Bakıda Cəfər Cabbarlıya "novostroykadan" təzə ofis verəcəklər - GÖRKƏMLİ DRAMATURQUN XATİRƏSİ NECƏ ƏLƏ SALINIR...

Bakıda Cəfər Cabbarlıya "novostroykadan" təzə ofis verəcəklər - GÖRKƏMLİ DRAMATURQUN XATİRƏSİ NECƏ ƏLƏ SALINIR...Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina inşa ediləcək. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsi də imzalanıb.

Sonxeber bildirir ki, məlumatı virtualaz.org-a Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən təsdiqləyiblər. İdarədən sayta göndərilən yazılı açıqlamada qeyd olunur ki, muzeyə məxsus tikililər və torpaq sahəsi 1998-2005-ci illər ərzində özəlləşdirilib, bundan nə Mədəniyyət Nazirliyinin, nə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin məlumatı olmayıb, rəsmi razılıq alınmayıb.

"Rəsmi sənədlərdə ev muzeyinin hələ də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu göstərilir. Belə olduğu halda bina necə satıla bilər"-sualına idarənin əməkdaşı bildirib ki, bina şəxsi mülkə çevrilib, sadəcə muzey kimi idarədə qeydiyyatdadır. Başqa sözlə, binanın satılması məsələsinə qarışa bilməzlər.

Açıqlamada deyilir: "Son illər ərzində şəhərin dağüstü hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib, muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir. Muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür".

Daha sonra qeyd edilir ki, yaranmış vəziyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin 5 may 2010-cu il tarixli, 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanıb, 2 sentyabr, 2010-cu il tarixli, 435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

"Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən dəfələrlə Cəfər Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın. Yazıçının ev muzeyi daim idarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb", -idarədən bildirilir.

Bəllidir ki, muzeyin nazirliyin və idarənin xəbəri olmadan özəlləşdirilməsi, satılması yolverilməzdir və bunun qarşısı qanunvericiliyə uyğun alına bilərdi. İdarə isə deyir ki, Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb. Halbuki ən böyük hörmətsizlik yazıçıya qarşı edilib, yaşadığı ev yerlə-yeksan olunur.

"2012-ci ildə Cəfər Cabbalının ailəsi tərəfindən idarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib"-açıqlamada bildirilir.

Açıqlamada deyildiyi kimi Baş İdarə ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayıb. Belə qərara alınıb ki, ev muzeyinin yerində tikiləcək çoxmərtəbəli binanın 1-ci mərtəbəsində dramaturqa yeni "ev muzeyi" alsınlar. Yəni nazirlik dramaturqun vaxtilə yaşadığı evi onun qohumlarına vəsait ödəməklə öz mülkiyyətinə keçirməyi sərfəli hesab etməyib, evin yerində tikiləcək yeni binada Cəfər Cabbarlı üçün yeni "ev muzeyi" almağı daha münasib sayıb.

"Baş İdarə Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb. Hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq",-açıqlamada qeyd olunur.

Virtualaz.org yazıçının ev muzeyinin uçulub-dağıldığı haqda bu yaxınlarda geniş reportaj vermişdi. Muzeyin direktoru, Cabbarlının qız nəvəsi Qəmər Bağırova muzeyintəmir üçün bağlandığını, hətta bu dəfə əsaslı yenidənqurma işləri aparılacağını açıqlamışdı. Onun sözlərinə görə, muzeydəki eksponatlar yığışdırılıb ki, qorunsun. Xatirə lövhəsini də təmirə görə götürüblər, təmirdən sonra yerinə vurulacaq: "Muzeyin üst qatı şəxsi mülkdür, muzeydə yaşayış yoxdur", -yazıçının nəvəsi belə demişdi.

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova da nazirlikdə ev muzeyinin təmir işləri ilə bağlı məsələyə baxıldığını, yazıçının gələn ay qeyd ediləcək 120 illik yubileyinə kimi işlərin yekunlaşacağını söyləmişdi. Lakin indi nazirlik etiraf edir ki, ev muzeyi özəl şirkətə satılıb və söküləcək, yerində çoxmərtəbəli bina tikiləcək.

