Problemli kreditlərin həlli ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirildi

Problemli kreditlərin həlli ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirildiSonxeber.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov "Facebook" səhifəsində Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmandan sonra qaranlıq qalan məsələlərə aydınlıq gətirib.

Ekspert məsələni sual-cavab formasında izah edib:

1. Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi? Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan məexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək.

2. Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlərmi? Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablaancaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.

3. Güzəştlər yalnız dollar ilə götürülən kreditlərə aiddirmi? Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.

4. Kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq? Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.

5. Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək? Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa o vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildəkdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır.

6. Avro və ya rubl ilə götürülən kreditlərə güzəşt şamil olunacaqmı? Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.

7. Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi? Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.

8. Kompensasiyadan sonra kredit bocu qalanlar borclarını necə qaytaracaqlar? Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin.

9. Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq? Fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.

10. Vətəndaşlar kompensasiyanı nə zaman ala biləcəklər? Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2673   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel