"Planet Parni iz Baku"ya hansı TV-lər niyə qadağa qoyub?

"Planet Parni iz Baku"ya hansı TV-lər niyə qadağa qoyub?Bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Görüş bir çox məqamlarla yadda qalıb. Belə məqamlardan biri də ölkə başçısı ilə "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov arasında söhbətdir.

Tahir İmanov Prezidentə bütün televiziyalar tərəfindən "Planet Parni iz Baku" KVN teatrının əməkdaşlarına efir qadağası qoyulduğunu bildirib. Prezident isə bu məsələdən xəbərsiz olduğunu bildirib və deyib ki, heç kim onlara dövlət səviyyəsində qadağa qoya bilməz, məsələ həllini tapmalıdır. Ölkə başçısı özəl telekanalları da tövsiyə edib ki, belə qadağalardan çəkinsinlər.

Maraqlıdır, hansı TV-lər "Planet Parni iz Baku" KVN teatrının əməkdaşlarına efir qadağası qoyub? Və niyə?

Modern.az məsələ ilə bağlı bir neçə özəl telekanalla əlaqə saxlamağa çalışıb.

"Space" TV-nin icraçı direktoru Kamil Şahverdiyev bildirib ki, onlar kimə qadağa qoymayıblar:

""Planet Parni iz Baku"in tamaşaları uzun müddət "Space" TV-də yayımlanıb, heç bir qadağa olmayıb. Onlar bizdən çıxıb başqa kanallara getdilər, ondan sonra heç bir danışığımız olmayıb. Burada bizdən qaynaqlanan bir problem yoxdur. Yenidən bizə müraciət etsələr baxmaq olar".

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, təmsil etdiyi telekanalda Tahir və Cabir İmanov qardaşlarına nə bu gün hansısa qadağa var, nədəki dünən olub:

"Onlardan bizə heç bir müraciət daxil olmayıb. Yaradıcı proses belədir ki, verilişlərin qonaqları mövzulara uyğun seçilir. Mövzu uyğunluğu olarsa, niyə də kanalımıza dəvət olunmasınlar? Ümumiyyətlə, kanalımızda "qara siyahı" anlayışı yoxdur".

"Xəzər" TV, ATV və "Lider" TV-yə gün ərzində dəfələrlə zəng etsək də, telefona cavab verən işçilər sualımızı eşidən kimi cavab verməkdən yayındılar, əməkdaşlar bizi bir-birlərinin üstünə yönləndirdilər və sonda da telefonları qapatdılar...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4913   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub

28 mart
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart