Xahişlərinizi saxlayın dedi, o, isə buna etiraz etdi: "Nəyə görə, Zeynəb?"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Sonxeber.az Unikal.org-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı xahişlərin edilməməsini və əksində görülən işlərdən danışmağı tədbir iştirakçılarına tövsiyə edib. Amma, bu çağırışa görə xalq artisti Fərhad Bədəlbəyli isə Zeynəb Xanlarova öz etirazını bildirib.

Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb XANLAROVA dedi:

-Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: "Görünən dağa nə bələdçi".

Azərbaycanımız çox gözəlləşib, çox böyük inkişaf var. Biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük. Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar.

Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər. Mən onlara indi rayon deyə bilmərəm, mən onlara şəhər deyərəm. Mən bu qədər ölkə gəzmişəm, inanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz.

Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır. Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq.

Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır.

Mehriban xanım, Sizə, mənim əziz Prezidentim, Sizə cansağlığı arzulayıram. Bəlkə də mən natiq deyiləm. Mən 70 ildir səhnədəyəm, indiyədək fonoqramla oxumamışam, səslərini verirlər. Hətta Amerikada qollarımdan tutub deyiblər ki, görəsən, bu, canlı oxuyur, yoxsa fonoqram? Ömrüm nə qədər var, mən canlı oxuyacağam və fonoqram görməyəcəyəm. Yəni, bunu da demək istəyirəm. Danışmağa çox sözüm var. Əlbəttə, muğam olsa, mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub çıxarmasanız səhnədən. Ancaq inanın, ürəyimdə Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən. Sağ olun.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad BƏDƏLBƏYLİ dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları Sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm.
Xahişlərinizi saxlayın dedi, o, isə buna etiraz etdi: "Nəyə görə, Zeynəb?"Xahişlərinizi saxlayın dedi, o, isə buna etiraz etdi: "Nəyə görə, Zeynəb?"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 13916   Tarix: 02 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021