Ata 14 yaşlı qızına təcavüz etdi, sonra... - Azərbaycanda AĞLASIĞMAZ RÜSVAYÇILIQ

Ata 14 yaşlı qızına təcavüz etdi, sonra... - Azərbaycanda AĞLASIĞMAZ RÜSVAYÇILIQBakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən paytaxt sakini, 1970-ci il təvəllüdlü Fərman Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, paytaxtda öz qızına təcavüz edən Fərman Bağırov ailəlidir. Onun 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladı var. 2-ci qrup əlil olan Fərman Bağırov paytaxtda taksi fəaliyyəti ilə məşğul olub.

Atanın iyrənc məqsədi

İstintaq sənədlərinə görə, zorlama hadisəsi 2016-cı ildə paytaxtın Xətai rayonunda baş verib. Fərman Bağırov rayonun Gəncə prospektindəki evində Ləmana (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təcavüz edib.

Belə ki, o, yetkinlik yaşına çatmayan 2002-ci il təvəllüdlü qızı Ləmanın uzandığı yataq otağına daxil olub. Onun məqsədi yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli hərəkətlər etmək olub.

Hədə-qorxu və seksual hərəkət

Fərman Bağırov qızı olan otağı girərək qapını bağlayıb və onun yanında uzanıb. Sonra Fərman Ləmanı qucaqlayıb.

Bu zaman Fərman Ləmanı səsini çıxarmaması üçün hədələyib. Qızına hədə-qorxu gələn Fərman zor tətbiq edərək, onun əynində olan şalvarını çıxarıb. Sonra qızına qarşı seksual xarakterli hərəkətlər edib.

Növbəti əxlaqsızlıq

Fərman Bağırov qızına növbəti dəfə 2017-ci ildə təcavüz edib. O, həmin ilin iyulun 16-da, saat 16 radələrində yaşadığı evdə yataq otağında üzbəüz dayandığı Ləmanın hər iki əlindən tutub və özünə tərəf dartıb.

O, yetkinlik yaşına çatmayan qızına zor tətbiq edib, ona dərəcəsi təyin edilməyən xəsarət yetirib. Fərman kişi qızının geyindiyi şalvarını soyundurub, ona qarşı əxlaqsız hərəkətlər edib.

İki maddəli ittiham və 5 il cəza

İstintaq orqanı tərəfindən Fərman Bağırovun barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) və 150.2.5-ci (təkrar seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Bağırov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2017-ci il tarixdən hesablanması qərara alınıb.

Bu hökmdən narazı qalan Fərman Bağırov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu göstərməyə çalışıb.

"Anlaşılmazlığı qızım və arvadımla müzakirə etdik"

Fərman Bağırov Cinayət Məcəlləsinin 150.2.3-ci və 150.2.5-ci maddələri ilə təqsirli bilməyib. Qeyd edib ki, qızı Ləmana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyib.

Övladlarını çox istədiyini, onlara qayğı və nəvaziş göstərdiyini qeyd edən Fərman Bağırov bildirib ki, onları incitməyib, onları yaxşı dolandırmağa çalışıb, böyük qızı Ləmana nəvaziş göstərməsini səhv başa düşüb: "Bu anlaşılmazlığı qızım və arvadımla müzakirə etdik. Aramızda olan anlaşılmazlığa görə bir-birmizdən üzr istədik".

Təcavüzə məruz qalan qız şikayətçi olmadı

Fərman Bağırov günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zərərçəkmiş Ləman Bağırova da anası ilə birlikdə hüquq-mühafizə orqanlarına şikayət etsə də, məhkəmədə atasından şikayətçi olmadığına dair ərizə təqdim edib.

Fərman Bağırovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya da, Ali Məhkəmədə şikayəti təmin etmədi

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Fərman Bağırov kasasiya şikayəti verib. O, işinə ədalətli baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını xahiş edib.

Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 3978   Tarix: 27 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Məhkəmə Yunis Səfərov barəsində qərar verdi

Nəsimi Rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatın

27 fevral 2019

Azərbaycanda psixoloq-müğənni məhkəmə zalından həbs edildi – Foto

Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.. . Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib..

26 fevral 2019

В Баку молодая женщина совершила самоподжог

В Баку женщина совершила суицид. . . Как сообщает Report, жительница поселка Бильгя Сабунчинского района 25-летняя С.Гулиева совершила самоподжог, облив себя бензином.. . Помещенная в больницу С.Гулиева скончалась в медицинском учреждении.. . Причины суицида пока неизвестны.. . По факту ведется расследование

26 fevral 2019

"Lotu Quli"nin adamına 9 ilə yaxın iş verildi - Azərbaycanlı biznesmeni öldürmüşdü

Sankt-Peterburqun Kuybışevski rayon məhkəməsində 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədova hökm oxunub.. . Sonxeber.az "qafqazinfo" ya istinadən xəbər verir ki, həmvətəni, sahibkar Füzuli Qarayevi öldürməkdə təqsirli bilinən M. Məmmədov 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.. . İstinta

25 fevral 2019

Azərbaycanda dəhşətli cinayət: doğma bibisini qəbiristanlıqda zorlayıb öldürdü - TƏFƏRRÜAT

Tüfeyli həyat tərzi keçirən, Rusiyada adam öldürdüyünə görə həbsdə yatmış 45 yaşlı Mişi Migirovun növbəti qurbanı 87 yaşlı doğma bibisi olub. O, ahıl bibisini qəbiristanlıqda, iki ay əvvəl dünyasını dəyişən doğma qardaşının məzarı önündə zorlamaqda və onu döyərək öldürməkdə ittiham olunur.. . Dəhşətl

25 fevral 2019

Keçmiş deputat çayçısının adına 5.3 milyon manatlıq kredit götürüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov

25 fevral 2019

Üzərində tapança gəzdirən Sumqayıt sakini Bakıda saxlanılıb

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.. . . . Sonxeber.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsind

23 fevral 2019

В Баку мужчина облил женщину керосином и поджег

В Баку распитие алкоголя чуть не закончилось трагедией: мужчина поджег женщину, но, к счастью, она выжила. . . Об этом Sputnik Азербайджан сообщили в Управлении полиции Хатаинского района.. . Сообщается, что инцидент произошел 21 февраля в 19:40 в доме на проспекте Нобеля. . . Мужчина облил 41-летню

23 fevral 2019

Найден труп пропавшего без вести 58-летнего мужчины

В Шамкирском районе найден труп пропавшего без вести человека.. . Как сообщили Sonxeber.az в Министерстве по чрезвычайным ситуациям, ночью на горячую линию "112" поступил звонок с сообщением о том, что Гусейнов Фируддин Али оглу при неизвестных обстоятельствах пропал в горах в селе Ашагы Сейфел

23 fevral 2019