Bəhram Bağırzadə Bakıda Tağıyevə heykəl qoyulmasını istədi

Bəhram Bağırzadə Bakıda Tağıyevə heykəl qoyulmasını istədi"Cənab prezident, hörmətli Mehriban xanım. Mən üzr istəyirəm, bu gün səmimi çıxışıma görə. Heç vaxt sizin qarşınızda çıxış etməmişəm. İlk növbədə, mən ağsaqqallarımızdan və ağbirçəklərimizdən üzr istəyirəm. Rəhmətlik atam mənə deyərdi ki, həmişə ağsaqqallar, ağbirçəklər olan yerdə danışma, sus, qulaq as, söz verilsə, onda danışarsan. Ona görə hamınızdan dəfələrlə üzr istəyirəm. Hətta zalın 60 faizi mənim müəllimlərimdir. Hansılar ki, mənə vaxtilə dərs deyiblər. Hamınıza minnətdaram. Sizə də, cənab Prezident, öz minnətdarlığımı bildirirəm. Siz də, Mehriban xanım da mənə efir vasitəsilə hər zaman dərs demisiniz".

SONXEBER.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı qeyd edib. Aktyor bildirib ki, Bakıda məşhur xeyriyyəçi Hacı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın:

"Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları, şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm.

Bir tərəfdən də, bilirsiniz, mənim "Instagram" və "Facebook" səhifələrimdə yarım milyona qədər izləyicim var. Bu günləri mən onlara çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab prezidentə bu xahişi, Elbay müəllim demişkən, xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir.

Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun, təşəkkür edirəm".


Sonxeber.az
Mədəniyyət   Baxılıb: 1657   Tarix: 02 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Rza keçmiş arvadını qeyri-səmimiliyinə görə qınadı - Qalmaqallı açıqlama

Ötən həftə atasını itirən tanınmış radio aparıcısı Rza Esendemir KİV-ə qalmaqallı açıqlama verib.. . Sonxeber qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulda görüntülənən aparıcı mətbuat nümayəndələrinin "Keçmiş xanımınız İrem Derici sizə başsağlığı verib?" - sualını belə cavablandırıb:

3 mart 2019

Bakıda Cəfər Cabbarlıya "novostroykadan" təzə ofis verəcəklər - GÖRKƏMLİ DRAMATURQUN XATİRƏSİ NECƏ ƏLƏ SALINIR...

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina inşa ediləcək. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsi də imzalanıb.. . Sonxeber bildirir ki, məlumat

1 mart 2019

Prezident SƏRƏNCAM İMZALADI: 5 milyon manat ayrılacaq

Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.. . Sonxeber.az-ın məlumatına görə, Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət nailiyyətləri qazanmışdır. Ötən əsrin xüsusən 50–80-c

1 mart 2019

Prezidentlə xanımı xalq artistləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.. . Sonxeber.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış etdi.. . Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqını

1 mart 2019

Bu Filmdə Azərbaycan Kinosunun Ən Erotik Səhnəsi Yer Alıb – VİDEO

1920 – 1930-cu illərdə Bakı şəhəri. Rifah içində yaşayan professor, şərq miniatürü üzrə mütəxəssis gənc qıza vurulur. Professor arvadını tərk edir, amma kinematoqraf vurğunu olaraq qalır. Hətta gözləri tutulandan sonra da kinoteatra gəlməyə davam edir…. . "Kinonun ölümü" mövzusunda lentə alınmı

27 fevral 2019

Afaq Bəşirqızından "Xocalı laylası" - Video

Xalq artisti Afaq Bəşirqızı İctimai Televiziya ilə (İTV) birgə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən layihəyə imza atıb.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, ssenarisi aktrisanın özünə məxsus "Xocalı laylası" adlı layihə Şəhidlər xiyabanında lentə alınıb. . . Videoçarxı

26 fevral 2019

Азербайджанец на российском шоу "Голос. Дети" - ВИДЕО

На Первом канале (Россия) проходит новый сезон популярного вокального шоу "Голос. Дети", сообщает Sonxeber.Az со ссылкой на Trend. В жюри проекта входят - Пелагея, Валерий Меладзе и Светлана Лобода.. . В ходе "слепого" прослушивания юный азербайджанец Гасан Рагимов, проживающий

25 fevral 2019

Какие юбки будут модными в 2019 году? Модницам на заметку

В гардеробе каждой женщины, наверняка, найдется хотя бы одна юбка.. . Ведь это – универсальная вещь, с помощью которой можно создать большое количество привлекательных образов на все случаи жизни. Давайте узнаем, какие же из них будут в тренде в 2019 году?. . С подиума в гардероб. . В этом году дизайнер

25 fevral 2019

Победитель "Оскара" упал со сцены со статуэткой - ФОТО

Актер Рами Малек упал со сцены в зрительный зал на церемонии вручения премии "Оскар". . . Как сообщает People, артисту понадобилась помощь врачей.. . 37-летний Р.Малек получил "Оскар" как лучший актер за роль Фредди Меркьюри в фильме "Богемская рапсодия", байопике о рок-групп

25 fevral 2019