Prezident SƏRƏNCAM İMZALADI: 5 milyon manat ayrılacaq

Prezident SƏRƏNCAM İMZALADI: 5 milyon manat ayrılacaqPrezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.az-ın məlumatına görə, Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət nailiyyətləri qazanmışdır. Ötən əsrin xüsusən 50–80-ci illərində yaradılmış və milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir.

Müstəqillik illərində milli kino ənənələrinin qorunması və Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə fəaliyyət göstərə bilməsi istiqamətində mühüm addımlar atılmışdır. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" kino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəddir. Proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, o cümlədən Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilmiş və Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Dövlət sifarişi ilə film istehsalı təkmilləşdirilmiş, milli kinonun kadr potensialının gücləndirilməsinə yönəlmiş müxtəlif layihələr gerçəkləşdirilmişdir. Dövlət sifarişi və maliyyə yardımı ilə dövlət və özəl studiyalarda 300-dən artıq film çəkilmiş, istehsal edilən çox sayda ekran əsərləri beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülmüşdür. Eyni zamanda, son illərdə özəl kino sektoru tərəfindən istehsal olunan filmlərin sayının və film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması, eləcə də həmin filmlərin tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Ölkədə mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi zərurətini nəzərə alaraq, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası" layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.

Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Mədəniyyət   Baxılıb: 2637   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Rza keçmiş arvadını qeyri-səmimiliyinə görə qınadı - Qalmaqallı açıqlama

Ötən həftə atasını itirən tanınmış radio aparıcısı Rza Esendemir KİV-ə qalmaqallı açıqlama verib.. . Sonxeber qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulda görüntülənən aparıcı mətbuat nümayəndələrinin "Keçmiş xanımınız İrem Derici sizə başsağlığı verib?" - sualını belə cavablandırıb:

3 mart 2019

Prezidentlə xanımı xalq artistləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.. . Sonxeber.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış etdi.. . Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqını

1 mart 2019

Bu Filmdə Azərbaycan Kinosunun Ən Erotik Səhnəsi Yer Alıb – VİDEO

1920 – 1930-cu illərdə Bakı şəhəri. Rifah içində yaşayan professor, şərq miniatürü üzrə mütəxəssis gənc qıza vurulur. Professor arvadını tərk edir, amma kinematoqraf vurğunu olaraq qalır. Hətta gözləri tutulandan sonra da kinoteatra gəlməyə davam edir…. . "Kinonun ölümü" mövzusunda lentə alınmı

27 fevral 2019

Afaq Bəşirqızından "Xocalı laylası" - Video

Xalq artisti Afaq Bəşirqızı İctimai Televiziya ilə (İTV) birgə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən layihəyə imza atıb.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, ssenarisi aktrisanın özünə məxsus "Xocalı laylası" adlı layihə Şəhidlər xiyabanında lentə alınıb. . . Videoçarxı

26 fevral 2019

Азербайджанец на российском шоу "Голос. Дети" - ВИДЕО

На Первом канале (Россия) проходит новый сезон популярного вокального шоу "Голос. Дети", сообщает Sonxeber.Az со ссылкой на Trend. В жюри проекта входят - Пелагея, Валерий Меладзе и Светлана Лобода.. . В ходе "слепого" прослушивания юный азербайджанец Гасан Рагимов, проживающий

25 fevral 2019

Какие юбки будут модными в 2019 году? Модницам на заметку

В гардеробе каждой женщины, наверняка, найдется хотя бы одна юбка.. . Ведь это – универсальная вещь, с помощью которой можно создать большое количество привлекательных образов на все случаи жизни. Давайте узнаем, какие же из них будут в тренде в 2019 году?. . С подиума в гардероб. . В этом году дизайнер

25 fevral 2019

Победитель "Оскара" упал со сцены со статуэткой - ФОТО

Актер Рами Малек упал со сцены в зрительный зал на церемонии вручения премии "Оскар". . . Как сообщает People, артисту понадобилась помощь врачей.. . 37-летний Р.Малек получил "Оскар" как лучший актер за роль Фредди Меркьюри в фильме "Богемская рапсодия", байопике о рок-групп

25 fevral 2019

Актер пришел на церемонию "Оскар" в платье

Американский актер и певец Билли Портер пришел на церемонию вручения премии "Оскар" в пышном платье. Он известен своими эпотажными поступками и на этот раз произвел фурор.. . Как сообщает Sonxeber.az со ссылкой на The Hollywood Reporter, на красную ковровую дорожку в Лос-Анджелесе Портер наде

25 fevral 2019

"Зеленая книга" получила "Оскар" в номинации "Лучший фильм"

Картина "Зеленая книга" (Green Book) режиссера Питера Фаррелли получила премию "Оскар" в номинации "Лучший фильм". . . Как сообщает Sonxeber.az, об этом было объявлено на 91-й церемонии вручения наград Американской академии киноискусств. . . . Фильм повествует о реально

25 fevral 2019