Həmin çoxmərtəbəli binanın qarşısında yəqin ki belə bir lövhə vurulması məntiqli olardı: "Bu binanın yerində əvvəllər Cəfər Cabbarlının evi olub".


Sonxeber.az
Mədəniyyət   Baxılıb: 1704   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Rza keçmiş arvadını qeyri-səmimiliyinə görə qınadı - Qalmaqallı açıqlama

Ötən həftə atasını itirən tanınmış radio aparıcısı Rza Esendemir KİV-ə qalmaqallı açıqlama verib.. . Sonxeber qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulda görüntülənən aparıcı mətbuat nümayəndələrinin "Keçmiş xanımınız İrem Derici sizə başsağlığı verib?" - sualını belə cavablandırıb:

3 mart 2019

Prezident SƏRƏNCAM İMZALADI: 5 milyon manat ayrılacaq

Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.. . Sonxeber.az-ın məlumatına görə, Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət nailiyyətləri qazanmışdır. Ötən əsrin xüsusən 50–80-c

1 mart 2019

Prezidentlə xanımı xalq artistləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.. . Sonxeber.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış etdi.. . Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqını

1 mart 2019

Bu Filmdə Azərbaycan Kinosunun Ən Erotik Səhnəsi Yer Alıb – VİDEO

1920 – 1930-cu illərdə Bakı şəhəri. Rifah içində yaşayan professor, şərq miniatürü üzrə mütəxəssis gənc qıza vurulur. Professor arvadını tərk edir, amma kinematoqraf vurğunu olaraq qalır. Hətta gözləri tutulandan sonra da kinoteatra gəlməyə davam edir…. . "Kinonun ölümü" mövzusunda lentə alınmı

27 fevral 2019

Afaq Bəşirqızından "Xocalı laylası" - Video

Xalq artisti Afaq Bəşirqızı İctimai Televiziya ilə (İTV) birgə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən layihəyə imza atıb.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, ssenarisi aktrisanın özünə məxsus "Xocalı laylası" adlı layihə Şəhidlər xiyabanında lentə alınıb. . . Videoçarxı

26 fevral 2019

Азербайджанец на российском шоу "Голос. Дети" - ВИДЕО

На Первом канале (Россия) проходит новый сезон популярного вокального шоу "Голос. Дети", сообщает Sonxeber.Az со ссылкой на Trend. В жюри проекта входят - Пелагея, Валерий Меладзе и Светлана Лобода.. . В ходе "слепого" прослушивания юный азербайджанец Гасан Рагимов, проживающий

25 fevral 2019

Какие юбки будут модными в 2019 году? Модницам на заметку

В гардеробе каждой женщины, наверняка, найдется хотя бы одна юбка.. . Ведь это – универсальная вещь, с помощью которой можно создать большое количество привлекательных образов на все случаи жизни. Давайте узнаем, какие же из них будут в тренде в 2019 году?. . С подиума в гардероб. . В этом году дизайнер

25 fevral 2019

Победитель "Оскара" упал со сцены со статуэткой - ФОТО

Актер Рами Малек упал со сцены в зрительный зал на церемонии вручения премии "Оскар". . . Как сообщает People, артисту понадобилась помощь врачей.. . 37-летний Р.Малек получил "Оскар" как лучший актер за роль Фредди Меркьюри в фильме "Богемская рапсодия", байопике о рок-групп

25 fevral 2019

Актер пришел на церемонию "Оскар" в платье

Американский актер и певец Билли Портер пришел на церемонию вручения премии "Оскар" в пышном платье. Он известен своими эпотажными поступками и на этот раз произвел фурор.. . Как сообщает Sonxeber.az со ссылкой на The Hollywood Reporter, на красную ковровую дорожку в Лос-Анджелесе Портер наде

25 fevral 2019