Prezident İlham Əliyev daha bir sərəncam imzaladı - FOTO

Prezident İlham Əliyev daha bir sərəncam imzaladı - FOTOPrezident İlham Əliyev "Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

Sonxeber.az-ın xəbərinə görə, sərəncamda deyilir: "2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur. Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir".

Sərəncamla Mədəniyyət Nazirliyinə görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4034   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021