Ermənistan milli təhlükəsizlik Xidmətinin direktoru Füzulidən meydan oxudu

Ermənistan milli təhlükəsizlik Xidmətinin direktoru Füzulidən meydan oxuduErmənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ötən Azərbaycanın işğal edilmiş ərazilərinə gəlib və qondarma "dqr prezidenti" ilə birlikdə təmas xəttinin Cəbrayıl-Füzuli istiqamətinə baş çəkib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün Vanetyan Dağlıq Qarabağda sensasion bəyanatla çıxış edərək Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb.

Artur Vanetsyan Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bildirib ki, torpaqların Azərbaycana qaytarılacağı haqda deyilənlər "spekulyasiyadır". Məlumata görə Vanetsyan qondarma "dqr" rəhbərliyi ilə Araz çayı boyu ərazilərin məskunlaşdırılması proqramını müzakirə edib.

Belə ki, həmin ərazilərdə "Araksavan" adlı yaşayış məntəqəsinin salınması, orada kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması nəzərdə tutulur. Vanetsyanın bildirdiyinə görə, Araz boyu ərazilərin məskunlaşdırılması təhlükəsizliyin əsas təminatlarından biridir.

"Ayrı-ayrı adamların guya torpaqların qaytarılacağı, bu haqda danışıqların aparılacağı haqda bəyanatlarını bu məskunlaşdırma proqramı təkzib edir. Biz bununla erməni xalqına və dünyaya aydın mesaj veririk ki, heç kim bir qarış da olsun torpaq qaytarmayacaq. Əksinə, bizim ərazilərimizdə həmvətənlərimiz qurub yaradacaq, yaşayacaq"-Artur Vanetsyan bildirib.

Ermənistan xüsusi xidmət orqanlarının rəhbərinin bu bəyanatı Azərbaycana, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan həmsədr dövlətlərə və nəhayət beynəlxalq ictimaiyyətə meydan oxumaqdır. Çünki Ermənistanın indiki hakimiyyətinin əsas fiqurlarından biri açıq-aydın Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan işğal edilmiş ərazilərin-Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının "bir qarışının da" Azərbaycana qaytarılmayacağını bəyan edir.

Hansı ki, bu rayonların qaytarılması məsələsi danışıqlar prosesinin bütün mərhələlərində müzakirə olunub, nizamlama planlarının bütün variantlarına salınıb. Əks halda on illərdir danışıqlar aparmağa mövzu sadəcə olaraq qalmazdı və əgər söhbət ətraf rayonların da qaytarılmasından getmirdisə rəsmi Bakı üçün belə danışıqlarda on illərdir vaxt itirmək məntiqsiz olardı.

İndi isə Ermənistanda çox təhlükəli proseslər gedir və bu proseslər "bir qarış da olsun torpaq qaytarmamaq" prinsipi üzərində qurulub. Hansı ki, keçmiş rejimin tərəfdarları indiyə qədər Nikol Paşinyanı və hökumətini "əraziləri qaytarmağı" nəzərdə tutan gizli plana malik olmaqla ittiham edirdi. Paşinyan özü indiyə qədər "bir qarış da olsun torpaq qaytarmamaq" barədə açıq danışmayıb, amma Dağlıq Qarabağın adından danışa bilməyəcəyi barədə tezisini hər addımda təkrarlamaqla və danışıqların formatını dəyişdirməyə yönəlmiş mənasız cəhdlər etməklə əslində danışıqların aparılmasına mane olub. Vaxtı uzatmağa hesablanmış taktika seçib.

Və belə vəziyyətdə onun hökuməti Ermənistandan Qarabağa üçüncü yolun çəkilməsi proqramını başladıb. Bu yol Araz çayı boyu ərazilərə-Zəngilan, Cəbayıl və Füzuliyə aparacaq. Habelə həmin ərazilərin məskunlaşdırılmasına dair hələ Sərkisyanın rejiminin vaxtında başladılmış proqramı davam etdirməyə başlayıb. İndi isə Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri açıq-aydın bildirir ki, heç Cəbrayılın, Füzulinin də hansısa sülh planı əsasında qaytarılmasından söhbət gedə bilməz. Bu isə Paşinyanın "bir qarış da olsn torpaq qaytarmamaq" mövqeyində olduğunu təsdiqləyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2703   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021