"Əgər kişisinizsə, çıxın ortaya danışaq" — Deputatdan şayələrə CAVAB

"Əgər kişisinizsə, çıxın ortaya danışaq" — Deputatdan şayələrə CAVAB"Əgər kişisənsə mənim yazdığım və ya dediyim o fikrin mənbəyini göstər. Mən bu fikri harada demişəm. Amma mənbəni göstərə bilmirsənsə, deməli nakişisən. Gedib oturublar xaricdə, onlara komanda gələn kimi başlayırlar qarayaxma, təhqir, söyüş, gözdənsalma kampaniyasına… Bu mənə qarşı Fransaya sığınan Məhəmməd Mirzəli tərəfindən heç bir fakta söykənmədən edilən həyata keçirilən qarayaxma, gözdənsalma kampaniyasıdır".
Bunu "ölkə.az"a açıqlamasında millət vəkili Elman Nəsirov barəsində Azərbaycan bayrağına dəyişiklik edilməsi barədə sosial şəbəkədə yayılan xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Sərdar Cəlaloğlu ilə debatda ad çəkmədən dedim ki, Fransada əyləşən birisi Azərbaycanda xaos yaratmağa çalışır:

"Ona göz ağardılanda qayıdıb dedi ki, mən yaxşı mənada xaos deyirəm. Mən də ona cavabımda dedim ki, xaosun yaxşısı-pisimi olur?!. Ondan sonra ona sifariş gəlib ki, sən otur Elman Nəsirov barəsində belə bir uydurma fikir yaz. Onlar da mənim yerimə həqiqətə uyğun olmayan fikirlər yazıb paylaşırlar. Bu insanları ləkələmək üçün yeni bir texnologiyadır".

Elman Nəsirov bildirib ki, bununla məni sıradan çıxarmağa çalışırlar: "Çünki mən YAP Beynəlxalq əlaqələr komissiyasının katibiyəm, politoloqam, deputatam, prezident İlham Əliyevin yürütdüyü siyasəti təşviq edən bir insanam. Biz onun siyasətini təbliğ edəndə ilk növbədə cənab prezidenti hədəf seçirlər. Onun yürütdüyü siyasətə kölgə salırlar, hətta bir çox hallarda təhqirə keçirlər ki, bu da qətiyyən yolverilməzdir. Bu əməllərinə görə, bu insanlar cinayət məsuliyyəti daşıyırlar. Onlar bu cinayətkar əməllərinə görə həbs edən zaman onları siyasi məhbus kimi qələmə verirlər".
Deputat qeyd edib ki, radikal müxalif qüvvələr ölkədə təhqiri, söyüşü, böhtanı siyasətə gətiriblər və bundan da geninə-boluna istifadə edirlər. "Hesab edirəm ki, cəmiyyət onların mənim barəmdə dediklərinə inanmır. Məni tanıyanlar mənim belə insan olmadığımı yaxşı bilirlər. Bu fikirlər onların səviyyəsinin bir göstəricisidir. Təəssüflə qeyd edirəm ki, bu gün müxalifət düşərəgəsində normal adam tapıb polemika aparmaq ciddi bir problemə çevrilib. Filosof Diagenin bir sözü var. Günün günorta çağında əlində fənərlə gəzərmiş. Ondan soruşanda ki, bu işıqda fənərlə nə axtarırsan? Cavabında deyib ki, insan axtarıram. Sözün əsl mənasında bu gün müxalifət düşərgəsində insan axtarırıq elmi dildə polemikaya girək", - deyə o, vurğulayıb.

S.Cəlaloğlu ilə dialoquna toxunan E.Nəsirov deyib ki, bu insanın 5 dəqiqə dinləmək mədəniyyəti və qabiliyyəti yoxdur:

"Ancaq bağırır, qaragüruhçuluq edir. Belə insanlarla necə dialoqa getmək olar. Nitqləri yetərincə söyüşlə doludur. Siz təsəvvür edin ki, S. Cəlaloğlu mənə dedi ki, məgər mən xiyaram?! Bu səviyyədə insanlar var. Bu insanlar bir şeyi – söyüşü, təhqiri bacarırlar. Bu yolla insanları alçaltsınlar".
Deputat bu, ləkələmə kampaniyasını həyata keçirənlərə qarşı hüquqi müstəvidə addım atacağını da dilər gətirib:

"Bu barədə düşünürəm. Bu məsələlərə son qoyulmalıdır. Bunlarla normal danışıqdan anlamırlar və keçiblər təhqirə, iftiraya, ləkələməyə… Bu məsələ hüquqi müstəvidə həll olunarsa yüz faiz mən qalib gələcəyəm. Çünki məhkəmədə onlar mənim bu fikri hansı media orqanına dediyimi sübut edə bilməyəcəklər. Deyəndə ki, əgər kişisinizsə, gəlin kişi kimi söhbət edək və mən bu fikri harada demişəm. Onu deyə bilməyəcəklər. Çünki mən belə ifadələrin müəllifi deyiləm. Amma məsələnin digər bir məqamı var. Bu da ondan ibarətdir ki, onlar məhkəməni uduzan kimi özlərini siyasi məhbus kimi qələmə verəcəklər. Problem bundadır. Odur ki, bu problem ümumiyyətlə həllini tapmalıdır. Bu gün sosial şəbəkələrdə sözün həqiqi mənasında bir xaos hökm sürməkdədir və saxta profillər arxasında fəaliyyət göstərənlər səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımırlar. Bu istiqamətdə hüquqi addımların atılmasının zamanı gəlib çatıb. Əks halda cəmiyyətin üzdə olan insanları beləcə ləkələyirlər. Ən pisi odur ki, bəzi insanlar bu deyilənlərə inanmaq istəyirlər. Doğrudanmı belə şeylər deyilib?! Bu Almaniyada faşistlərdən birinin fikridir. Yalan o qədər qüvvətli olmalıdır ki, xeyli insan ona inana bilsin. Onlar da bax faşistlərin seçdiyi yolu seçiblər"- E.Nəsirov qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1589   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

"Hər iki xalq bu müharibədən yorulub, sülh prosesi əmin-amanlıq gətirəcək" - Ekspert

Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv şəkildə birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvil

15 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart