Rza keçmiş arvadını qeyri-səmimiliyinə görə qınadı - Qalmaqallı açıqlama

Rza keçmiş arvadını qeyri-səmimiliyinə görə qınadı - Qalmaqallı açıqlamaÖtən həftə atasını itirən tanınmış radio aparıcısı Rza Esendemir KİV-ə qalmaqallı açıqlama verib.

Sonxeber qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulda görüntülənən aparıcı mətbuat nümayəndələrinin "Keçmiş xanımınız İrem Derici sizə başsağlığı verib?" - sualını belə cavablandırıb:

"Sağ olsun, çələng göndərib. Mənimlə qeyri-səmimi davrandı. Onu göndərmək yerinə zəng vursaydı, daha səmimi olardı. Mən onunla qalmaqallı bir şəkildə boşanmamışam. Məni yox, heç olmasa anama zəng vurardı. İrem xəstəxanada olarkən ona ən sevdiyi gülləri yollamışdım.

Vəziyyəti ağır olduğu üçün yanına getmədim, əslində xəstəxanaya buraxmadılar. İremin atası Hulisi bəy atamın ən yaxın dostu olub. Sağ olsun, o zəng vurdu, baş sağlığı verdi, təşəkkür edirəm".

Mədəniyyət   Baxılıb: 1228   Tarix: 03 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR