki, tədqiqatd

23 mart
.

Avtomobillərdəki bu düymə nə işə yarayır?

Avtomobillərdə hər zaman gördüyümüz, lakin çoxumuzun nə etdiyini bilmədiyimiz "daxili dövriyyə" düyməsi maraq doğurur. Daxili dövriyyə düyməsi avtomobilin kondisioner sistemlərində olan bir xüsusiyyətdir. Bu düymə avtomobilin daxili hava dövranını idarə etmək üçün istifadə olunur. Buna bəzən"resirkulyasiya"

24 mart
.

İlon Maskın şirkəti ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

İlon Maska məxsus "SpaceX" şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. Məlumata görə, şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına cavabdehdir

17 mart
.

GMO və yem məhsulları ilə bağlı YENİLİK

Yeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiy

16 mart
.

Alimlər əzbərləməyin ən asan yolunu tapdılar

ABŞ-ın Çikaqoda şəhərindəki Şimal-Qərb Universitetinin amerikalı psixoloqları insan yaddaşının həm şüurlu, həm də şüursuz mexanizmlərini tədqiq ediblər. Onlar belə nəticəyə gəliblər ki, ikinci növ daha çox məlumatı yadda saxlamaq üçün vacibdir. Tədqiqat "Proceedings of the National Academy of Sciences"

17 mart
.

Toy gecəsi gəlini ilk dəfə görən bəy özünü kanala atdı - ŞOK SƏBƏB

Çində baş verən bu hadisə görənləri heyrətə saldı. xarici KİV-ə istinadən xəbər verir ki, ailəsinin "tapdığı" qızla evlənməyə hazırlaşan gənc, qızın üzünü görüncə şok keçirib. Çin adət-ənənələrinə görə, toy gününə qədər evlənəcəyi qızın üzünü görməsi qadağa sayılan şəxs qızı görüncə intiha

17 mart
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24 mart
.

Dünyanın ən böyük təyyarəsi yaradılacaq

"WindRunner" yük təyyarəsi yaradıcılarının planlaşdırdığı kimi, dünyanın ən böyük təyyarəsi olacaq. Onun ölçüləri futbol meydançasının ölçüsünü üstələyir. Belə bir təyyarəyə iki kilometr uzunluğunda uçuş-enmə zolağı lazımdır. "WindRunner" nəhəng külək turbinli qanadları ilə bərp

17 mart