Eldar Mansurov İlham Əliyevlə görüşdən DANIŞDI: Çıxışlardan sonra Prezident söylədi ki...

Eldar Mansurov İlham Əliyevlə görüşdən DANIŞDI: Çıxışlardan sonra Prezident söylədi ki..."Prezidentlə görüş çox səmimi atmosferdə keçdi. Mərasim başlayan kimi cənab İlham Əliyev qonaqlara söz verdi və bildirdi ki, mədəniyyət sahəsində olan problemlərlə bağlı bizim fikirlərimizi dinləmək istəyir".

Bu sözləri Xalq artisti, görkəmli bəstəkar Eldar Mansurov Prezident İlham Əliyevin sənət adamları ilə görüşü haqqında təəssüratlarını Publika.az-a bölüşərkən deyib:

"Bu görüş bir çox məsələlərin müzakirəyə çıxarılması ilə əlamətdar oldu. Hər kəs çox rahat idi, problemlərini açıq şəkildə ifadə edirdilər. İlk növbədə yazıçı Anar çıxış etdi. O, çıxışında Cəlil Məmmədquluzadəyə heykəl qoyulması təklifini irəli sürdü. Həqiqətən də "Molla Nəsrəddin" jurnalının yaradıcısı olan Cəlil Məmmədquluzadə kimi dahi şəxstiyyətə Azərbaycanda heykəl qoyulmasına ehtiyac var idi. Odur ki, Prezident bu təklifi dərhal dəstəklədi.

Ölkə başçısı hər kəsin çıxışlarını diqqətlə dinləyir və öz qeydlərini aparırdı. Çıxışlar bitdikdən sonra Prezident söylədi ki, problemlərin həlli istiqamətində ciddi işlər aparılacaq və bu barədə Mədəniyyət naziri Əbülfəs Qarayevə tapşırıqlar verdi. Bu baxımdan görüş çox səmərəli keçdi".

Xalq artisti onu da əlavə edib ki, Azərbaycan incəsənətinin müxtəlif sahələri müstəqillik qazandıqdan sonra inkişaf etməyə başlayıb:

"Son 10 ildə Azərbaycan mədəniyyəti çox inkişaf edib. Əvvəllər sənət adamları qastrol səfərlərinə gedərkən SSRİ bayrağı altında çıxış edirdi, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra isə istər musiqiçilər, istərsə də rəqs ansamblları milli bayrağımız altında çıxış edir. Bütün bu işlərin önündə Heydər Əliyev Fondu dayanır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanınması və təbliği istiqamətində çox böyük işlər görüb. Mütəmadi olaraq Fransa, Almaniya, İtaliya kimi ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu tədbirlədə ölkənin müxətlif sənət adamları iştrak edir.

Sovet dövründə Heydər Əliyevin göstərişi ilə Fikrət Əmirovun "Bir gecə" baleti Moskvaya qədər nümayiş olunmuşdu. İlham Əliyev də öz növbəsində Azərbaycan mədəniyyətə böyük qayğı göstərir, görkəmli sənət adamlarının əsərlərini dünyaya tanıtmaq üçün böyük işlər görür. Vaxt var idi ki, əvvəllər Azərbaycanı sadəcə sahib olduğu neft və qaz ölkəsi kimi tanıyırdılar, indi isə ölkəmizi incəsənəti, mədəniyyəti və musiqisinə görə də tanıyırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1827   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021