Nəzakət Teymurova: İlk dəfə idi ki, belə açıq və səmimi görüş keçirilirdi

Nəzakət Teymurova: İlk dəfə idi ki, belə açıq və səmimi görüş keçirilirdiAzərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşü çox yüksək və çox müsbət dəyərləndirirəm.

İlk dəfə idi ki, məhz belə bir geniş tərkibdə və geniş miqyasda mədəniyyət, incəsənət adamları ilə görüş keçirilirdi. İlk dəfə idi ki, məhz belə bir açıq, səmimi mühitdə görüş baş tuturdu.

Yəni, bu görüşdə daha çox məhz mədəniyyət və incəsənət adamlarının özlərinin öz dillərindən onları düşündürən, narahat edən məsələlər, onların daşıyıcısı olduğu sahənin problemləri, həllini gözləyən məqamlar dinlənilirdi.

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında adıçəkilən görüşün iştirakçılarından olan tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova deyib.

Xalq artisti qeyd edib ki, ümumiyyətlə, Azərbaycan dövləti, xüsusilə, ölkə prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman Azərbaycan mədəniyyətinin və incəsənətinin ən böyük dəstəkçisi, himayəçisi olub:

"Onlar hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə, mədəniyyət və incəsənət xadimlərinə, söz-sənət adamlarına, yaradıcı insanlara böyük qayğı və diqqət göstəriblər.

Bu məsələdə, bu sahədə elə bir məsələ qalmayıb ki, onlara diqqət yetirilməmiş olsun. Özünüz də şahidsiniz ki, illərdir Azərbaycan muğamının, Azərbaycan mədəniyyətinin inkişafı, dünyaya yayılması ilə bağlı hansı işlər görülür.

Ölkəmizdə muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, Azərbaycan muğamları dünyaya yayılır, çatdırılır. Bu işlərdə də Mehriban xanımın, Heydər Əliyev Fondunun xidmətləri, fəaliyyətləri əvəzsizdir, misilsizdir.

Məhz Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun sayəsində Azərbaycan muğamı ikinci nəfəsini, ikinci inkişafını yaşamaqdadır.

Amma bununla yanaşı, müəyyən məsələlər var ki, onlar da həllini gözləyir və bu görüşün gözəlliyi də onda idi ki, məhz həmin məqamları, məsələlələri dilə gətirmək, qeyd etmək üçün tam açıq, səmimi bir şərait yaradılmışdı.

Hər kəs öz fikrini səmimi və sərbəst şəkildə ifadə edir və onlar hamısı bir-bir dövlət rəhbəri tərəfindən qeydə, nəzərə alınırdı. Mən təkcə bir misal çəkəcəyəm. Məsələn, böyük sənətkarımız Xalq artisti Şəfiqə xanım Məmmədova Azərbaycan kinematoqrafiyasının, Kinematoqrafçılar İttifaqının vəziyyətindən, üzləşdikləri problemlərdən danışdı.

"Düzdür, ağlamırıq. Məktublar yazmışam, lakin bəlkə çatmayıb…" deyərək, İttifaqın 6 ildir binasız qalmasını, kirayə binada fəaliyyət göstərdiyini bildirdi və bu məsələnin həlilinə köməklik göstərilməsini istədi.

Dərhal, digər təkliflər kimi, həmin təklif də dövlət başçısı tərəfindən diqqətə alındı, yerindəcə göstərişlər verildi. Elə həmin görüşdən sonra dövlət başçısı Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncam imzaladı.

Bununla yanaşı, görüşdə iştirak edən digər yaradıcı insanlarımız onların özləri ilə birbaşa bağlı məsələləri deyil, məhz onların əhatə olunduğu sahənin problemləri ilə bağlı maraqlı təkliflərini səsləndirdilər.

Bu baxımdan inanıram ki, bu görüş Azərbaycan mədəniyyətinin və incəsənət inkişafında yeni bir mərhələ olacaq, bu görüş ölkəmizin mədəniyyətinin, incəsənətinin dünyaya təqdim edilməsində növbəti töhfələlərini verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1839   Tarix: 02 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021