Deputatdan banklara çağırış: aşağı salınsın

Deputatdan banklara çağırış: aşağı salınsınBanklar faiz dərəcələrinə yenidən ciddi şəkildə baxmalı, onları aşağı salmalıdır.

Bu sözləri oxu.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili buna ciddi ehtiyac olduğunu vurğulayıb: "Banklar bu addıma mütləq getməlidirlər. Eyni zamanda, düşünürəm ki, cənab prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman banklarda kredit fazilərinin azaldılmasına səbəb ola, buna da gətirib çıxara bilər.

Artıq banklar işlərini elə qurmalıdırlar ki, faizlər yüksək olmasın. Prezidentin problemli kreditlərlə bağlı fərmanında üç ciddi məsələ var ki, onlardan biri elə bu məsələni özündə ehtiva edir. Yəni həmin məsələ qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədardır.

Bunun üçün qiymətli kağızlar bazarına 715 milyon dollar vəsait buraxılır. Bu, qiymətli kağızlar bazarının inkişafı deməkdir. Dövlət banklara ona görə kömək etmir ki, 25-30 faizlə kredit verməkdə davam etsinlər.

Banklar problemli kreditlərlə bağlı məsələ həll edildikdən sonra, dediyim kimi, sıfırdan işlərini başlamalıdırlar. Beynəlxalq aləmdə olduğu kimi, kredit faizlərini 15-16 faizə salmalıdırlar", - deyə millət vəkili bildirib.

Millət vəkili bankları yalnız milli valyuta ilə - manatla kredit verməyə çağırıb. Qeyd edib ki, dollarla verilən kreditlərin yaratdığı çətinliklər, narahatlıqlar göz önündədir, burada nəsə kəşf etməyə ehtiyac yoxdur:

"Ona görə də banklar yaxşı götür-qoy etməli, kreditlərin dollarla deyil, manatla verilməsi barədə birdəfəlik qərar verməlidirlər. Burada ikinci bir söz ola bilməz".

Qeyd edək ki, millət vəkili Tahir Rzayev bankları öz siyasətlərində dəyişiklik etməyə, xüsusilə kreditləri dollarla deyil, milli valyuta ilə verməyə çağırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2831   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021